Pages

02 December 2012

Qəribə Vaxtlar


PRoMete – verse 1.
Fikirlər – onlar heç vaxt gəlmir qəfildən,
Onlar şüuraltına çökmüş şəkillər...
Bəzən illər lazım olur bir ideyanı tamamlamaqçün
Amma hər gün oturub bir şey qaralamaqçün
Ətrafda səbəblər çox. Həyat tələblər çox,
Yaşlanırıq – sevinc əvəzi gərilir əsəblər çox.
Kim deyir ki, “yaşlı olur müdriklər”, yox!
Tanıdığım cavanlar da var:
Uşaqlığımın qəhrəmanı Anar.
Fikirləriylə formalaşırdı cavanlar, vaxt var idi,
Qəribə vaxtlar idi, axşamlar həyətə düşərdi hamı
Xəbərləri bölüşməkçün.
İndiysə facebookda toplanırlar görüşməkçün
Az qalıb surroqata dönüşməkçün
İnsanlar çox dəyişib. Bu pisdir, yoxsa yaxşı?
Hərənin öz baxışı.
Fərqli baxışların səbəbkarı həyat naxışı.
Kimdəsə cütdür maşın,
Kiminsə yox balışı,
Kimsə sevir yağışı...

Anar Nağılbaz – verse 2-3.
Kiminsə birdir həyata gəlişiylə alışı,
Kimdəsə çoxdur yaxşı, kimdəsə yoxdur yaxşı,
Kimə qurmaq, kimisinə də soxasoxdur yaxşı
Hərənin öz baxışı, hərənin öz naxışı.
Bir də vaxt var idi, yaxşı vaxtlar idi.
Yolumuz işıqlı, ətrafımız dostlar idi.
Enerji çox, sual çox, işimiz aşkar idi.
Elə fikirləri formalaşdıran insanlar idi.
Bizə dövrümüz deyildi qeyri-adi,
Adi gəlirdi bizə əhvalatı, hərəyə bir qaraltı.
Hərənin öz saatı, çatırdı imkanatı.
Kiçik bir dövlətin insanlarının böyük həyatı.
Böyükdü sualları, böyükdü duaları.
Kiçikdi böyük dövlətlərlə dostluq xəyalları.
Ölüb gedir ərlər, yüz il eyni xəbərlər, fərqli ifa eyni əsərlər...
Əslində kiminsə yüz il əvvəl yazdığı sətri, deyirik bu gün fərqli.
Budur bizim dövr. Bilinmir hələ tarixdə necə edəcək izim dövr.
Hmm dostum Mete, ötür siqareti.
Bəlkə sadəcə bir flashcard-ıq biz xəbər ötürücü...
Bəlkə xatirələrimizin gücüdür, sözlərin gücü...
Həyata maraq edən biri var idi - mənəm o,
Ətrafı xanımlar, dostlar idi - mənəm  o.
Bu gün bəzi ölüb, bəzi başqa-başqa diyarda.
bəzi başqa-başqa fikir, başqa-başqa xəyalda
Dəyişir həyat, qəbulum dəyişir,
Qovluqlar yeni, fikirlər, şablon dəyişir.
Gözəllər gözəlləşdikcə abrım dəyişir,
Üsullar köhnə üsuldur, sabun dəyişir.
Nə yaxşı var ritm, bu gün səninlə dedim.
Təbiətdən törəndik, yenə ruh təbiətin.
Cəmiyyətə qaynayıb qarışmalı, alışmalı,
Keçmişi unutmayıb, bu gününlə barışmalı,
Ya da fikirlərini paylaşıb, bir toplaşmalı,
Yeni bir məna üçün qırışmalı, savaşmalı...
Gözlərimiz yol çəkir, axır axın-axın fikir,
Başqadır fəlsəfəsi – insanlar birdir...

PRoMete – verse 4.
İnsanlar birdir və insanlar bilmir.
İnsanlar bildiyi həqiqətləri dinmir.
Bəlkə bildiklərmizi biz paylayaq, hamı bilsin!?
Bəlkə də bu ən böyük tilsimdir ki,
kimsə edib bizi dilimizə təslim
bu bir tərslik
və bu barədə yoxdur heç bir ədəbiyyat, heç bir dərslik.
Həyatımızı bürümüş sərt bir nəhslik.
Niyə üzümüzə qırışlarla birgə qonur səssizlik!?
Kimsəsizlik, tənhalıq,
Darıxmaq hissinin özü üçün darıxmaq,
Suallar burulğanında vurnuxmaq.
Hər şeyin yaxşı olacağı barədə inam hissi uzaqlarda,
Artıq əvvəlki tək sevinc vermir uşaqlar da,
Daha yumuşaq, daha həzin musiqilər qulaqlarda,
Daha axmır göz yaşı da yanaqlardan.
İçəriyə yol tapıblar, ümidlərə yem olublar.
Ümidlərsə hələ də sağdır.
Yaşsa sayır əksimizə.
Güzgülərdə yadlaşırıq əksimizə.
Artıq varan da yox fərqimizə,
Nəzərlərdə yox oluruq,
Özümüzə dost oluruq.
Mümkünsüz hadisələr baş verirlər.
Itirilməz insanlar baş daşına çevrilirlər.
Ömür nədir?
Fikirlərin qoynunda səfərlər.
Fikirlər – onlar heç vaxt gəlmir qəfildən.

15 October 2012

Mələk

(verse: Qaraqan)
Sözlər və qış, gözlər və yaş
Təhqir, alqış, biz düşmən
Və yaz, qələmi ağlat və qaç
Öldür və sev, sənsiz dözməz
Sənsən ailə və ev
Qaytarma, seç artıq, ayrılmaq gec
Ola bilmir doğma, silə bilmirsən heç
Hisslər sönür artıq bax
Bütün hisslər də buz
Kimdi axı o? Sadəcə sıradan bir qız

Ama baxışları dəli eləyir məni
Onun qolları əbədi qəfəsim
Məni öldür, ya götür bu dərdləri
Bu mu sevgi? Mən tanımıram hissləri

Sözlər mi sərt yoxsa hisslərdi sədd?
Mən səndə artıq qoymayacam sərhəd

(Nəqarət: Gültəkin)
Dumanlar dəyişir şəhəri tanınmaz halətiylə
Küləklər rəqs edir hisslərimizin hərarətiylə
Ürəklər dözə bilər mi, de, dillər susa bilər mi?
Mələklər yaralı qanadı çırpıb uça bilər mi?

