Pages

01 January 2013

Danışan Notlar

Verse 1:

Köhnə nağıl və ya pritça,
Havalan, qanadlan, qanad çal.
Deyil, heç bir sətir səbəbsiz,
Hər bir sətir üçün səbəb var.
Sən səbəbkar, mən hadisə,
Səhrada rast gəldim oazisə,
Narazı olanda verərəm canımı,
Təki, ruhum hiss etsin ki, sən razısan.
Sən "O"san mənim ürək paramsan,
Mən yaralı sən ən dərin yaramsan,
Tapmadım ətrini mən heç kimdə,
Nə qədər varamsa, sən varımsan.
Sən yarımsan, həyat yoldaşım,
Həm sağımda, həm soldaşım,
Artıq sözlər oyunu tərk edir,
Gəl görək notlar nə danışır.

Verse 2:
Həyat, Sən güldükcə üzümə gülür,
Günlər, ard-arda keçmişə düzülür,
Sənin gözəlliyin günü-gündən artır,
Mənim ayaqlarım yerdən üzülür.
Düzümü qəribə hadisələr olur,
Xoşagəlməz hər şey tez unudulur.
Bizim üfüqlərdə Günəş batmır,
Sadəcə, arada bulud olur.
Nə qədər deyən var idi: "UNUT ONU"
Biz ayrılırdıq, biz birləşirdik.
Kimsə bilmir nəyin necə olur sonu,
Alın yazımızı birgə dəyişdirdik.
Dama-dama göl olur, iki adamdan ev,
Sevgi nələr qazandırmır,
Boynumu qucaqla, dodağımdan öp,
Dinlə notlarla qazandığımı.

02 December 2012

Qəribə Vaxtlar


PRoMete – verse 1.
Fikirlər – onlar heç vaxt gəlmir qəfildən,
Onlar şüuraltına çökmüş şəkillər...
Bəzən illər lazım olur bir ideyanı tamamlamaqçün
Amma hər gün oturub bir şey qaralamaqçün
Ətrafda səbəblər çox. Həyat tələblər çox,
Yaşlanırıq – sevinc əvəzi gərilir əsəblər çox.
Kim deyir ki, “yaşlı olur müdriklər”, yox!
Tanıdığım cavanlar da var:
Uşaqlığımın qəhrəmanı Anar.
Fikirləriylə formalaşırdı cavanlar, vaxt var idi,
Qəribə vaxtlar idi, axşamlar həyətə düşərdi hamı
Xəbərləri bölüşməkçün.
İndiysə facebookda toplanırlar görüşməkçün
Az qalıb surroqata dönüşməkçün
İnsanlar çox dəyişib. Bu pisdir, yoxsa yaxşı?
Hərənin öz baxışı.
Fərqli baxışların səbəbkarı həyat naxışı.
Kimdəsə cütdür maşın,
Kiminsə yox balışı,
Kimsə sevir yağışı...

