Pages

Showing posts with label Biz insan deyilik. Show all posts
Showing posts with label Biz insan deyilik. Show all posts

25 October 2010

Kim İnandı?

(verse: AiD)
Gözümün üstündə yerin var, yalandan demirəm,
Yerin var uzağı ayağımın altında.
Diş çöpü gəzdirə-gəzdirə,
Anladım ki, məni başa düşür o.
Çoxundan da çox, səsimdən də qorx,
Hələ çox söz yazılacaq ki, siz boş durmayasız,
Yuva qurmayasız, ağaclar da bütün yerləri tutubdu qarğalar.
Bişirənlərdən yığılan qan damlalar,
Verdik biz xeyriyyəyə.
Narahat olmayın biz pis hiyləyə,
Ayağını geyin birdən pis iy gələr.
Hələ çox görəcəksiz bizim konsertdə keçi başı,
İşə sal başı, tap şifrəni,
Bu da sənı yeni dedi-qodu mövzusu,
Həyata rəng qatmaq çoxunun arzusu.
Ala kist, ala qara-qırmızı rənglə,
Şəffaf həyatın ala məğzini rənglə,
Bel götür bellə, qəbirivi yellə,
Gəzə bilmirsən, heç olmasa iməylə..

(Nəqarət: Jamal Ali)
Uca dağlar aşdım, çox nağıl danışdım,
Kim inandi, kim yox,
Biri var, biri yox..(x2)


(verse: Jamal Ali)
Dediler ki,sus,
Dediler ki,yaz,
Susuram, susuram birden yazıram!
Ey mənim mötəbər fanatlarım,
Bu tracki sizə qəbirdən yazıram,
Axir ki, çatdız arzuvuza,
Gedin deyin dostuvuza, tanışıvıza.
Bezdiribdi söz-söhbətlər,
İnsan nə qədər ət tökər ?!
Jamal Ali qaçıb, Jamal Ali ölüb,
Jamal Ali tutulub, asılıb, döyülüb.
İndi Sibirdədi, yox Kamçatkada,
Cənnətdə çay içir, onunla Kafkada.
Xətrimi çox istə, xətrin xoş olsun,
Əsas odu ki, başın boş olsun.
Varsa inamın, hər sözə inan,
Nağıllarla yaşa, xəlbir saman,
Tutanlar tutub sözümün canın,ı
Zəli kimi sormayın qanımı.
Arada yazacam səs-küy salmayın,
Dersivizi oxuyun avaralanmayın!=)

(Nəqarət: Jamal Ali)
Uca dağlar aşdım, çox nağıl danışdım,
Kim inandi, kim yox,
Biri var, biri yox..(x2)

HOST şilləsi

(verse: AiD)
Sözümü tut, bəlkə tapdın özünü orda
Gözünü yum, yumşaq oldu bəlkə hər bir hərəkət onda
Gizlənim, düş dalımca həyat prinsipində qalib cəmiyyət
Hisslərim içində sevgi indi dönüb olub nifrət
Parçala və hökm sür, adi fəlsəfə
Demirəm çox şeyi ki, birdən səs yayılar hər tərəfə
Qulaqlar açıqda şayələr, hər kəs həvəskar
Bir gün eşitməszə şayə, qorxur qulaq olar kar
Boş cəmiyyət dol biraz, xoş gəldik gül biraz
Sən hələ yat, avaralan, boş arzular qur biraz
Biz hələki çox ilişəcəyik və ilişdikcə zövq alırıq
Sənsə say öz yerində öz əlinlə goruvu qaz
Sizin həyata baxıb nifrət edirəm mən kainata
Nə qədər olar "ev-iş, iş-ev-çayxana"
Ciblərdə pul artdıqca xərcliyirsiz sağa-sola
İnflyasiya, tək çıxış yolunuz qumarxana

(Nəqarət: Qaraqan)
Tərbiyəsiz cəmiyyətə HOST şilləsi
Hələ çox qalacaq izi üzünüzdə
Düz söz güzgüsü nəyi göstərir?
Onu çatlatmıyın, səhv özünüzdə(x2)