(verse: Qaraqan)
Günlərlə qəm, mən sənsiz kiməm
Sənə yazdığım sətirlərdə tapdım vətən
Sən burda özgə, mən sənsiz kölgə
Mən sənsiz buz baxışlı, daş bir heykəl
Çıxart dərini, mənə çılpaq ruhunu göstər

Məni məhv edir bu uzun səssizlik
Məni yandır, buz ürəyimə ver isti
Artıq nifrət eləsən də mənə bəsdi
Təki yanımda qal, mən olum təslim
Bu otaqlar yox artıq divarlar
Acı xatirələr ürəyə toz bağlar
Baxışlar qalır, uzaqlaşır ayaqlar
Ruhlar qucaqlaşır, uzaqlaşır ayaqlar

Pərdələri aç, təkcə çılpaq həqiqət
Aramızda yox artıq sərhəd

(Nəqarət: Gültəkin)
Dumanlar dəyişir şəhəri tanınmaz halətiylə
Küləklər rəqs edir hisslərimizin hərarətiylə
Ürəklər dözə bilər mi, de, dillər susa bilər mi?
Mələklər yaralı qanadı çırpıb uça bilər mi? (x2)

19 September 2012

Free Zone

(Nəqarət: AiD)
Gənclər açıb qulağını dinləsin
Yeni şəhərdə yaranır yeni nəsil
Kim bezibsə öz boz həyatından
Baxıb bizə həyatını yeniləsin

Gənclər açıb qulağını dinləsin
Yeni şəhərdə yaranır yeni nəsil
Kim bezibsə öz mahnılarından
Baxıb bizə playlist'i yeniləsin

(verse: AiD)
Bağla notebook'u, keç TV'nin qarşısına
16:00-da qulaq as mahnısına
Efirdə yeni show, tanış ol, Free Zone
Burda var extreme, burda var game zone
Break dance və Hip-Hop
Old school və Trip-Trap
Manıslar offline'da, Top 10-da best Pop
Bu TV'də yeni tərzdi, gənclərin marağı
Cəmiyyətin yeni stilinin Free Zone darağı
İstedadın sənin içində darıxır
Tap bizi, çıx efirə, bizə axı hamı baxır
Çox yerdə gedir indi musiqi bayağı
Dəyişəcək zövq və cəmiyyətin sorağı
Yeni prime time'dı bu 4-5 arası
Soundtrack'də partladı Rap qumbarası
Bu işin sonrasıdı, efirə səs verin
Hələ bu harasıdı, səsimə səs verin

(Nəqarət: AiD)
Gənclər açıb qulağını dinləsin
Yeni şəhərdə yaranır yeni nəsil
Kim bezibsə öz boz həyatından
Baxıb bizə həyatını yeniləsin

Gənclər açıb qulağını dinləsin
Yeni şəhərdə yaranır yeni nəsil
Kim bezibsə öz mahnılarından
Baxıb bizə playlist'i yeniləsin

03 September 2012

#nevarneyox

(verse: AiD)
Var track başlayır hansı ki, nəqarətsiz
Var söz biraz düz, amma cəsarətsiz
Var xalqa müraciət sanki ədəbiyyatdır
Var xalq hansı ki, dinlədikcə əbədi yatdı
Var ölkə hansı ki, tikilir sökülür turistlərcün
Var sevgi hansı ki, küçədə yemdi polislərçün
Var qələm, var vərəq və var tükənməz hisslər
Var dinləyici hansı ki, sevdiyindən ölməyini istər
Var səma, var günəş hansı ki, qovur ulduzları
Var vəhşi ata-ana hansı ki, doğur quduzları
Var şəhər, bir-iki damla bal və qalanı zəhər
Var cəmiyyət hansı, qəhrəmandan çox yalanı sevər
Var bezmək, var dözmək, çoxluqda itib getmək
Var tərk edib getmək, var tüpürüb getmək
Var intihar etmək sevgi cavabsız qalanda
Var cəhənnəmdə yanmaq günahsız olanda
Var pul, var şöhrət, var əmr və qul
Varsa sədaqətin evin yananda yerində dur
Var insan səhv etdikcə sevir səhv edənləri
Var Allah dərd verir və sevir səbr edənləri
Var dəniz və dibinə getdikcə anlayırsan
Ki var qaranlıqda parıldayan möcüzələr
Var hekayə hansının ki, sonunda ağlayırsan
Və var yeni səhifə açıb köhnə kitabı bağlayırsan

(Nəqarət: AiD)
Var keçmişdən bizə gələnlər
Var gələcəyi görürəm deyənlər
Yoxsa uzun-uzun söhbət edənlər
Tap tanışını “nə var, nə yox” denən (x2)

Söhbətim şəhərimlə bu gün
Zəhərim var bu gün
Track’im də var
Tökəcəm nə qədər ki, gec deyil (x2)

(verse: AiD)
Var brend alanlar, var brend olanlar
Var düz yol gedənlərə bənd olanlar
Var böyük qüvvə yaratmaq fərqlilərdən
Var məndə olanlar, var səndə olanlar
Var sistem hansı ki, min illər boyu dəyişmir
Yuxarıdakılar qol çəkir aşağıdakılar öldükcə
Mən düz söz desəm, sən onu dərk etsən
Bir olub dəf etmək olar hər sədd hörüldükcə
Var hamı gözün bağlayanda gizlincə göz vurmaq
Qaranlıq hamını ağladanda işıq salıb iz qoymaq
Yem bol, geniş qarınlar və doymayan gözlər
Siz partlamaq istiyirsiz, amma biz doymaq
Nə var nə yox deyib keçirik, amma dəyişmir heç nə
Dərdi özü istəyənlərin dərdi artıq deyil vecimə
Hünərin yoxsa, xəyallar sərhədin keçmə
Həyat sənin seçimindir axı, istəmirsən seçmə

(Nəqarət: AiD)
Var keçmişdən bizə gələnlər
Var gələcəyi görürəm deyənlər
Yoxsa uzun-uzun söhbət edənlər
Tap tanışını “nə var, nə yox” denən (x2)

Söhbətim şəhərimlə bu gün
Zəhərim var bu gün
Track’im də var
Tökəcəm nə qədər ki, gec deyil (x2)

(verse: AiD)
Cəmiyyət məhv olur, yazmamaq olmur, susmaq olmur
Azadlıq olub şou-biznes ancaq əyləncə üçün
Bakının havası – nə udmaq, nə də ki, qusmaq olmur
Açılmış pərdələr bağlanır bir gün evlənmək üçün
Hər dəfə qoyuram qələmi tənqidə başlamadan
Onsuzda dəyişmir heç nə, əsəblər boşuna məhv olur
Bu xalqın tələbi belədir, səbəbi bilmir daşlamadan
Onsuzda sabah düz olacaq şəxs, bu gün səhv olur

(Nəqarət: AiD)
Söhbətim şəhərimlə bu gün
Zəhərim var bu gün
Track’im də var
Tökəcəm nə qədər ki, gec deyil (x2)