Anar Nağılbaz – verse 2-3.
Kiminsə birdir həyata gəlişiylə alışı,
Kimdəsə çoxdur yaxşı, kimdəsə yoxdur yaxşı,
Kimə qurmaq, kimisinə də soxasoxdur yaxşı
Hərənin öz baxışı, hərənin öz naxışı.
Bir də vaxt var idi, yaxşı vaxtlar idi.
Yolumuz işıqlı, ətrafımız dostlar idi.
Enerji çox, sual çox, işimiz aşkar idi.
Elə fikirləri formalaşdıran insanlar idi.
Bizə dövrümüz deyildi qeyri-adi,
Adi gəlirdi bizə əhvalatı, hərəyə bir qaraltı.
Hərənin öz saatı, çatırdı imkanatı.
Kiçik bir dövlətin insanlarının böyük həyatı.
Böyükdü sualları, böyükdü duaları.
Kiçikdi böyük dövlətlərlə dostluq xəyalları.
Ölüb gedir ərlər, yüz il eyni xəbərlər, fərqli ifa eyni əsərlər...
Əslində kiminsə yüz il əvvəl yazdığı sətri, deyirik bu gün fərqli.
Budur bizim dövr. Bilinmir hələ tarixdə necə edəcək izim dövr.
Hmm dostum Mete, ötür siqareti.
Bəlkə sadəcə bir flashcard-ıq biz xəbər ötürücü...
Bəlkə xatirələrimizin gücüdür, sözlərin gücü...
Həyata maraq edən biri var idi - mənəm o,
Ətrafı xanımlar, dostlar idi - mənəm  o.
Bu gün bəzi ölüb, bəzi başqa-başqa diyarda.
bəzi başqa-başqa fikir, başqa-başqa xəyalda
Dəyişir həyat, qəbulum dəyişir,
Qovluqlar yeni, fikirlər, şablon dəyişir.
Gözəllər gözəlləşdikcə abrım dəyişir,
Üsullar köhnə üsuldur, sabun dəyişir.
Nə yaxşı var ritm, bu gün səninlə dedim.
Təbiətdən törəndik, yenə ruh təbiətin.
Cəmiyyətə qaynayıb qarışmalı, alışmalı,
Keçmişi unutmayıb, bu gününlə barışmalı,
Ya da fikirlərini paylaşıb, bir toplaşmalı,
Yeni bir məna üçün qırışmalı, savaşmalı...
Gözlərimiz yol çəkir, axır axın-axın fikir,
Başqadır fəlsəfəsi – insanlar birdir...

PRoMete – verse 4.
İnsanlar birdir və insanlar bilmir.
İnsanlar bildiyi həqiqətləri dinmir.
Bəlkə bildiklərmizi biz paylayaq, hamı bilsin!?
Bəlkə də bu ən böyük tilsimdir ki,
kimsə edib bizi dilimizə təslim
bu bir tərslik
və bu barədə yoxdur heç bir ədəbiyyat, heç bir dərslik.
Həyatımızı bürümüş sərt bir nəhslik.
Niyə üzümüzə qırışlarla birgə qonur səssizlik!?
Kimsəsizlik, tənhalıq,
Darıxmaq hissinin özü üçün darıxmaq,
Suallar burulğanında vurnuxmaq.
Hər şeyin yaxşı olacağı barədə inam hissi uzaqlarda,
Artıq əvvəlki tək sevinc vermir uşaqlar da,
Daha yumuşaq, daha həzin musiqilər qulaqlarda,
Daha axmır göz yaşı da yanaqlardan.
İçəriyə yol tapıblar, ümidlərə yem olublar.
Ümidlərsə hələ də sağdır.
Yaşsa sayır əksimizə.
Güzgülərdə yadlaşırıq əksimizə.
Artıq varan da yox fərqimizə,
Nəzərlərdə yox oluruq,
Özümüzə dost oluruq.
Mümkünsüz hadisələr baş verirlər.
Itirilməz insanlar baş daşına çevrilirlər.
Ömür nədir?
Fikirlərin qoynunda səfərlər.
Fikirlər – onlar heç vaxt gəlmir qəfildən.

15 October 2012

Mələk

(verse: Qaraqan)
Sözlər və qış, gözlər və yaş
Təhqir, alqış, biz düşmən
Və yaz, qələmi ağlat və qaç
Öldür və sev, sənsiz dözməz
Sənsən ailə və ev
Qaytarma, seç artıq, ayrılmaq gec
Ola bilmir doğma, silə bilmirsən heç
Hisslər sönür artıq bax
Bütün hisslər də buz
Kimdi axı o? Sadəcə sıradan bir qız

Ama baxışları dəli eləyir məni
Onun qolları əbədi qəfəsim
Məni öldür, ya götür bu dərdləri
Bu mu sevgi? Mən tanımıram hissləri

Sözlər mi sərt yoxsa hisslərdi sədd?
Mən səndə artıq qoymayacam sərhəd

(Nəqarət: Gültəkin)
Dumanlar dəyişir şəhəri tanınmaz halətiylə
Küləklər rəqs edir hisslərimizin hərarətiylə
Ürəklər dözə bilər mi, de, dillər susa bilər mi?
Mələklər yaralı qanadı çırpıb uça bilər mi?

