Pages
25 December 2010
İşıq
Həyat rəngli şəkillər və dəbdən ibarətdir,
Həyat bahalı geyimlər və bəxtdən ibarətdir.
Həyat qumar oyunu, taleh bircə zərdən ibarətdir.
Oyunun qaydaları hər dəfə yeni şərtdən ibarətdir.
Həyat işıqlı vitrinlər, reklamdan ibarətdir.
Həyat siyasətdən, neftdən və qandan ibarətdir.
Həyat maskalar, komediya və dramdan ibarətdir.
Həyat kimlər üçünsə yalnız Qaraqandan ibarətdir!
Həyat sevgidən ayrılıq və qəmdən ibarətdir.
Varlı çobanlar üçün qolf çəməndən ibarətdir.
Həyat hər kəs üçün bir neçə bənddən ibarətdir.
Mənim həyatım mənim üçün məndən ibarətdir!
Həyal düzəlir şişirdilmiş gözəl cümlələrdən.
Mən sənin güzgünəm səni göstərirəm cümlələrnən!
Mən oynuyuram tanqo həyasız səhifələrlə.
Mən oynuyuram tanqo abırsız sətirlərlə!
(Nəqarət:Qaraqan)
Donacaq zaman bütün suallar cavabın tapacaq son dəqiqələr.
Çıxacaq yaradan üzə, bəyaz işığa bürünəcək zülmət gecələr.
(verse:Qaraqan)
Həyat yaxşı seks, feym və puldan ibarətdir.
Həyat bir neçə padşah və quldan ibarətdir.
Həyat futbol oyunu - kimə maraqlı maraqsız.
Mənim həyatım bu oyunda ancaq qoldan ibarətdir!
Həyat kimin üçünsə kola və leysdan ibarətdir!
Həyat facebook'dan, twitter, myspace'dən ibarətdir!
Həyat ibarətdir Range'dən Rover'dən.
Kimin həyatı startda kimin ki game over`də.
Həyat ibarətdir gettolar və küçələrdən.
Həyat ibarətdir villalar və adalardan.
Və nə qədərki sən məni orda pisliyirsən
mən dincəlirəm hansısa uzaq isti adalarda!
Mənə həyat öyrədib həyasız və cəld olmağı!
Xoşbəxt olmaq üçün bacarmalısan kiməsə dərd olmağı!
Çatanda zirvəyə bəlkədə gördüm Allahı!
Həyatım treklərim, treklərim ibadətdir!
(Nəqarət:Qaraqan)
Donacaq zaman bütün suallar cavabın tapacaq son dəqiqələr.
Çıxacaq yaradan üzə, bəyaz işığa bürünəcək zülmət gecələr.
09 November 2010
Einstein
Yazır jurnallar, magazine`lər:
"Dəyişib H.O.S.T xətti! SENSATION!;
Şəhəri gəzirlər limuzinlə;
ISO 9001 (ay es o nayn o o van) qualification!"
Başa düşməyənlər üçün: dünya standartı!
Çəkilmiş yolu, H.O.S.T öz tərəfinə dartır.
Gah nala-gah mıxa vururuqsa biz,
Bəs necə olur, günü-gündən ordumuz artır?
Siz qurun yas, biz “təntəneyşn”,
Tikanlarla diziniz necə yellənir?
Səsimdən çoxları olur temptation.
Sözlər qulağına sığal yox, çəkir şilləni.
Gülməli görünəni, gülməli görmədin,
Ağladın, gülmədin, susdun, dinmədin,
Paxıllığından konsertə gizli gəldin,
Bədənini yellədin, əlini görmədim!
(Nəqarət: Qaraqan)
HOST Production, radikal internation,
Qaraqanalogiya, PRoMete creation
Intelegation, dinləyir nation,
Xalqa düz sözü də “çatdırıneyşn”
(verse: Qaraqan)
Mən oynayıram sətirlərlə PlayStation.
Mənim əlimdə qafiyə sözə baxan geyşa.
Məni tanımırsan - xarakterim xameleon!
Mən iki üzlüyəm… yox məndə üz milyon!
Bu növbəti stansiya-bu növbəti station
Gedəcəm Avropaya, bezdirəndə Asia,
H.O.S.T`u bəyənmiyənlər məndə ignore`da
Hərdən bir silent`də, ən uzağı vibration.
Və deməyin ki, "keçdi ingilis dilinə!"
İngilislər bu dili fikirləşib mənə görə.
Ki, hərdən bir mənim düşəndə kefimə
“təhsil” yerinə deyim “education”!
Legal relation - bu azadlıqdır bracho!
Bu etapa hazır deyilsinizsə geri qaçın!
Bu sistemə qarşı, komplekslərə qarşı -
Bu da olsun pis mahnı, nə qədər olar yaxşı?!
Və deyin İstanbula getdilər klip çəkməyə.