(verse: AiD)
Tərbiyəli bir ailə baxır tərbiyəsiz seriala
Tərbiyəli qız meyl edir tərbiyəsiz paltara
Tərbiyədən məsləhət verən tərbiyəsiz müğənni
Bu otağa səhv girmisiz, burda keçir HOSTun əmri
İsti-isti döyün dəmiri, bu cəmiyyətin dünəni bəlli
Kimin dərdi sanki dəvədi, kimin dərdi sətirlərdi
HOSTun hədəfi şillə vurub, sırğa olmaq qulaqlarda
Qeyrət üstə dava düşür, tərbiyəsiz disko barda
Ağızlarda saqqız əvəzi eyni mövzu çeynənir
Əvvəlcə gizlənir biraz keçir iylənir
Üstü açılır hər zibilin sonra da gileylənir
Şardı cəmiyyət, içi də boşdu, HOST batıracaq iynəni
Biz gəlirik dəyişməyə, bunu eşidib qorxduz
Çox vaxt bizi səhv başa düşüb, əməlləri də yozduz
Yüz maneə qursaz da HOST dəhlizi sonsuz
Tərbiyəli bir cəmiyyət var idi (Onu da siz pozduz!)

(Nəqarət: Qaraqan)
Tərbiyəsiz cəmiyyətə HOST şilləsi
Hələ çox qalacaq izi üzünüzdə
Düz söz güzgüsü nəyi göstərir?
Onu çatlatmıyın, səhv özünüzdə(x2)


(verse: AiD)
Hummer'də gəzən də indi deyingəndi zəmanədən
Ən öndə gedən də indi tez-tez dönür əqidədən
Əsl üzümüzü gizlətmədən tənqidimizi yağdıraraq
Guya ki, bizdən açıq çıxdız plakatlarımız cıraraq
Biz duraq yol ayırıcında, zəhər qılıncın ən ucunda
İnsanların sancarıq biz döyünməyən ürəyindən
Kimlərsə öz dirəyindən yapışmışdı biləyiylə
Dünya əlini üzməyibdi HOST adlı köməyindən
Nəfəs alma, saxla gözlərində qalsın eyni an
Pərdə qəribə mənzələri gizlədibdi, budu yandıran
Həvəsə döndü bir il əvvəl əyləncəli bir təkan
Misralarımız ürək bağçasında zəhərli bir tikan
Dağıt yuvanı, dünəni qatla yaddaşında zamanı atla
Acı həqiqəti de zarafatla
Öz yolunda döngə ol
Ya sən bugünki gün dərdlərinin bir düşməni
Ya da ki, qal, əbədi qal, kiminçünsə adi kölgə ol

(Nəqarət: Qaraqan)
Tərbiyəsiz cəmiyyətə HOST şilləsi
Hələ çox qalacaq izi üzünüzdə
Düz söz güzgüsü nəyi göstərir?
Onu çatlatmıyın, səhv özünüzdə(x2)

Antimental

(verse: PRoMete)
Eyç Ou Es Ti(x2)
Bir daş altda, bir daş üstdə,
Qabağa getmək üçün denən “Baş üstə!”
Fərq eləməz günahlı, günahsız
Quru altda yanacaq bu ocaq da yaş üstə.
Elə hey deyilir "Biz belə görmüşük".
Amma kimdən? Bilinmir.
Küçələrə dağılan zir-zibilin, küləyin də
Səbəbkarı mənim dilimdir.
Nə qədər dərddən, sərdən yazacaq bu qələm?!
Yazılanlar da silinmir.
Gecə səhərəcən yuxusuz qal, otur yaz , sonra təzədən yaz.
Çox dərindir, çox dərin getmə, gələr vadalaz.
Biz saf, təmiz ləkə yaramaz.
Nə günah var balansımızda,
Nə də ki, düzgün ibadət və namaz.