(verse: Qaraqan)
Günlərlə qəm, mən sənsiz kiməm
Sənə yazdığım sətirlərdə tapdım vətən
Sən burda özgə, mən sənsiz kölgə
Mən sənsiz buz baxışlı, daş bir heykəl
Çıxart dərini, mənə çılpaq ruhunu göstər

Məni məhv edir bu uzun səssizlik
Məni yandır, buz ürəyimə ver isti
Artıq nifrət eləsən də mənə bəsdi
Təki yanımda qal, mən olum təslim
Bu otaqlar yox artıq divarlar
Acı xatirələr ürəyə toz bağlar
Baxışlar qalır, uzaqlaşır ayaqlar
Ruhlar qucaqlaşır, uzaqlaşır ayaqlar

Pərdələri aç, təkcə çılpaq həqiqət
Aramızda yox artıq sərhəd

(Nəqarət: Gültəkin)
Dumanlar dəyişir şəhəri tanınmaz halətiylə
Küləklər rəqs edir hisslərimizin hərarətiylə
Ürəklər dözə bilər mi, de, dillər susa bilər mi?
Mələklər yaralı qanadı çırpıb uça bilər mi? (x2)

19 September 2012

Free Zone

(Nəqarət: AiD)
Gənclər açıb qulağını dinləsin
Yeni şəhərdə yaranır yeni nəsil
Kim bezibsə öz boz həyatından
Baxıb bizə həyatını yeniləsin

Gənclər açıb qulağını dinləsin
Yeni şəhərdə yaranır yeni nəsil
Kim bezibsə öz mahnılarından
Baxıb bizə playlist'i yeniləsin

(verse: AiD)
Bağla notebook'u, keç TV'nin qarşısına
16:00-da qulaq as mahnısına
Efirdə yeni show, tanış ol, Free Zone
Burda var extreme, burda var game zone
Break dance və Hip-Hop
Old school və Trip-Trap
Manıslar offline'da, Top 10-da best Pop
Bu TV'də yeni tərzdi, gənclərin marağı
Cəmiyyətin yeni stilinin Free Zone darağı
İstedadın sənin içində darıxır
Tap bizi, çıx efirə, bizə axı hamı baxır
Çox yerdə gedir indi musiqi bayağı
Dəyişəcək zövq və cəmiyyətin sorağı
Yeni prime time'dı bu 4-5 arası
Soundtrack'də partladı Rap qumbarası
Bu işin sonrasıdı, efirə səs verin
Hələ bu harasıdı, səsimə səs verin

(Nəqarət: AiD)
Gənclər açıb qulağını dinləsin
Yeni şəhərdə yaranır yeni nəsil
Kim bezibsə öz boz həyatından
Baxıb bizə həyatını yeniləsin

Gənclər açıb qulağını dinləsin
Yeni şəhərdə yaranır yeni nəsil
Kim bezibsə öz mahnılarından
Baxıb bizə playlist'i yeniləsin