Əslində gəlmişik bura elə belə gəzməyə
"Bəs qonşun ac olanda getməzdin kurorta? "
Brat, mənim qonşularım beş ildir Kanadada!
Dəyişiklik lazımdır beyinlərə - fixation
XXI əsr – Mr.Globalisation!
And I believe in peace! No discrimination!
Məncə burda lazım deyil heç bir translation!
(Nəqarət: Qaraqan)
HOST Production, radikal internation,
Qaraqanalogiya, PRoMete creation
Intelegation, dinləyir nation,
Xalqa düz sözü də “çatdırıneyşn”(x2)
29 October 2010
Qırxıncı Qapı
(verse: AiD)
Mən bəzən düşünürəm ki, biz həyatdan filmə baxırıq,
Yoxsa filmdən həyata, kainat çox qəribədir.
Nağıllar verir marağ ümüdsüz camaata,
Bir neçə saata sökülə bilər ömür boyu tikilən etibar qapısı.
Cənnətə yol cızanların bağlanar qapısı,
Bir günlük ferz fatihəyə qədər bağlı qapılar mənə dərd verər,
Barmağında arzuları qatla hərkəsin öz seçimi var həyatda.
Qapılar arxasındakı çapığlar, qarşı tərəfin etiraz hissləri,
Yaddaşımda qorxunc fikrilər hər yeni gün keçmişi gizlədir.
Mən bəzən fikirə gedəndə, gözlərim yol çəkəndə,
Gecə vaxtı aya baxanda, yuxulu yada ki, oyağ qalanda,
Hər beynin öz düşüncəsi, hər ürəyin sevinci, kədəri var.
Kim dünyasını dəyişmək istər, hər dünyanın öz dərdi var.
(Nəqarət PRoMete)
Çığırdım, bağırdım qapı bağlıdı, qapı bağlıdı
Əllərim uzağa qaldı qapı bağlıdı, qapı bağlıdı
Qırxıncı qapı, qırxıncı qapı...
(verse: PRoMete)
Bizi nağıllarla böyütdülər ki, həyat asand görünsün bizə,
Gücümüz çatanlar cırtdan oldu, bizdən güclülər döndü divə.
Və bir gün böyüdük baxanda, gördük ki, həyat daha da qəddar,
Bizi bağlıyıb dörd divarlara, bizi bağlıyıb dörd divarlı evə.
Gücümü yığaraq bu divarı aşacam, axtarıb hardasa mən açarı tapacam.
Önümü kəsən qorxulu divi öldürüb, açarla qırxıncı qapını mən açacam.
Gücümü yığaraq bu divarı aşacam, axtarıb hardasa mən açarı tapacam.
Önümü kəsən qorxulu divi öldürüb, açarla qırxıncı qapını mən açacam.
(Nəqarət: PRoMete)
Çığırdım, bağırdım qapı bağlıdı, qapı bağlıdı
Əllərim uzağa qaldı qapı bağlıdı, qapı bağlıdı
Qırxıncı qapı, qırxıncı qapı...(x2)
28 October 2010
Bura Bakıdır
(verse:PRoMete,Miri Yusif)
Yığışdıq dostlaşdıq - hərflərlə baş başa
Öyrənirdik dəydikcə - hər dəfə baş daşa
Qrimdən dərimiz korlanırdı oynamalıydıq
Axı biz aktyorlarıq - həyat ömürlük tamaşa
Oynamağla bitmirki - gərək bəyəndirək də
Maddi durum düzəlmirki - quru ürəy-dirəylə
Amma hərdən kağız pulda olur aciz
Yerlə yeksan olur hər şey bir küləylə
Dost bil buralara gəlmək üçün çox diş tökdük çox dırnaq
Rahat görünürük amma inanki elə də asan deyil ayaqda durmaq
Sifətdə cırmaq çoxalır gündən günə sümürülür arteriyalar
Ətraf anti-sanitar - zərərverici bakteriyalar
Gücünü yığ, ayağa dur - olma hərkəsdən biri
Seç ya tapdağ altda öləcəysən - ya əzab və diri
Bizə çox az yol göstərən olub bu yollarda
Çoxunu yıxıla-yıxıla öyrənib PRoMete və Miri
(Nəqarət:Miri Yusif)
Bura bakıdır bura şərqdir və qərbdir (bura bakıdır)
Bura bakıdır burda nə dəbdə bu bəlli (bura bakıdır)
Bura bakıdır bura şərqdir və qərbdir (bura bakıdır)
Bura bakıdır burda bəndələr fərqli (bura bakıdır)(x2)
(verse:PRoMete, Miri Yusif)
Elə-bil nə isə səhv gedir - küçələrdə toz dolu
Sök-tik tik-sök - bezdirdik biz yolu
Bəhs-bəhsdi bəlkə bəsdi no parking