06 June 2012

Mavi qızılgüllər

(verse: AiD)
Bu gülü bağışladım ki, sən dərk edəsən
Bu gülü bağışladım ki, sən tərk edəsən
Bu günü yaşadım ki, anlayasan bəlkə də sən
Bu ömrü yaşamadım ki, sən məhv edəsən
Zamanı verməyiblər ki, biz onu qaytaraq
Qədrini bilmədikcə ancaq xəyallarda
Həyatı verməyiblər ki, biz onu aldadaq
Xoşbəxt olduğumuzu deyək ancaq yalanlarda
Sevgini vərməyiblər təkcə ondan mahnı yazaq
Bilirəm sətirlərimdə sevgi müqəddəsdi
Torpağı verməyiblər təkcə orda qəbir qazaq
İstərəm torpaqda bitsin mavi qızılgüllər
Bahar vaxtı açıq qalan pəncərələrdən
Baxıb güc alanda küçədə sevgililərdən
Gizlədəndə gözlərimdə sevgimi hərdən
Bu həyatı istəmədiyimi anlamışdım lap öncələrdən
Qələmi verməyiblər mənə, mən tək səndən yazım
Səhərlər ayırır məni sevdiyim gecələrdən
Ürəyi verməyiblər mənə orda tək səni daşıyım
Bu qəlbi qırıq-qırıq toplamışam bir neçə yerdən mən

(Nəqarət: Gültəkin)
Bu günlər bizim ömrümüzdən keçər
Mənim son ümidim açılan səhər
Sənin əllərin mənim əlimdən ayrılaraq qovuşar əbədi göylərə
Biz dünyamızı döndərəcəyik yenə
Vurulaq yenə, sarılaq yenə
Son dəfə rəqs etmədik yağışda, mənə mavi qızılgülü bağışla

(verse: AiD)
Uşaq vaxtı axtarırdım möcüzələri mən
Tapmadıqca tez-tez deyirdim ki, düzələr mən
Maraqsızlaşırdı həyat böyüdükcə mən
Gətirmir böyük arzuya böyük büdcələr
Sən də bir möcüzə deyildin, nə qədər oxşasan da
Sən də yaşada bilmədin, qanıma qarışsan da
Sən də qalmayacaqsan yadımda uzun illər
İstərəm torpaqda bitsin mavi qızılgüllər
İnsanlar əl uzadır hərdən yerdən qaldırmaqçün
Bu əllər heç vaxt qaldırmayacaq qanadlartək
İnsanlar əl uzadır çox vaxt aşağıya dartmaqçün
Qanadlarsa heç vaxt incitməyəcək əllərtək
Mən artıq istəmirəm adi insan, adi həyat tərzi
Artıq istəmirəm əvvəlcədən bilim gələn fəsli
İstəyirəm ki, mənim üzümə gülsün göylər
İstərəm torpaqda bitsin mavi qızılgüllər

(Nəqarət: Gültəkin)
Bu günlər bizim ömrümüzdən keçər
Mənim son ümidim açılan səhər
Sənin əllərin mənim əlimdən ayrılaraq qovuşar əbədi göylərə
Biz dünyamızı döndərəcəyik yenə
Vurulaq yenə, sarılaq yenə
Son dəfə rəqs etmədik yağışda, mənə mavi qızılgülü bağışla

(verse: AiD)
De ki, sən də gözləməmisən möcüzələr
De ki, görməmisən yuxuda heç vaxt uçduğunu
De ki, saymırsan özünü hamıdan fərqli
De ki, istəmirsən bir gün qızıl balıq tutmaq
Qorxma, uşaqlıq deyil bunları xəyal etmək
Məncə, mümkünsüz deyil hər şeyi real etmək
Mən dəli olmamışam, göz yaşını sil artıq
Mən istəyirəm ki, insani dərdlər bitsin artıq
Mənə göydən gəldi bu toxumlar hədiyyə
Bu deyil bir işarə, bənzəmir dini vəhiyyə
Dedilər bunu əksən torpaqda bitsə əgər
Mavi qızılgüllər sən də olacan bizdən biri
Mən özümlə aparmaq istədim səni uzaqlara
Sənsə inanmırsan, dözürsən bu yalanlara
Mən sonsuz yaşayacam de bütün insanlara
Artıq tab gətirmədim dünyada üsyanlara

(Nəqarət: Gültəkin)
Bu günlər bizim ömrümüzdən keçər
Mənim son ümidim açılan səhər
Sənin əllərin mənim əlimdən ayrılaraq qovuşar əbədi göylərə
Biz dünyamızı döndərəcəyik yenə
Vurulaq yenə, sarılaq yenə
Son dəfə rəqs etmədik yağışda, məni bağışla, məni bağışla

04 June 2012

Beat my hit

(verse: PRoMete)
Musiqi bir damardı, mənim addımlarım bir az möhkəm
AzRap'də kölgəm hələ çox sısqaları addım-addım izlər
Qızıl suyuna çəkilmiş verse'lərim sanki dərslik
Səs də səsdi; bariton
Nəfəs kəsilməməlidir, qoyulmamalıdır hərf axınına son
Practice on, like Mike Tyson
Beat me, beat me, götür qulağına sürt hitimi
Bəlkə, sənin də çabaların bir fayda verdi
Söz demək də bir incəsənətdi
Amma bu sənətin indiki vəziyyəti gilas səbəti
Səsimi qulağa sal, bəndim beynini anal
Mən hörmət gözlədikcə bağlanır üzümə kanal
Düzdür, yoxdu qalmaqalla freestyle
But all enemies died
Bizə kim deyir ki, səhv yoldayıq və düz yol var
Qalmasın qoy qayğımıza, getsin həmin düz yolla
Siz təzə euro, biz köhnə dollar
Dövriyə yüksək, konsertdə havadadır qollar
Deyiliş tərzim tökür ocağınızın üstünə şollar
Neyniyə bilər qoca ağaca kollar
Var voltaj, sən belə gözləmirdin, otur qal şokda

(Nəqarət: PRoMete)
Sətir-sətir bat daha dərinə
Dolur, boşalır bu səhnə
Uğursuzluq uğur əvəzinə
Çünki, bura səhnədir, deyil məhlə

(verse: PRoMete)
Dirty south deyil mənim tərzim
Mən, ümumiyyətlə, AzRap'də dərzi
Bilmək üçün nə baş verir, nədir dəbdə
Dinləyirəm all type hip-hop music
Məktəbimdə box idi hip-hop dərsi
Ya da hələ də yoxdu ilham pərisi məntəqəsi
Ona görə də dəqiq bilmirəm kim rap'in dədəsi, nənəsi
Təpəsi qarlı dağlar deyil güvəniləsi
Mənimçün musiqidə rap'dir tək fəsil
Respect o kəsə ki, balta kimi kəsir hər kəlməsi
Kəlləsi fikir qazanıdı qaynadır
Mete sözlə iflic edir, beat'lə oynadır
Mənəm, mənəm deyənlər deyin mənə hardadır
AzRap bu gün dardadır, PRo edir darmadağın
Bəsdi, bəsdi az gurulduyun
Bir dəfə də yağın ləkəsidi rap'in olmağı söz yığınağı
Adlandırmayın rapper hər yerindən duran balqabağı
Mal uşağı mal, əgər doldura bimlirsənsə zal
Bir az aralıda qal, bir az aralıda nəfəs al
Biz səsə bal qataraq qazanmırıq bal
Əsas məsələ track'lərdə boldu əhval