03 September 2012

#nevarneyox

(verse: AiD)
Var track başlayır hansı ki, nəqarətsiz
Var söz biraz düz, amma cəsarətsiz
Var xalqa müraciət sanki ədəbiyyatdır
Var xalq hansı ki, dinlədikcə əbədi yatdı
Var ölkə hansı ki, tikilir sökülür turistlərcün
Var sevgi hansı ki, küçədə yemdi polislərçün
Var qələm, var vərəq və var tükənməz hisslər
Var dinləyici hansı ki, sevdiyindən ölməyini istər
Var səma, var günəş hansı ki, qovur ulduzları
Var vəhşi ata-ana hansı ki, doğur quduzları
Var şəhər, bir-iki damla bal və qalanı zəhər
Var cəmiyyət hansı, qəhrəmandan çox yalanı sevər
Var bezmək, var dözmək, çoxluqda itib getmək
Var tərk edib getmək, var tüpürüb getmək
Var intihar etmək sevgi cavabsız qalanda
Var cəhənnəmdə yanmaq günahsız olanda
Var pul, var şöhrət, var əmr və qul
Varsa sədaqətin evin yananda yerində dur
Var insan səhv etdikcə sevir səhv edənləri
Var Allah dərd verir və sevir səbr edənləri
Var dəniz və dibinə getdikcə anlayırsan
Ki var qaranlıqda parıldayan möcüzələr
Var hekayə hansının ki, sonunda ağlayırsan
Və var yeni səhifə açıb köhnə kitabı bağlayırsan

(Nəqarət: AiD)
Var keçmişdən bizə gələnlər
Var gələcəyi görürəm deyənlər
Yoxsa uzun-uzun söhbət edənlər
Tap tanışını “nə var, nə yox” denən (x2)

Söhbətim şəhərimlə bu gün
Zəhərim var bu gün
Track’im də var
Tökəcəm nə qədər ki, gec deyil (x2)

(verse: AiD)
Var brend alanlar, var brend olanlar
Var düz yol gedənlərə bənd olanlar
Var böyük qüvvə yaratmaq fərqlilərdən
Var məndə olanlar, var səndə olanlar
Var sistem hansı ki, min illər boyu dəyişmir
Yuxarıdakılar qol çəkir aşağıdakılar öldükcə
Mən düz söz desəm, sən onu dərk etsən
Bir olub dəf etmək olar hər sədd hörüldükcə
Var hamı gözün bağlayanda gizlincə göz vurmaq
Qaranlıq hamını ağladanda işıq salıb iz qoymaq
Yem bol, geniş qarınlar və doymayan gözlər
Siz partlamaq istiyirsiz, amma biz doymaq
Nə var nə yox deyib keçirik, amma dəyişmir heç nə
Dərdi özü istəyənlərin dərdi artıq deyil vecimə
Hünərin yoxsa, xəyallar sərhədin keçmə
Həyat sənin seçimindir axı, istəmirsən seçmə

(Nəqarət: AiD)
Var keçmişdən bizə gələnlər
Var gələcəyi görürəm deyənlər
Yoxsa uzun-uzun söhbət edənlər
Tap tanışını “nə var, nə yox” denən (x2)

Söhbətim şəhərimlə bu gün
Zəhərim var bu gün
Track’im də var
Tökəcəm nə qədər ki, gec deyil (x2)

(verse: AiD)
Cəmiyyət məhv olur, yazmamaq olmur, susmaq olmur
Azadlıq olub şou-biznes ancaq əyləncə üçün
Bakının havası – nə udmaq, nə də ki, qusmaq olmur
Açılmış pərdələr bağlanır bir gün evlənmək üçün
Hər dəfə qoyuram qələmi tənqidə başlamadan
Onsuzda dəyişmir heç nə, əsəblər boşuna məhv olur
Bu xalqın tələbi belədir, səbəbi bilmir daşlamadan
Onsuzda sabah düz olacaq şəxs, bu gün səhv olur

(Nəqarət: AiD)
Söhbətim şəhərimlə bu gün
Zəhərim var bu gün
Track’im də var
Tökəcəm nə qədər ki, gec deyil (x2)