(Nəqarət: PRoMete)
Qaşını düzəlt, gözünü çıxart!
Astara var, sən üzünü çıxart!
Biz deyə bilmirik duraq qırağda,
Sən gəl bura laiq sözünü çıxart!(x2)


(verse: AiD)
Sənətdən pul çıxsın deyə, gərək ki, dal yelləsin.
Ya da kı, neqr tərzi iynə beyinə mal göndərsin.
Sevimli iş xobbi, vəzifə zəhlə tökən.
Bu gündən mən də adminəm, ləqəbim isə Əttökən.
Tısbağa pul qazandı, birdən oldu bərkgedən.
Kimlərdir başını yellədən? Kimdir dərk edən?
Beyinə həkk edən, sovet düşüncələrinə,
Addımlarına əminlik qat, əl çək bu bəlkədən!
Çıx bu kölgədən, qır divarları!
Tapdaq altda qaldı beyin barları!
Yatdı qaldı, qalxdı guya faydadır.
Andaman, çoxunun beyni tumandadır.
Haraya addım atasan ki, qaldıranda iy götürməsin?!
Bu küçələr izini bizə ötürməsin!
Fəth et, get Himalay dağların,
Bizi hirsləndirməkdən daha asandır.

(Nəqarət: PRoMete)
Qaşını düzəlt, gözünü çıxart!
Astara var, sən üzünü çıxart!
Biz deyə bilmirik duraq qırağda,
Sən gəl bura laiq sözünü çıxart!(x2)


(verse: AiD)
Yenə də duy məni, repitə qoy məni,
Takta düş, repi tut sonra duy məni!
Stereo səs, bass! Teypdə qur məni!
Şpritsə doldurub, damara vur məni!
Hətta iliyimin içində nifrətim,
Kəllə sümüyüvü sözümlə tərpədim.
Kütlə küt yoxsa ağıllı, var fərqi?!
Beynivi qafiyələrlə kirlədim.
Şəhərdə onundan beşi Kurtlar Vadisi tipi.
Vidi, görünüşü kostyumu xarici.
Duruş, baxış sanki dünyanın sahibi.
Biz kölə amma yazırıq tarixi.
Düz yol itir, döngələr qalır,
Yenə kölgədə bölgələr qalır.
Hər yer tüstü, bütün şəhər yanır,
Bütün qızlar, oğlanlar yanır.

(Nəqarət: PRoMete)
Qaşını düzəlt, gözünü çıxart!
Astara var, sən üzünü çıxart!
Biz deyə bilmirik duraq qırağda,
Sən gəl bura laiq sözünü çıxart!(x4)

Dinlə

(Nəqarət: AiD)
Dinlə!

N
ecə gecələri küçələrə sata-sata kimləri aldadıb illər!
İzlə
!
Y
enə bizləri dizlərə döyə-döyə əzbərə söylədi dillər!
Sözdə, hamı oğuldu
, əməldə batmağa başladı, boğuldu dəryada!
Qələmdə, sözüm əlimdə, yenə mikrafonla tut nəğməni dilimdə
!


(v
erse: AiD)
Biz qara günü yara bilib, repimizə dərdi salıb, şan-söhrətə daş atdıq
!
Öz dilimizi belimizə yük bilib, əlimizə qələm alıb içimizi boşaltdıq
!
Çox gözlərin üstünü qaraltdıq, üstəlik də zülmətə sadiq çıxdıq
!
Çox çirkabın içinə girincə, cəlb edildik, amma sona başı dik çıxdıq
!
Dəstə-dəstə dəsti xətt üstə, dava salanlar xəstəmi çıxdı?
!
Nifrət içdə, üzdə gülənlər, sözünün altından üstəmi çıxdı?
!
Yenə dastan, nağıl qoşanlar qoşuldu bizlərə, içdən dağıtmağa
!
Yol göstərin səhv düşən axmağa, şansları yox belə gizlin baxmağa
!

(Nəqarət
: AiD)
Dinlə!
Necə gecələri küçələrə sata-sata kimləri aldadıb illər!
İzlə!
Yenə bizləri dizlərə döyə-döyə əzbərə söylədi dillər!
Sözdə, hamı oğuldu, əməldə batmağa başladı, boğuldu dəryada!

Qələmdə, sözüm əlimdə, yenə pərt edildi neçə üzlər dilimdə!