(Nəqarət: PRoMete)
Sətir-sətir bat daha dərinə
Dolur, boşalır bu səhnə
Uğursuzluq uğur əvəzinə
Çünki, bura səhnədir, deyil məhlə (x2)

02 April 2012

Yazmır H.O.S.T

(Nəqarət: PRoMete)
Deyirlər, yazmır H.O.S.T - axı mən nə yazım dost
Deyirlər, yazmır H.O.S.T - axı biz kimik, toz
Deyirlər, yazmır H.O.S.T - yazırıq, əməl olunmur
Ancaq söz, ancaq söz, ancaq söz (x2)

(verse: PRoMete)
Yazırıq sözümüz bol, gedirik izimiz yol
Qulağında səsimiz (hoo), səmimiyyət sayılmır rol
Biz deməyinə deyək, hanı bəs əməllər bro
İstənilməz şeylər olur, lable'a dönüb PRo
Səsim gəlir mənim 07 markalardan
Amma ki, bu sözlərə görə box, beat'lərə görədi məncə
Deməli, bu millətin beynindədir problem
Biz isə axtarırdıq problem başqa yerdə
Şəhərin altı, üstü tüstü yanıq cavanlarla
Baxırsan, elə bil ki, ac-yalavac canavardılar
Başları da bir-birindən boş (dum, dum, dum)
Bunları almaq olar bir-iki dini qonorarla
Açıram zibilləri, birinci iy məni vurur
Yazıram sətirləri, üstələyir milli qürur
Ona görə sevgidən bol-bol yazıram axır vaxtlar
Deməsinlər başqa yerdə, sənin də millətin budur

(Nəqarət: PRoMete)
Deyirlər, yazmır H.O.S.T - axı mən nə yazım dost
Deyirlər, yazmır H.O.S.T - axı biz kimik, toz
Deyirlər, yazmır H.O.S.T - yazırıq, əməl olunmur
Ancaq söz, ancaq söz, ancaq söz (x2)

(verse: PRoMete)
Əlimdə qələm, elə bil SSRİ'nin orağıdır
Sağa-sola hərəkət etdikcə, biçir, tökür yerlə bir
Çaqqaların ulaşması, qurdların uyumağıdır
Daha dərin baxaq görək, məsələ nə yerdədir
Üsyankar gəncliyimiz içkinin ağuşunda
Mentalilet əksinə olmaq demək deyil, şərəfsizlik
Mən enirəm sizin zirvələrin yoxuşundan
Məncə yoxdur burda səmimilik, qərəzsizlik
TV'lər çalır layla, xorultudan qulaq batır
Dona bürünür olaylar, cavanlarsa çolaq qatır
Dünyanı dəyişmək istəyən beş-altı nəfər varsa
Onlarda indi futbola baxır, çünki hesab atıb
Qarabağ da bizimdi, dost, inan ki, Zəngəzur da
Sarı gəlin, ərəbin muğamı və qara zurna
Əlindən pultu bıraxma, kanallarını çevir
Əziyyət çəkmə, seriala bax, yerindən də durma

(Nəqarət: PRoMete)
Deyirlər, yazmır H.O.S.T - axı mən nə yazım dost
Deyirlər, yazmır H.O.S.T - axı biz kimik, toz
Deyirlər, yazmır H.O.S.T - yazırıq, əməl olunmur
Ancaq söz, ancaq söz, ancaq söz (x2)

29 March 2012

Açılmasın səhər

(Nəqarət: PRoMete)
Açılmasın səhər
Oyanmasın şəhər
Boş qalsın yollar
Mən küçələrdə tək nəfər (x2)

(verse: Qaraqan)
Şəhər indi tamam boşdu
Bu gecə mənə çox xoşdu
Mən unutmuşam dərdi və kədəri
Bu gecə şəhərin tək qonağıyam mən
Gecə şaxtalı asfalt yaşdır
Hamı yorğun qayıdıb evə işdən
Amma mən gəzirəm, mən qaçıram
Mən qanadlarımı açıb, uçuram göyə
Qaranlıq gecə, döyünür ürək
Sevinirəm lap uşaqtək
Qaranlıq gecə, bomboş küçə
Məni biraz bərk qucaqla
Bu gün oyaq qalacam səhərə kimi
Onun gözləri çıxmır ağlımdan heç
İçimdə sevgi səhərə kimi
Bu gecə gəldi ondan ilk sms

(Nəqarət: PRoMete)
Açılmasın səhər
Oyanmasın şəhər
Boş qalsın yollar
Mən küçələrdə tək nəfər (x2)

(verse: PRoMete)
Hər nəfər keçər gecə fərqi yoxdu
Əsas olsun bu küçə, bu şəhər
Sıxsa da problemlər gündüzlər
Gül üzə, çıx üzə gecələr
Gecəni keçirdəcəm bu gün şəhərdə
Gücümü yığıb, yaxa qurtaracam kədərdən
Qulağa qulaqcıq, yeni bir tip Hip-Hop
Yoxlayacam telefonun display'ində
Hərdən ki, birdən bu mübahisəni boş bilib keçdin
Əslində bütün bu olanlar bizim məhəbbətin fonunda heçdi
Sadəcə sözümüz boğazdan keçmir
Bəs edər deyib çıxmışam evdən
Mən bilirəm, kobud oluram hərdən mən
Amma dözülməzdi onun nazı da
Cavabsız neçənci sms'i yazıram

(Nəqarət: PRoMete)
Açılmasın səhər
Oyanmasın şəhər
Boş qalsın yollar
Mən küçələrdə tək nəfər (x2)

(verse: AiD)
Çəkilin, mənim bu gecə artıb hisslərim
Göndərilənlər dolub, amma heç nə silmədim
Gələnlər qutusu hələ ki, bomboş
Boş gecəni pozur bu intizar
Yadına indi sal, artıq 1di saat
Yazacaqsansa, uzatma, indi yaz
Telefondan səs, gecədən yeni nəfəs gəldi
Ekrana adı, ürəyimə isə həvəs gəldi
Oxudum hər cümləni təəccüblə
Mən anladım, artıq niyə çürüdüm mən
Gün başlıyandan niyəsə hər şey tərs gəlir
Onun sevgi sms'i mənə səhv gəlib

(Nəqarət: PRoMete)
Açılmasın səhər
Oyanmasın şəhər
Boş qalsın yollar
Mən küçələrdə tək nəfər (x2)