06 June 2012

Mavi qızılgüllər

(verse: AiD)
Bu gülü bağışladım ki, sən dərk edəsən
Bu gülü bağışladım ki, sən tərk edəsən
Bu günü yaşadım ki, anlayasan bəlkə də sən
Bu ömrü yaşamadım ki, sən məhv edəsən
Zamanı verməyiblər ki, biz onu qaytaraq
Qədrini bilmədikcə ancaq xəyallarda
Həyatı verməyiblər ki, biz onu aldadaq
Xoşbəxt olduğumuzu deyək ancaq yalanlarda
Sevgini vərməyiblər təkcə ondan mahnı yazaq
Bilirəm sətirlərimdə sevgi müqəddəsdi
Torpağı verməyiblər təkcə orda qəbir qazaq
İstərəm torpaqda bitsin mavi qızılgüllər
Bahar vaxtı açıq qalan pəncərələrdən
Baxıb güc alanda küçədə sevgililərdən
Gizlədəndə gözlərimdə sevgimi hərdən
Bu həyatı istəmədiyimi anlamışdım lap öncələrdən
Qələmi verməyiblər mənə, mən tək səndən yazım
Səhərlər ayırır məni sevdiyim gecələrdən
Ürəyi verməyiblər mənə orda tək səni daşıyım
Bu qəlbi qırıq-qırıq toplamışam bir neçə yerdən mən

(Nəqarət: Gültəkin)
Bu günlər bizim ömrümüzdən keçər
Mənim son ümidim açılan səhər
Sənin əllərin mənim əlimdən ayrılaraq qovuşar əbədi göylərə
Biz dünyamızı döndərəcəyik yenə
Vurulaq yenə, sarılaq yenə
Son dəfə rəqs etmədik yağışda, mənə mavi qızılgülü bağışla

(verse: AiD)
Uşaq vaxtı axtarırdım möcüzələri mən
Tapmadıqca tez-tez deyirdim ki, düzələr mən
Maraqsızlaşırdı həyat böyüdükcə mən
Gətirmir böyük arzuya böyük büdcələr
Sən də bir möcüzə deyildin, nə qədər oxşasan da
Sən də yaşada bilmədin, qanıma qarışsan da
Sən də qalmayacaqsan yadımda uzun illər
İstərəm torpaqda bitsin mavi qızılgüllər
İnsanlar əl uzadır hərdən yerdən qaldırmaqçün
Bu əllər heç vaxt qaldırmayacaq qanadlartək
İnsanlar əl uzadır çox vaxt aşağıya dartmaqçün
Qanadlarsa heç vaxt incitməyəcək əllərtək
Mən artıq istəmirəm adi insan, adi həyat tərzi
Artıq istəmirəm əvvəlcədən bilim gələn fəsli
İstəyirəm ki, mənim üzümə gülsün göylər
İstərəm torpaqda bitsin mavi qızılgüllər

(Nəqarət: Gültəkin)
Bu günlər bizim ömrümüzdən keçər
Mənim son ümidim açılan səhər
Sənin əllərin mənim əlimdən ayrılaraq qovuşar əbədi göylərə
Biz dünyamızı döndərəcəyik yenə
Vurulaq yenə, sarılaq yenə
Son dəfə rəqs etmədik yağışda, mənə mavi qızılgülü bağışla

(verse: AiD)
De ki, sən də gözləməmisən möcüzələr
De ki, görməmisən yuxuda heç vaxt uçduğunu
De ki, saymırsan özünü hamıdan fərqli
De ki, istəmirsən bir gün qızıl balıq tutmaq
Qorxma, uşaqlıq deyil bunları xəyal etmək
Məncə, mümkünsüz deyil hər şeyi real etmək
Mən dəli olmamışam, göz yaşını sil artıq
Mən istəyirəm ki, insani dərdlər bitsin artıq
Mənə göydən gəldi bu toxumlar hədiyyə
Bu deyil bir işarə, bənzəmir dini vəhiyyə
Dedilər bunu əksən torpaqda bitsə əgər
Mavi qızılgüllər sən də olacan bizdən biri
Mən özümlə aparmaq istədim səni uzaqlara
Sənsə inanmırsan, dözürsən bu yalanlara
Mən sonsuz yaşayacam de bütün insanlara
Artıq tab gətirmədim dünyada üsyanlara

