Axırıncı illər ərzində çox dəyişmişəm,
Özüm də bunu çox yaxşı hiss edirəm
Hər dəfə bunu sözlərinizlə üzümə vurmasanızda çox gözəl hiss edirəm
Razıyam, diqqətsiz və kobud olmuşam
Tanımadığım adamlarla onlar zəhləmi tökürlər kimi rəftar edirəm.
Hamı mənə qaraqabağ adam kimi münasibət göstərir
Amma mən buna başqa ad vermişəm
Səbəbini bilməməzlik və ya axtarış
Yadıma gəlmir ki axırıncı dəfə nə vaxt ürəkdən ağlamışam və ya ürəkdən gülmüşəm
Mənim üçün hər şey maraqsızlaşmaqa başlayıb
Bir neçə saat bunnan əvvəl sevgilimə yazdığım mesaj,
Ehh, qatar yırğalanmağa davam edir
Onsuzda bu qatar getsə də, getməsə də
Biz sabah getdiyimiz ünvana çatsaq da, çatmasaq da,
Sonluq həmişə eynidir
Hamı bir gün ölür.
Həyat bu qədər bəsitdir.
(verse:PRoMete)
Fikirləş ki, bitməz gecələr,
Fikirləş ki, açılmaz səhər.
Fikirləş ki, daha qapını döyən olmayacaq,
Boşalıbdır bu şəhər.
Fikirləş ki, tək darıxırsan,
Fikirləş ki, daim qorxursan,
Fikirləş ki, kimisə axtarırsan,
Amma heç vaxt tapmayacaqsan.
Sən çox qaçdın, qapandın içinə.
Tərk edildin, olmadı vecinə.
İradənin gücünə arxayındın,
Amma bilmirdin, düşmək var düyünə.
Bugünə gətirən özünü özünsən,
Düzünə qalanda, özünə dözürsən,
Atdığın addımların yaradıb suallar,
İndi təklikdə çözürsən.
(verse: PRoMete)
Fikirləş ki, geri qayıda bilərsən,
Fikirləş ki, odu soyuda bilərsən,
Fikirləş ki, qəbul olundun,
De görüm, hikkəni uda bilərsən?
Fikirləş ki, fikirləşmədən yaşamaq mümkündür,
Nə qədər düzgündür? Elə də fərqi yoxdur!
Əsas odur ki, həyatın bir günlükdür.
Daha heç vaxt boğulmayacaqsan:
Günahlarınla, savablarınla.
Daha səni heç vaxt, heç nə sıxmayacaq,
Sıfırlanıbdır karman.
Yalanlar, davalar oxunulur, ancaq kitabdan,
Sətirlər çox xoşa gələn olub,
Sətiraltılar çıxıbdır cavabdan.
Səni sevirlər əvəzsiz,
Sən heç nədən olmursan həvəssiz,
İstədiyin hər şeyi edə bilirsən,
Yardım əlsiz, köməksiz.
Elə bir şey yoxdur ki,
Sən onu düşünəndə belə qorxasan.
Utopiya nə qədər xoş olsa da,
Ayılırsan bir gün yuxudan.
Sən çox qaçdın, qapandın içinə.
Tərk edildin, olmadı vecinə.
İradənin gücünə arxayındın,
Amma bilmirdin, düşmək var düyünə.
Bugünə gətirən özünü özünsən,
Düzünə qalanda, özünə dözürsən,
Atdığın addımların yaradıb suallar,
İndi təklikdə çözürsən.
Utoriya nəqədər xoş olsada oyanırsan bir gün yuxudan.