12 March 2012

Sonu görünmüyən yol

(verse: PRoMete)
Hər sətir sanki bahalı bir almaz
İçimin dərinliklərindən yazıram almost
Kick snare, hi-hat, bir də bass
Bəs edir ki, mən yazım sətir və yazım səs
Amma bəs eləmir hərdən bir bitki
Qarşısı alınsın hansısa itki
Bu istedaddır, vərdiş yoxsa vergi
Kim bilir ki, ki, kim bilir ki,
Qara-qura vərəqləri toplasam yataq otaqımdan
Metenin səsi əskik olmaz qulağından
Bu mahnılar hərəsi bir uşağım
Mən tez-tez ata oluram
İlham pəriləri sevgililərim
Sətirlərin izləri həyatlarda dərin
Qayda-qanunlar maneələrdi
Amma çoxdan aşmışam bu çəpəri

(Nəqarət: PRoMete)
Həyat yoldur sonu görünməyən
Gedirəm mən üstündə sürətlə
De, kim var ki, əvəz edilməyən
Sadəcə addımla diqqətlə

(verse: PRoMete)
Neçə-neçə vərəqi qələmin diyircəyinə
Poligon elədim, səsim əsmədi
Nə canlı, nə də monoton tonumu dinləmiyib hələ heç kim
İlhamım elə həyatın özüdü
Onu gətirmir nə otlar, nə də ki, içki
Və o kəs ki, deyir ki, Mete indi bitirəcək sürəti
Qoy dinləsin gözünü açıb, üzünü aşağı əyəcəyi şiddəti
Səhnə darıxmır, əgər mən onda
Kütlə darıxmır, əgər mən onla
Əllər də havadadı, yellənir sağa-sola
Səhnədə Mete, mən hegemonam

(Nəqarət: PRoMete)
Həyat yoldur sonu görünməyən
Gedirəm mən üstündə sürətlə
De, kim var ki, əvəz edilməyən
Sadəcə addımla diqqətlə

09 March 2012

Bayraq

(verse: Qaraqan)
Salam, üç rəngli bayraq, mən yalançıyam
Mən ancaq bayram günlərində sevirəm səni
Əzbər bilirəm yüz fahişənin nömrəsini
Amma çoxdan unutmuşam himnimizin sözlərini
Xaricə gedəndə deyirəm ki, guya Türkiyədənəm
Mən utanıram Azərbaycan sözünü işlətməkdən
Erməni diasporası soyqırımlar uydurduqca
Mən Bakıda məşğulam ancaq qız fırlatmaqla
Ya da ki, çayxana, qeybət dalıyca qeybət
Sevmək əvəzinə millətimə eləyirəm nifrət
Rüşvətxor müəllimlərin savadsız tələbəsi
Qeyrətin məğlubiyyəti, fastfood'un qələbəsi
Mən baxıram ancaq səviyyəsiz verlişlərə
Əttökən aparıcılar, səviyyəsiz müğənnilərə
Mən indi yaşayıram sms və mms'lə
Çoxdan unutmuşam nədir kişi kimi üzbəüz söhbət
Salam, bayraq, mən sənin nankör övladın
Yüz yola əl atıram əsgərlikdən qaçmaqçün
Sən mənə verdin həyat, mənə verdin azadlıq
Yaxşı, bəs mən nə eləmişəm sən bayraqçün
Mənə lazımdı toppuş bacılar və toyxanalar
Amma toz altında məhv olur böyük kitabxanalar
Mənə lazımdı falçılar, bir də ki, fahişələr
Bir də lazımdı, isti, duzlu paçka dollar
Mən sənə layiq deyiləm, ey, üç rəngli bayraq
Mənim çoxdan vecimə deyil Qarabağ
Beynimdə ancaq pul yığmaq yastıq altına
Birinci telefonu dəyişmək, ikinci maşın almaq
Mən vergi verməməkçün evə naqil çəkdirirəm
20 Yanvar'da baxıram MTV'yə internetdən
Düşmənin ermənidi sənin, ey, üç rəngli bayraq
Amma sənin nankor oğlun bu gün pisdir ermənidən

(Nəqarət: Qaraqan)
Bağışla, bayraq, ola bilmədim sənin qəhrəmanın
Bağışla, yağır yağışlar, qanlı yağışlar
Bağışla, xalqım, ola bilmədim sənin qəhrəmanın
Bağışla, yağır yağışlar, qanlı yağışlar

(verse: Qaraqan)
Bağışla məni bayraq, bağışla məni torpaq
Mənim ən böyük arzum köçmək burdan, Green Card
Bağışla məni millət, bağışla məni xalq
Mən unutmuşam nədir vətəndaş olmaq
Bağışla məni ana, mən tərbiyəsiz böyüdüm
Sən mənim gələcəyimi tamam başqa cür görürdün
Bağışla məni ata, kişilik dəbdə deyil
O vaxt Qarabağda sən heç nə üçün döyüşürdün
Bağışla məni Allah, mənim dinim Vercace
Məscidim bar, peyğəmbərlərim ulduzlar
Bağışla məni Tanrı, mən günahkar insan
Qaranlıq səmamda parlamır ulduzlar
Bağışla məni həyat
Mən yaşadım ancaq yatmaqçün, gəzməkçün, doymaqçün
Bağışla məni bayraq
Bağışla məni bayraq, sənə yazdığım mahnını da yazdım məhşur olmaqçün

17 February 2012

Beşikdən məzara

(verse: PRoMete)
Pulsuz CD'lər başlanğıcı idi hər şeyin
Heç vaxt fanat sms'ini saymamışam hər şeyim
Və heç vaxt fikirləşməmişəm səhnə üçün xüsusi geyim
Əsas ağlımda olub HOSTçularıma nə deyim
Və heç vaxt saymamışam kimdənsə əskik nəyim
Mənim dinləyicilərim olmayıb, mənim olub arxam, kürəyim
Söykənə biləcəyim ya da mənə açanlar ürəyin
Mən də çalışmışam kömək olanın olum köməyi
Qulaqlara qonaq idik, indi yerimiz ürəklər
Addımlara çevrilib təzə-təzə iməkləməklər
Düz deyirlərmiş, Bakının daimi qonağıdı küləklər
Hansı ki, münasibətləri də sovurur insanlardan
Bu şəhərdə ya yıxılanlardansan, ya yıxılanlara vuranlardan
Yıxıldınsa, səni içəri bıraxmazlar kəndardan
Biz də qala bilmədik baş verənlərdən kənarda
Yaxşı olmağın bir yolu var - olmaq məzarda

(Nəqarət: Gültəkin)
Mən baxmıram səmaya və görmürəm günəşi
Qaranlığım əbədi, ağrılarım əbədi
Yaralanmış ayaqlar və qolda güc tükənir
Amma yolumuz irəli, biz bu yoldan dönmərik
Sönsə də ümid, dönmərik