(Nəqarət: Gültəkin)
Bu günlər bizim ömrümüzdən keçər
Mənim son ümidim açılan səhər
Sənin əllərin mənim əlimdən ayrılaraq qovuşar əbədi göylərə
Biz dünyamızı döndərəcəyik yenə
Vurulaq yenə, sarılaq yenə
Son dəfə rəqs etmədik yağışda, məni bağışla, məni bağışla

04 June 2012

Beat my hit

(verse: PRoMete)
Musiqi bir damardı, mənim addımlarım bir az möhkəm
AzRap'də kölgəm hələ çox sısqaları addım-addım izlər
Qızıl suyuna çəkilmiş verse'lərim sanki dərslik
Səs də səsdi; bariton
Nəfəs kəsilməməlidir, qoyulmamalıdır hərf axınına son
Practice on, like Mike Tyson
Beat me, beat me, götür qulağına sürt hitimi
Bəlkə, sənin də çabaların bir fayda verdi
Söz demək də bir incəsənətdi
Amma bu sənətin indiki vəziyyəti gilas səbəti
Səsimi qulağa sal, bəndim beynini anal
Mən hörmət gözlədikcə bağlanır üzümə kanal
Düzdür, yoxdu qalmaqalla freestyle
But all enemies died
Bizə kim deyir ki, səhv yoldayıq və düz yol var
Qalmasın qoy qayğımıza, getsin həmin düz yolla
Siz təzə euro, biz köhnə dollar
Dövriyə yüksək, konsertdə havadadır qollar
Deyiliş tərzim tökür ocağınızın üstünə şollar
Neyniyə bilər qoca ağaca kollar
Var voltaj, sən belə gözləmirdin, otur qal şokda

(Nəqarət: PRoMete)
Sətir-sətir bat daha dərinə
Dolur, boşalır bu səhnə
Uğursuzluq uğur əvəzinə
Çünki, bura səhnədir, deyil məhlə

(verse: PRoMete)
Dirty south deyil mənim tərzim
Mən, ümumiyyətlə, AzRap'də dərzi
Bilmək üçün nə baş verir, nədir dəbdə
Dinləyirəm all type hip-hop music
Məktəbimdə box idi hip-hop dərsi
Ya da hələ də yoxdu ilham pərisi məntəqəsi
Ona görə də dəqiq bilmirəm kim rap'in dədəsi, nənəsi
Təpəsi qarlı dağlar deyil güvəniləsi
Mənimçün musiqidə rap'dir tək fəsil
Respect o kəsə ki, balta kimi kəsir hər kəlməsi
Kəlləsi fikir qazanıdı qaynadır
Mete sözlə iflic edir, beat'lə oynadır
Mənəm, mənəm deyənlər deyin mənə hardadır
AzRap bu gün dardadır, PRo edir darmadağın
Bəsdi, bəsdi az gurulduyun
Bir dəfə də yağın ləkəsidi rap'in olmağı söz yığınağı
Adlandırmayın rapper hər yerindən duran balqabağı
Mal uşağı mal, əgər doldura bimlirsənsə zal
Bir az aralıda qal, bir az aralıda nəfəs al
Biz səsə bal qataraq qazanmırıq bal
Əsas məsələ track'lərdə boldu əhval

(Nəqarət: PRoMete)
Sətir-sətir bat daha dərinə
Dolur, boşalır bu səhnə
Uğursuzluq uğur əvəzinə
Çünki, bura səhnədir, deyil məhlə (x2)

02 April 2012

Yazmır H.O.S.T

(Nəqarət: PRoMete)
Deyirlər, yazmır H.O.S.T - axı mən nə yazım dost
Deyirlər, yazmır H.O.S.T - axı biz kimik, toz
Deyirlər, yazmır H.O.S.T - yazırıq, əməl olunmur
Ancaq söz, ancaq söz, ancaq söz (x2)