Yer yoxdu bu şəhərdə - hər kəsin bir rolu
Hələdə uzanır əl hələdə ehtiyac boşdu cib
Hələ də küçədə var tində bacada qıza sözə atan tip
Təhsildən kitablardan xəbərsizlər - var hələ də var
My brain is working, my heart is so deep
Cəhənnəmini yaşamışıq biz - necədi cənnətin dadı
Kiminçün cənnət bir loxma çörək - ya da ki daxmadı
Baxmadıq hər çağıran səs qeyb olanda anladıq ki
Etdiyimizə səhvlərə görə necə də axmağıq
Hər bir şeyə qiymət qoyduğ - yaşamağa da vergi var
Haqsızlıq çoxdu amma - namazlarda cərgə dar
Ürəklərdə buzqabılar, qulaqlarda dəmir qapılar
İnsanlarda indi içdə yaranan qəribə şübhə var
(Nəqarət:Miri Yusif)
Bura bakıdır bura şərqdir və qərbdir (bura bakıdır)
Bura bakıdır burda nə dəbdə bu bəlli (bura bakıdır)
Bura bakıdır bura şərqdir və qərbdir (bura bakıdır)
Bura bakıdır burda bəndələr fərqli (bura bakıdır) (x2)
(verse:Miri Yusif)
Şeytan bizdən çəkinir biz şeytanı da azdırarıq
Xəyallar üçün küçədə qəbirləri qazdırarıq
Bizə şərt qoyanın şərtin şumda kəsdirərik
Gücümüz çatmayan yükü mətnlə qaldırarıq
27 October 2010
Sadə Ol
(verse:ErranT)
Sadə ol,olduğun kimi gözəlsən
Heç kimə görə dəyişməyə çalışma
Necə varsan elə qal, gəl qoşul bizə
Biz efirə yaraşırıq, efir yaraşır bizə
(verse:Felon de Jure)
Ouu No, yenə HOST Show
Cavanlar gənclər burada wooouuu
Sadə ol,ancaq dayaz su səs çıxarır
Fərqliliklə yox hörmətlə çıx yuxarı
Yeni hit, yeni beat, yeni söz, yeni tərz
Yeni show, yeni gün, yeni şans, yeni nəsss
Sadə ol! Tanı, öyrən, gör, bil
100 söz, şayə, milçəydən fil
(verse:PRoMete)
Biri qalxdı yüzə yüzdə biri fərqli
Çıxır üzə,gözdə görür, dil də verir sözə
Sadəliylə süzülə-süzülə çıxır efirə sadəliy
Dəblə sən də get bu dəblə,dəbimə dəymə
Bu məkan fərqli sadəliylə bol
Sadə ol...
Bizdən-Sizə
(verse:qaraqan))
Efirdə yeni etika, bizim estetika
Yük intellekte ver, afirmetikadı sanki
Şou Sferdə yeni spektika, rap selektika
Aftoteka,isti-isti tracklər bizdən-sizə
Biz efirdə VİP` reytinq üstü-reytinq
Hey deti bu da Mtv sizə girls ladies
Hər mövzu so duzlu, çox alovlu, çox duzlu
Verliş dolu ulduzlu, bizdən-sizə
(Nəqarət)
Söz -Bizdən-sizə
Şou - Bizdən-sizə
Hit -Bizdən-sizə
Tut - Bizdən-sizə
(verse:Qaraqan,PRoMete)
Seç doğru kanalı, pult sizdən bizə
Hər şeydən az çox düz bizdən-sizə
Yeni taktika, şou qalaktika
Afrikadan arktikaya qədər hər şey bizdən-sizə
Break, plastika, rock, klassika,
Moda, freestyle, extreme, hip-hop bizdən-sizə
Hamını edəcək gipnoz
Pussycat Dools kimi
Sərt doza qırqırın Sos! bizdən-sizə
Qlukoza dolu, kalori dolu şou biznes süfrəsi ehsan
Bizdən-Sizə!
Xilas Edin
(skit)
Eyyyyyy! Eyyyyy!
Siz orda neynirsiz? Siz orda neynirsiz?
Mahnı oxumağnan dünyanı xilas eləməy olmaz! Olmaaaaz!
Bizim,bizim heç nəyimiz yoxdu!Heç nəyimiz!
Hər şeyimizi əlimizdən aldılar!
Torpağımızı,millətimizi,dinimizi,əxlaqımızı,əxlaqımızı,fikirlərimizi!
Başa düşürsən?! Hər şeyi! Hər şeyi!
Bizim ,bizim öz fikirlərimiz də yoxdu!
Biz valideynlərin,müəllimlərin,verlişlərin,televiziyaların
Dediylərini deyiriy,dediyini eliyiriy!
Bizim öz dünyamız çox balacadı,çoooox!
Biz tək qalanda darıxırıq,sıxılırıq.
Çünki bizi özümüzdən alıblar.
Qaytarın!Qaytarın!
Məni qaytarın!
Verin məni mənə!
Məni qaytarın!!!!!!