(verse: AiD)
Pillələr tükəndikcə görürsən ki, zirvə zindandı
Görürsən, xoşbəxtlik açarı sevgi yox, pul və imkandı
Düşmənə qapını bağlıyıb, dostla bir yaşayırsan
Amma düşmən mənzillərin başında eyni damdı
Bu, bəlkə, son görüşdü, bu, bəlkə, son vidadı
Bəlkə də aramızda sökəcəyimiz son divardı
Bəlkə də gördüyünüz səhnə deyil, bir virandı
Bəlkə də varlığımız sınaq deyil, intiqamdı
Qızarmış yanaqlarınız utanc deyil, soyuqdandı
Kimlərsə sevinc, kimlərsə nifrətdən donub qaldı
İlham qürubdandı, hər batan günəş yeni mahnı
Hər kədər, hər etiraz hər biri ayrı insandı
Məşhurluqla sevgi eyni düşüb, eyni qalxır
Və sonda tərk edilsə, qəhrəman da sevmir xalqı
Və sonda vətəndaş sətir, ölkəysə mahnılardı
Və son fəth ediləcək şəhər göz yaşı və ağrılardı

(Nəqarət: Gültəkin)
Mən baxmıram səmaya və görmürəm günəşi
Qaranlığım əbədi, ağrılarım əbədi
Yaralanmış ayaqlar və qolda güc tükənir
Amma yolumuz irəli, biz bu yoldan dönmərik
Sönsə də ümid, dönmərik

(verse: Qaraqan)
Biz yaza bilmədik tarix, ola bilmədik qəhrəman
Qurtara bilmədik sizi və bizi bastırdı zaman
Dəyişə bilmədik dünyanı, söndü arzular
Biz əkdikcə qəmi torpağa, biçdik ancaq ağrılar
Qaranlıq, uzun yollarda istədik olaq şam sizə
Ama işıq verdikcə xalqı özümüz içdən yandırdıq
Kələ-kötür, tikanlı yollarda, bax, qalxdı qan dizə
Sizə yaxın olmaqçün ailə, doğmalardan ayrıldıq
Biz yazmadıq hörmətçün, biz gəlmədik şöhrətçün
Siz bilirsiz mi, deyin, yaşamaq millətçün
Xətt çəkib öz taleyine, düşünmək xalqın taleyin
Və bunu eləməmək nə qəhrəmanlıq, nə cənnətçün
Eşitmək içindəki səsi və bağırmaq dünyaya
Tanrıdan gələn kəlimələri toxumaq bir misraya
Və bu çətin yollarda yıxıldıqca ayağa durmaq
Görməkçün neçə nəfər qalmışıq mən baxacam arxaya

(Nəqarət: Gültəkin)
Mən baxmıram səmaya və görmürəm günəşi
Qaranlığım əbədi, ağrılarım əbədi
Yaralanmış ayaqlar və qolda güc tükənir
Amma yolumuz irəli, biz bu yoldan dönmərik
Sönsə də ümid, dönmərik

10 February 2012

AiD vuracaq qol

(Nəqarət: AiD)
Qara küçələr bol - şəhərin hər tini dinləsin, yelləsin əlləri
Təbim gecələr bol - zəhəri dərdimin bitməsin, doldursun dəftəri
Qara küçələr bol - şəhərin hər tini dinləsin, yelləsin əlləri
Təbim gecələr bol - qapısın bərk bağla beynivin, AiD vuracaq qol

(verse: AiD)
Rap'im səni sıxır kommunal borc kimi
Sən xəritədə yersiz Kamboca kimi
Gir qucağa, çağır çağa kimi köməyə məni
Ya da yağ bıcağı götür, gəl öldürməyə məni
Sevgilivin gözünü yum səhnəyə mən çıxanda
Özüm gəlməmişəm, arzuladın, mən çin oldum
Sən brak doğulmusansa, günahkar Çin deyil bro
Cəmiyyətə yeni nəfəsdi bu, içində mentol
İntellektual, glamour qızlarımız tipo-tipo
Baxdıqları kino - Titanic, bir də Zita-Gita
O margarito, bura Bakı yoxsa bura Kito
Dilindəki ton, sanki sözləri çəkir iki ton
Brendlər ən yaxın dost dar gündə, hər işdə
Efirlər həyat öyrədir həm əvvəldə, həm finish'də
Və bizə qarşı olan bəzi-bəzi verlişlər
Bilin, biz ildən-ilə yüksəlişdə, siz enişdə

(Nəqarət: AiD)
Qara küçələr bol - şəhərin hər tini dinləsin, yelləsin əlləri
Təbim gecələr bol - zəhəri dərdimin bitməsin, doldursun dəftəri
Qara küçələr bol - şəhərin hər tini dinləsin, yelləsin əlləri
Təbim gecələr bol - qapısın bərk bağla beyninin, AiD vuracaq qol

(verse: AiD)
Rap'im səni dəyişir dövran kimi
Xan kimi danışırsan Jeep'ə oturan kimi
Sanki, Franklin'in sürüsündəsən mal kimi
Çəməninə bağlayır səni qandal kimi
Cavanlar qışqırır küçələrdə, nəsə istəyir
Qocalar çay içir və xilas edir bəşəriyyəti
Bakını bürüyüb qara bulud, bir də bir az da stress
Bakıya lazım deyil pul, lazımdı sex
Sistem sıxdıqca sıxılmaqdan zövq alırsız
Xarab bütün məhsulları pisliyib, söyüb alırsız
TV'də bazar verlişlərində gedən bazarlıq
Manıslar topdan satılır, bu fəsil biz qazandıq
Mən söz soxuram, söz girmir, deşik çox balaca
Cibləri böyüyən cəmiyyətin beyni çox balaca
Süfrə açdım sözlərdən hər mətbəxə uyğun
Bilirəm, bu banketdən sonra çoxu tox qalacaq

(Nəqarət: AiD)
Qara küçələr bol - şəhərin hər tini dinləsin, yelləsin əlləri
Təbim gecələr bol - zəhəri dərdimin bitməsin, doldursun dəftəri
Qara küçələr bol - şəhərin hər tini dinləsin, yelləsin əlləri
Təbim gecələr bol - qapısın bərk bağla beyninin, AiD vuracaq qol

(verse: AiD)
HOST Production, səsim çatır hər insana
Bizim ikona dəyişmirik pula, mikrofonu
Mənim ifamı qoy ringtone'a BlackBerry, iPhone'a
Mənim motorum opora, mənim susmağımdı fora
Bu maratonda qələbə verir mənə kantora
Mən ora-bura burun soxmadan çıxdım monitora
Mənə karona lazım deyil girmək üçün dona
Nəqarəti xorla oxunaraq track'im çatır sona

(Nəqarət: AiD)
Qara küçələr bol - şəhərin hər tini dinləsin, yelləsin əlləri
Təbim gecələr bol - zəhəri dərdimin bitməsin, doldursun dəftəri
Qara küçələr bol - şəhərin hər tini dinləsin, yelləsin əlləri
Təbim gecələr bol - qapısın bərk bağla beyninin, AiD vuracaq qol