(verse: PRoMete)
Yazırıq sözümüz bol, gedirik izimiz yol
Qulağında səsimiz (hoo), səmimiyyət sayılmır rol
Biz deməyinə deyək, hanı bəs əməllər bro
İstənilməz şeylər olur, lable'a dönüb PRo
Səsim gəlir mənim 07 markalardan
Amma ki, bu sözlərə görə box, beat'lərə görədi məncə
Deməli, bu millətin beynindədir problem
Biz isə axtarırdıq problem başqa yerdə
Şəhərin altı, üstü tüstü yanıq cavanlarla
Baxırsan, elə bil ki, ac-yalavac canavardılar
Başları da bir-birindən boş (dum, dum, dum)
Bunları almaq olar bir-iki dini qonorarla
Açıram zibilləri, birinci iy məni vurur
Yazıram sətirləri, üstələyir milli qürur
Ona görə sevgidən bol-bol yazıram axır vaxtlar
Deməsinlər başqa yerdə, sənin də millətin budur

(Nəqarət: PRoMete)
Deyirlər, yazmır H.O.S.T - axı mən nə yazım dost
Deyirlər, yazmır H.O.S.T - axı biz kimik, toz
Deyirlər, yazmır H.O.S.T - yazırıq, əməl olunmur
Ancaq söz, ancaq söz, ancaq söz (x2)

(verse: PRoMete)
Əlimdə qələm, elə bil SSRİ'nin orağıdır
Sağa-sola hərəkət etdikcə, biçir, tökür yerlə bir
Çaqqaların ulaşması, qurdların uyumağıdır
Daha dərin baxaq görək, məsələ nə yerdədir
Üsyankar gəncliyimiz içkinin ağuşunda
Mentalilet əksinə olmaq demək deyil, şərəfsizlik
Mən enirəm sizin zirvələrin yoxuşundan
Məncə yoxdur burda səmimilik, qərəzsizlik
TV'lər çalır layla, xorultudan qulaq batır
Dona bürünür olaylar, cavanlarsa çolaq qatır
Dünyanı dəyişmək istəyən beş-altı nəfər varsa
Onlarda indi futbola baxır, çünki hesab atıb
Qarabağ da bizimdi, dost, inan ki, Zəngəzur da
Sarı gəlin, ərəbin muğamı və qara zurna
Əlindən pultu bıraxma, kanallarını çevir
Əziyyət çəkmə, seriala bax, yerindən də durma

(Nəqarət: PRoMete)
Deyirlər, yazmır H.O.S.T - axı mən nə yazım dost
Deyirlər, yazmır H.O.S.T - axı biz kimik, toz
Deyirlər, yazmır H.O.S.T - yazırıq, əməl olunmur
Ancaq söz, ancaq söz, ancaq söz (x2)

29 March 2012

Açılmasın səhər

(Nəqarət: PRoMete)
Açılmasın səhər
Oyanmasın şəhər
Boş qalsın yollar
Mən küçələrdə tək nəfər (x2)

(verse: Qaraqan)
Şəhər indi tamam boşdu
Bu gecə mənə çox xoşdu
Mən unutmuşam dərdi və kədəri
Bu gecə şəhərin tək qonağıyam mən
Gecə şaxtalı asfalt yaşdır
Hamı yorğun qayıdıb evə işdən
Amma mən gəzirəm, mən qaçıram
Mən qanadlarımı açıb, uçuram göyə
Qaranlıq gecə, döyünür ürək
Sevinirəm lap uşaqtək
Qaranlıq gecə, bomboş küçə
Məni biraz bərk qucaqla
Bu gün oyaq qalacam səhərə kimi
Onun gözləri çıxmır ağlımdan heç
İçimdə sevgi səhərə kimi
Bu gecə gəldi ondan ilk sms

(Nəqarət: PRoMete)
Açılmasın səhər
Oyanmasın şəhər
Boş qalsın yollar
Mən küçələrdə tək nəfər (x2)

