Pages

29 March 2012

Açılmasın səhər

(Nəqarət: PRoMete)
Açılmasın səhər
Oyanmasın şəhər
Boş qalsın yollar
Mən küçələrdə tək nəfər (x2)

(verse: Qaraqan)
Şəhər indi tamam boşdu
Bu gecə mənə çox xoşdu
Mən unutmuşam dərdi və kədəri
Bu gecə şəhərin tək qonağıyam mən
Gecə şaxtalı asfalt yaşdır
Hamı yorğun qayıdıb evə işdən
Amma mən gəzirəm, mən qaçıram
Mən qanadlarımı açıb, uçuram göyə
Qaranlıq gecə, döyünür ürək
Sevinirəm lap uşaqtək
Qaranlıq gecə, bomboş küçə
Məni biraz bərk qucaqla
Bu gün oyaq qalacam səhərə kimi
Onun gözləri çıxmır ağlımdan heç
İçimdə sevgi səhərə kimi
Bu gecə gəldi ondan ilk sms

(Nəqarət: PRoMete)
Açılmasın səhər
Oyanmasın şəhər
Boş qalsın yollar
Mən küçələrdə tək nəfər (x2)

(verse: PRoMete)
Hər nəfər keçər gecə fərqi yoxdu
Əsas olsun bu küçə, bu şəhər
Sıxsa da problemlər gündüzlər
Gül üzə, çıx üzə gecələr
Gecəni keçirdəcəm bu gün şəhərdə
Gücümü yığıb, yaxa qurtaracam kədərdən
Qulağa qulaqcıq, yeni bir tip Hip-Hop
Yoxlayacam telefonun display'ində
Hərdən ki, birdən bu mübahisəni boş bilib keçdin
Əslində bütün bu olanlar bizim məhəbbətin fonunda heçdi
Sadəcə sözümüz boğazdan keçmir
Bəs edər deyib çıxmışam evdən
Mən bilirəm, kobud oluram hərdən mən
Amma dözülməzdi onun nazı da
Cavabsız neçənci sms'i yazıram

(Nəqarət: PRoMete)
Açılmasın səhər
Oyanmasın şəhər
Boş qalsın yollar
Mən küçələrdə tək nəfər (x2)

(verse: AiD)
Çəkilin, mənim bu gecə artıb hisslərim
Göndərilənlər dolub, amma heç nə silmədim
Gələnlər qutusu hələ ki, bomboş
Boş gecəni pozur bu intizar
Yadına indi sal, artıq 1di saat
Yazacaqsansa, uzatma, indi yaz
Telefondan səs, gecədən yeni nəfəs gəldi
Ekrana adı, ürəyimə isə həvəs gəldi
Oxudum hər cümləni təəccüblə
Mən anladım, artıq niyə çürüdüm mən
Gün başlıyandan niyəsə hər şey tərs gəlir
Onun sevgi sms'i mənə səhv gəlib

(Nəqarət: PRoMete)
Açılmasın səhər
Oyanmasın şəhər
Boş qalsın yollar
Mən küçələrdə tək nəfər (x2)

12 March 2012

Sonu görünmüyən yol

(verse: PRoMete)
Hər sətir sanki bahalı bir almaz
İçimin dərinliklərindən yazıram almost
Kick snare, hi-hat, bir də bass
Bəs edir ki, mən yazım sətir və yazım səs
Amma bəs eləmir hərdən bir bitki
Qarşısı alınsın hansısa itki
Bu istedaddır, vərdiş yoxsa vergi
Kim bilir ki, ki, kim bilir ki,
Qara-qura vərəqləri toplasam yataq otaqımdan
Metenin səsi əskik olmaz qulağından
Bu mahnılar hərəsi bir uşağım
Mən tez-tez ata oluram
İlham pəriləri sevgililərim
Sətirlərin izləri həyatlarda dərin
Qayda-qanunlar maneələrdi
Amma çoxdan aşmışam bu çəpəri

(Nəqarət: PRoMete)
Həyat yoldur sonu görünməyən
Gedirəm mən üstündə sürətlə
De, kim var ki, əvəz edilməyən
Sadəcə addımla diqqətlə