24 January 2012

Mən inanmıram

(Nəqarət: Qaraqan)
Mən inanmıram, mən görürəm gecələr ancaq ulduzları
Mən inanmıram, mən görürəm bəyaz səmada ancaq günəşi
Mən inanmıram, hiss edirəm havanı, küləyi, dənizləri
Mən inanmıram, bəsdi danışmayın mənə yalan hekayələri

(verse: Qaraqan)
Mən inanmıram sizə, siz qəzetlər, verlişlər, kanallar, dalğalar, xəbərlər
Mən inanmıram sizə, siz valideynlər, qohumlar, ailəvi nəsihətlər, tərbiyələr
Mən inanmıram sizə, siz müəllimlər, məktəblər, dərsliklər, imtahanlar, qiymətlər
Mən inanmıram sizə, siz şayələr, dedilər, qodular, nağıllar və qeybətlər
Mən inanmıram sizə, siz sevgilər, 8 Mart, Valentine, üzüklər, nişanlar
Mən inanmıram sizə, siz mollalar, yalançı nəzirlər, ikiüzlü imamlar
Mən inanmıram sizə, siz matəmlər, tətillər, qara günlər, ağ günlər, bayramlar
Mən inanmıram sizə, siz insanlar, insanlar, insanlar, insanlar
Mən inanmıram sizə, siz banklar, kreditlər, maaşlar, pullar və faizlər
Mən inanmıram sizə, siz tanışlıq, yerlilik, yaltaqlıq, qohumbazlıq, xahişlər
Mən inanmıram sizə, siz yaxınlar, dostlar, tanışlar, facebookda commentlər
Mən inanmıram sizə, siz ulduzlar, Hollywood, Grammylər, Oscarlar, Happy Endlər
Mən inanmıram sizə, siz bayraqlar, torpaqlar, əcdadlar, dostlar və düşmənlər
Mən inanmıram sizə, siz Bağdadlar, Əfqanıstan, sülh adıyla məhv olan Vietnamlar
Mən inanmıram sizə, siz qızıllar, brilliantlar, dəb, glamour əskilər və brendlər
Mən inanmıram sizə, siz manikenlər, maskalar, oyuncaqlar, barbielər və kenlər

(Nəqarət: Qaraqan)
Mən inanmıram, mən görürəm gecələr ancaq ulduzları
Mən inanmıram, mən görürəm bəyaz səmada ancaq günəşi
Mən inanmıram, hiss edirəm havanı, küləyi, dənizləri
Mən inanmıram, bəsdi danışmayın mənə yalan hekayələri

(verse: Qaraqan)
Mən inanmıram sizə, siz məşhurluq xətrinə fəlsəfədən yazan saxta şairlər
Mən inanmıram sizə, siz varlılar gələndə həkimlər, kasıblara qatillər
Mən inanmıram sizə, siz fanatlar, bir səhvə görə hazırsız məni məhv etməyə
Mən inanmıram sizə, siz xaç yürüşlərindən sonra danışırsız insanları əhv etməkdən
Mən inanmıram sizə, siz Coca-Cola, General Motors və rəngli agetasiyalar
Dünyada yoxdu artıq ölkələr, dünyanı çoxdan idarə eləyir koorparasiyalar
Mən inanmıram sizə, siz yaslar və toylar, bukmakerlər, satılmış oyunlar
Siz qaynanalar, qaynatalar, sevgini məhv edən baldızlar, qudalar, qayınlar
Mən inanıram göydə parıldayan günəşə, o verir mənə isti, o verir mənə nur
Mən inanıram qayalardan axan bulağa, o verir mənə can, o verir mənə su
Mən inanıram torpağa, mən onun üstündəyəm, dərindən nəfəs alıram təmiz havayla
Mən inanıram küləyə, məni sığallayır, dənizin içində rəqs edirəm dalğayla
Fərqi nə sən kimsən, nədir adın, millətin, biz isinirik altında eyni günəşin
Bir səma altında bir neçə ovuc insan, deyin, nəyə görə bir-birinin düşməni
Mən inanmıram müharibələrə və silaha, mən inanmıram qəhrəmanlığa, boş qana
Mən inanıram ancaq sevgiyə, mən inanıram ancaq Allaha

(Nəqarət: Qaraqan)
Mən inanmıram, mən görürəm gecələr ancaq ulduzları
Mən inanmıram, mən görürəm bəyaz səmada ancaq günəşi
Mən inanmıram, hiss edirəm havanı, küləyi, dənizləri
Mən inanmıram, bəsdi danışmayın mənə yalan hekayələri

Mahnılar bilir kimə yazılır

(verse: PRoMete)
Yenə tək bu boş otağımda bir çarpayım, bir divan və iki qoltuq
Mənitək hiss edən olubmu boğaza qədər çətinlik, içində boşluq
Səni tək istəyirdim, sən mənə verdin mənfi sonsuzluq
Mən isə sənə mahnı yazmamağa söz verərək götürmüşəm vərəq və qələm

(Nəqarət: PRoMete)
Yazdım, küçələrin boşluğundan xatırlandım
Çox çətin, sənsiz mənə çox çətin
Yazdım, gecələrin dostluğundan xatırlandım
Çox sətir sənə ünvanlı, çox sətir
Hər sətirdə sənə yazmıram bu mahnını
Bu mahnı başqa mövzunun mahnısı
Əhvalı pis olan insanların şərqisi
Adı keçən hər sətir şərtidir
Mərcidi bu mahnı beynin və hisslərin
Sənə yönəlmir artıq hisslərim
Çox dedim, çox dedim amma
Mahnılar bilir kimə yazılır (x2)
(verse: PRoMete)
Bu aralar içimi bürüyən təlaş məni rahat bıraxmır
Həyat durğun, beyin quraqlıq
Sən isə bəlkə də qulaqda qulaqlıq
Dinlədikcə səsimi hiss edirsən uzaqlıq
Uşaqlıq xatirələri kimi uzaqdı
Səninlə yaşadığım yaxın keçmişdəki münasibətlər
Kaş ki, duraydın, aydın-aydın danışaydıq
Ayrılmadan öncə bilsəydim ki, olacaq sonda qovuşmamaqlıq
Mən birazda yumşaqlıq edib, səni gərək saxlayaydım
Ya da bağlayaydım gərək elə sən gedən günü bütün mövzuları
Mənim arzularım tamam başqalaşıb indi
Baş qarışıq indi, iş dolaşıb indi
Ya da yazmıram
(Nəqarət: PRoMete)
Yazdım, küçələrin boşluğundan xatırlandım
Çox çətin, sənsiz mənə çox çətin
Yazdım, gecələrin dostluğundan xatırlandım
Çox sətir sənə ünvanlı, çox sətir
Hər sətirdə sənə yazmıram bu mahnını
Bu mahnı başqa mövzunun mahnısı
Əhvalı pis olan insanların şərqisi
Adı keçən hər sətir şərtidir
Mərcidi bu mahnı beynin və hisslərin
Sənə yönəlmir artıq hisslərim
Çox dedim, çox dedim amma
Mahnılar bilir kimə yazılır (x2)