(verse: AiD)
Sözü yarı yalan, yarı doğru deyə-deyə
!
Kimi başa salır öz oğlunu döyə-döyə
!
Həyatda quldu hamı, çoxu bunu bilə-bilə
!
Yan yörəsin söyə-söyə, sığmır özü yerə-göyə
!
Hiss edə biləcək, kim dözə biləcək
?!
Çox söz deyiləcək, az tuta biləcək
!
Məntiq dibdədi, dibdəki görünəcək
!
Dərk edəcək
- boş keçmiş!
G
ələcək yox olar, çoxları həqiqəti bilsələr!
Gözün aça-aça təbiəti sevsələr
!
Yenə bizi yolun üzü boyu düzə qoyub
İzi salıb ardımıza, qanımızı içsələr!
Mənə qalan əqidədi, həmdə əbəbidi!
Kimsə bizə dedi hərəkəti səviyyədi!
Repin özü düz söz, dilə möhürdü!
Qəribədi bizi belə bilib, üzümüzə gülüb, arxamızda ayrı cürdü!
İndi tələbəliklə dərəbəylik arasında bircə mərtəbə!
Bizdə məna qalın, amma toxunur incə mətləbə!
Sözdə yarana biləcək hər hansı bir səhv düşüncə!
Sıralama hazırdı, sadəcə sus və dinlə!
Biraz tənəffüs və passiv mübarizə!
Biraz tərəddüd və geriyə çəkilmələr!
Biraz tənəzzül və hamı gülür bizə!
Sonda tərəqqi - gülən sonda gülər!..

(Nəqarət
: AiD)
Dinlə!
Necə gecələri küçələrə sata-sata kimləri aldadıb illər!
İzlə!
Yenə bizləri dizlərə döyə-döyə əzbərə söylədi dillər!
Sözdə, hamı oğuldu, əməldə batmağa başladı, boğuldu dəryada!
Qələmdə, sözüm əlimdə yenə yat, yenə bat - tənqid edim dilimdə!

Biz İnsan Deyilik

(verse: AiD)
Sürücü gözündə üstündə 20 yazılı bir qəpik
Rəqibimiz gözündə adi yaxşı ya da ki pis təpik
Müəllimin gözündə parta arxasında bir obyekt
Jurnalist gözündə sual-cavab adi bir anket
Bankirin gözündə kredit, bir illik, on illik
Sığorta işçiləri gözündə pul əvəzində əminlik
Dərinlik neft çıxartma institunda bir boruq
Biz kimik, kiminçün üstündən keçiləsi bir yoluq
Biz kimik ki, əbədi gözəlliklər içdə bir ləkə
Üstünük biz elə düşünürük odu ki, nəfsimiz yekə
Bəxtimiz, ümidimiz bağlı daim bir tükə
Qoşulmuşuq kainatda insan adlı bir yükə
Adamyiyən yığımı sanki bütün şəhər, bütün ölkə
Onların gözündə düzdü biz də yağlı bir tikə
Görən varmı təhlükə, gecikməmiş tez qaçsaq
İnsan deyilik mövzusunda söhbəti biz açcaq

(Nəqarət: Jamal Ali)
Yüz sədd var yollarımda, düz səhv var mənim ağlımda
Ayaqlarımda hələ güc var, zirvəyə tərəf sürünməyə yetər(x2)


(verse: AiD)
Yenə də mən dilimin ucuna sözümü düzürəm yüzünün üzünə deyirəm
İstər əbədi, istər ani fikirlərdə mən tək üzürəm, bir əlimdə əlcəyimlə
O biri əldə mikrafonla, həyatım adlı marafonda, heç bir taxta həris olmuram
Qayıdaq söhbətə, biz kimin gözündə nə yerdəyik
Bəzi valideynlər gözündə iş birliyinə vasitəyik
Sənin qızın, mənim oğlum, göbək kəsdi, verdi, getdi
Elə bil ki, insan deyil, personajdı - sega, dendy
Ağıl deyil başda fendi, qızların çoxu manikendi
İnstituta gedir evlənməkçün, sino gedir sülənməkçün
Qeyrət hissi dirilib indi, təklənib və döyülüb indi
Siqaret boyda düdüklərdə siqaret çəkib böyüyüb indi
Görünüb indi, nəhayət qollarımda qanadlar
Yerə mi endi fəlakət adlı gəlmə qonaqlar?
Kanallar, qoy bu söhbəti çəkməsin!
İnsan deyilik mövzusunu efirə verməsin!

(Nəqarət: Jamal Ali)
Yüz sədd var yollarımda, düz səhv var mənim ağlımda
Ayaqlarımda hələ güc var, zirvəyə tərəf sürünməyə yetər(x4)