(verse: PRoMete)
Neçə-neçə vərəqi qələmin diyircəyinə
Poligon elədim, səsim əsmədi
Nə canlı, nə də monoton tonumu dinləmiyib hələ heç kim
İlhamım elə həyatın özüdü
Onu gətirmir nə otlar, nə də ki, içki
Və o kəs ki, deyir ki, Mete indi bitirəcək sürəti
Qoy dinləsin gözünü açıb, üzünü aşağı əyəcəyi şiddəti
Səhnə darıxmır, əgər mən onda
Kütlə darıxmır, əgər mən onla
Əllər də havadadı, yellənir sağa-sola
Səhnədə Mete, mən hegemonam

(Nəqarət: PRoMete)
Həyat yoldur sonu görünməyən
Gedirəm mən üstündə sürətlə
De, kim var ki, əvəz edilməyən
Sadəcə addımla diqqətlə

09 March 2012

Bayraq

(verse: Qaraqan)
Salam, üç rəngli bayraq, mən yalançıyam
Mən ancaq bayram günlərində sevirəm səni
Əzbər bilirəm yüz fahişənin nömrəsini
Amma çoxdan unutmuşam himnimizin sözlərini
Xaricə gedəndə deyirəm ki, guya Türkiyədənəm
Mən utanıram Azərbaycan sözünü işlətməkdən
Erməni diasporası soyqırımlar uydurduqca
Mən Bakıda məşğulam ancaq qız fırlatmaqla
Ya da ki, çayxana, qeybət dalıyca qeybət
Sevmək əvəzinə millətimə eləyirəm nifrət
Rüşvətxor müəllimlərin savadsız tələbəsi
Qeyrətin məğlubiyyəti, fastfood'un qələbəsi
Mən baxıram ancaq səviyyəsiz verlişlərə
Əttökən aparıcılar, səviyyəsiz müğənnilərə
Mən indi yaşayıram sms və mms'lə
Çoxdan unutmuşam nədir kişi kimi üzbəüz söhbət
Salam, bayraq, mən sənin nankör övladın
Yüz yola əl atıram əsgərlikdən qaçmaqçün
Sən mənə verdin həyat, mənə verdin azadlıq
Yaxşı, bəs mən nə eləmişəm sən bayraqçün
Mənə lazımdı toppuş bacılar və toyxanalar
Amma toz altında məhv olur böyük kitabxanalar
Mənə lazımdı falçılar, bir də ki, fahişələr
Bir də lazımdı, isti, duzlu paçka dollar
Mən sənə layiq deyiləm, ey, üç rəngli bayraq
Mənim çoxdan vecimə deyil Qarabağ
Beynimdə ancaq pul yığmaq yastıq altına
Birinci telefonu dəyişmək, ikinci maşın almaq
Mən vergi verməməkçün evə naqil çəkdirirəm
20 Yanvar'da baxıram MTV'yə internetdən
Düşmənin ermənidi sənin, ey, üç rəngli bayraq
Amma sənin nankor oğlun bu gün pisdir ermənidən

(Nəqarət: Qaraqan)
Bağışla, bayraq, ola bilmədim sənin qəhrəmanın
Bağışla, yağır yağışlar, qanlı yağışlar
Bağışla, xalqım, ola bilmədim sənin qəhrəmanın
Bağışla, yağır yağışlar, qanlı yağışlar

(verse: Qaraqan)
Bağışla məni bayraq, bağışla məni torpaq
Mənim ən böyük arzum köçmək burdan, Green Card
Bağışla məni millət, bağışla məni xalq
Mən unutmuşam nədir vətəndaş olmaq
Bağışla məni ana, mən tərbiyəsiz böyüdüm
Sən mənim gələcəyimi tamam başqa cür görürdün
Bağışla məni ata, kişilik dəbdə deyil
O vaxt Qarabağda sən heç nə üçün döyüşürdün
Bağışla məni Allah, mənim dinim Vercace
Məscidim bar, peyğəmbərlərim ulduzlar
Bağışla məni Tanrı, mən günahkar insan
Qaranlıq səmamda parlamır ulduzlar
Bağışla məni həyat
Mən yaşadım ancaq yatmaqçün, gəzməkçün, doymaqçün
Bağışla məni bayraq
Bağışla məni bayraq, sənə yazdığım mahnını da yazdım məhşur olmaqçün