(verse: PRoMete)
Hər nəfər keçər gecə fərqi yoxdu
Əsas olsun bu küçə, bu şəhər
Sıxsa da problemlər gündüzlər
Gül üzə, çıx üzə gecələr
Gecəni keçirdəcəm bu gün şəhərdə
Gücümü yığıb, yaxa qurtaracam kədərdən
Qulağa qulaqcıq, yeni bir tip Hip-Hop
Yoxlayacam telefonun display'ində
Hərdən ki, birdən bu mübahisəni boş bilib keçdin
Əslində bütün bu olanlar bizim məhəbbətin fonunda heçdi
Sadəcə sözümüz boğazdan keçmir
Bəs edər deyib çıxmışam evdən
Mən bilirəm, kobud oluram hərdən mən
Amma dözülməzdi onun nazı da
Cavabsız neçənci sms'i yazıram

(Nəqarət: PRoMete)
Açılmasın səhər
Oyanmasın şəhər
Boş qalsın yollar
Mən küçələrdə tək nəfər (x2)

(verse: AiD)
Çəkilin, mənim bu gecə artıb hisslərim
Göndərilənlər dolub, amma heç nə silmədim
Gələnlər qutusu hələ ki, bomboş
Boş gecəni pozur bu intizar
Yadına indi sal, artıq 1di saat
Yazacaqsansa, uzatma, indi yaz
Telefondan səs, gecədən yeni nəfəs gəldi
Ekrana adı, ürəyimə isə həvəs gəldi
Oxudum hər cümləni təəccüblə
Mən anladım, artıq niyə çürüdüm mən
Gün başlıyandan niyəsə hər şey tərs gəlir
Onun sevgi sms'i mənə səhv gəlib

(Nəqarət: PRoMete)
Açılmasın səhər
Oyanmasın şəhər
Boş qalsın yollar
Mən küçələrdə tək nəfər (x2)

12 March 2012

Sonu görünmüyən yol

(verse: PRoMete)
Hər sətir sanki bahalı bir almaz
İçimin dərinliklərindən yazıram almost
Kick snare, hi-hat, bir də bass
Bəs edir ki, mən yazım sətir və yazım səs
Amma bəs eləmir hərdən bir bitki
Qarşısı alınsın hansısa itki
Bu istedaddır, vərdiş yoxsa vergi
Kim bilir ki, ki, kim bilir ki,
Qara-qura vərəqləri toplasam yataq otaqımdan
Metenin səsi əskik olmaz qulağından
Bu mahnılar hərəsi bir uşağım
Mən tez-tez ata oluram
İlham pəriləri sevgililərim
Sətirlərin izləri həyatlarda dərin
Qayda-qanunlar maneələrdi
Amma çoxdan aşmışam bu çəpəri

(Nəqarət: PRoMete)
Həyat yoldur sonu görünməyən
Gedirəm mən üstündə sürətlə
De, kim var ki, əvəz edilməyən
Sadəcə addımla diqqətlə

(verse: PRoMete)
Neçə-neçə vərəqi qələmin diyircəyinə
Poligon elədim, səsim əsmədi
Nə canlı, nə də monoton tonumu dinləmiyib hələ heç kim
İlhamım elə həyatın özüdü
Onu gətirmir nə otlar, nə də ki, içki
Və o kəs ki, deyir ki, Mete indi bitirəcək sürəti
Qoy dinləsin gözünü açıb, üzünü aşağı əyəcəyi şiddəti
Səhnə darıxmır, əgər mən onda
Kütlə darıxmır, əgər mən onla
Əllər də havadadı, yellənir sağa-sola
Səhnədə Mete, mən hegemonam

(Nəqarət: PRoMete)
Həyat yoldur sonu görünməyən
Gedirəm mən üstündə sürətlə
De, kim var ki, əvəz edilməyən
Sadəcə addımla diqqətlə