Mr. Loba - Loba

(skit:)
Nəğd Pul Production

(verse: Qaraqan)
Mən tele-fantastic, Mr. Bombastic
Mən Qaraqan, professor, master
Qalxır əllər, drive, dinamika
Qaraqan qayıtdı, Bakıda panika
Qara limuzun, qara şüşələr
Qara pencək və qara eynəklər, cangüdənlər
Onlar deyirlər, dəyişməliyəm stili
Olmalıyam модный, стильный
Onlar deyir ki, indi hər şey glamour
Bizə lazımdı sex, bir də pul
Mr. BlackBlood, yow, underground label
Dance elə, dance elə, yow, baby, baby
Tele-fantastic, Mr. Bombastic
Pencək və qalstuk, geyimim classic
Pəncərəm plastic, verir ужастик
Mr. Loba-Loba, bow, Dj Oba

(Nəqarət: Nadir Nəğd Pul)
Bura maskaratdır, hamı kloun
Geriyə yol yox, let`s go
Qaraqan, BlackBlood a.k.a H.O.S.T (x2)

(verse: Qaraqan)
Mən tele-fantastic, Mr. Bombastic
Mən Qaraqan, professor, master
Mən dünən LA`da, bu gün Monte Carlo
Rap Buratino, mən, blin, Papa Carlo
`Hey you, excuse me, girl` kimi viza-viza
- What’s your name?
- BlackBlood, you?
- Liza, Liza.
Bentley, Vertu, West Side, xronika
Bye Izabella, hi Monica
Gucci, Brioni, Fendi, Lui Vuitton
Please, saat neçədir?
Nə fərqi var ki, saat Rolex
Ernest, Chanel, Armani, Prada
Qırmızı Lamborghini, прямо из ада
Qaraqan made in Cəhənnəm, made in Baku City
Bir-iki çika-çika, bir-iki tattoo və крестик
Bir az da qaş-qabaq, aqressiya типо-типо
Görürsüz, necə asandı olmaq nigga-nigga?

(Nəqarət: Nadir Nəğd Pul)
Bura maskaratdır, hamı kloun
Geriyə yol yox, let`s go
Qaraqan, BlackBlood a.k.a H.O.S.T (x2)

Adama hörmət eləyirlər geyiminə görə
Adama kömək eləyirlər brendine görə
Adama telefonuna görə zəng eləyirlər
Qızlar da məşhurluğa görə dəng eləyirlər
Sevgi puluna görə, toy qohumuna görə
Dost, qardaş maşının motoruna görə
Qol saatına görə sənə vaxt ayırırlar
Sənə görə 10 illik dostlardan ayrılırlar
Pul, qohumlar, şöhrət və paralar
Bu oyunda yox başqa qaydalar
Yeni brendlər, çox-çox bahalı markalar
Təzə maşınlar, təzə vitrin və reklamlar
Bahalı clublar, V.I.P masalar
Versace istehsal eləyir yeni maskalar
Super salon, manikür, pedikür, stil
Bir neçə пачка dollar – qarışqa olur fil

(Nəqarət: Nadir Nəğd Pul)
Bura maskaratdır, hamı kloun
Geriyə yol yox, let`s go
Qaraqan, BlackBlood a.k.a H.O.S.T (x2)

20 January 2012

Boyfriend, Girlfriend

(verse: PRoMete)
Qaçdı-tutdu həyat, bizi unutdu həyat,
Fırlandıq öz dairəmizdə, gəldik eyni nöqtəyə.
Kim kimi itirdi həyatımız dəyirmi,
Axtardıq fərqliliklər gəldik yenə görüşməyə.
Mən sənnən qaçırdım, sən mənnən qaçırdın,
Axtardın, axtardın, sən məni tapdın. 
Mən səni tapdım demiyəcəm.
Mən səni itirməmişdim ki, 
Ya da pul verib almamışdım əvvəldə,
Yenə tər töküb bir daha geri qazanım.
Dolu qazanım ya boş, mənim həyatım mənə xoş.
Track`i eşidib əsəbin həddini daş çoş!
Keç, qabağına qoyulan qaydaların üstündən bir addım da oyana!
Mənim tərəfə daha bir addım at,
Sənin tərəfə qaçaraq gələcəm.
Söz verirəm bir daha xətrimə dəysən,
Telefon nömrəni siləcəm.

(Nəqarət: PRoMete)
Boyfriend, girlfriend, biz bunlar kimi deyilik fərqliyik,
Hamı eyni cür əzab çəkir, görmək istərdim fərqimi.
Boyfriend, girlfriend, biz bunlar kimi deyilik fərqliyik,
Hamı eyni cür düşünürsə, bəs mən kimə danışım dərdimi?!(x2)

(verse: PRoMete)
Bilirəm çox toxunur hər sətir axı bu tam istədiyim sevgi mahnısı
Amma mənə inanki çox əzginəm və yazmamışam hələ hamısın 
Yazmamışam, ya da yaza bilməmişəm,
İçimdə saxladığım kinimi tökməmişəm vərəqə.
Səni qədər mənə etsəydi hansısa düşmən,
Çoxdan çalmışdım qələbə bəlkə də, bilmirəm.
Bilmirəm, dinmirəm, dinmirəm atıram içəri kinliyəm,
Sən bilirsən, dinliyirsən, gülürsən...
İndi ya telefonundan silirsən, ya da əlini ver!
Gəlirsən?

(Nəqarət: PRoMete)
Boyfriend, girlfriend, biz bunlar kimi deyilik fərqliyik,
Hamı eyni cür əzab çəkir, görmək istərdim fərqimi.
Boyfriend, girlfriend, biz bunlar kimi deyilik fərqliyik,
Hamı eyni cür düşünürsə, bəs mən kimə danışım dərdimi?!(x2)

(Skit: PRoMete)
Qaçdı-tutdu həyat, bizi unutdu həyat,
Fırlandıq öz dairəmizdə, gəldik eyni nöqtəyə.
Kim kimi itirdi həyatımız dəyirmi,
Axtardıq fərqliliklər gəldik yenə görüşməyə.

(Nəqarət: PRoMete)
Boyfriend, girlfriend, biz bunlar kimi deyilik fərqliyik,
Hamı eyni cür əzab çəkir, görmək istərdim fərqimi.
Boyfriend, girlfriend, biz bunlar kimi deyilik fərqliyik,
Hamı eyni cür düşünürsə, bəs mən kimə danışım dərdimi?!

Bağışla

(verse: feck)
Bəzi mahnılar sevgiyə yazılır,
Hərdən mahnı ağladır, kədərlidi,
Sətirlərdə gizlənir göz yaşı.
Gecə dinləyərkən ya da avtobusda gedərkən,
Mahnı ən yaxın dost ola bilir - onunla danışa bilsən. 
Zaman isə dayanmır, gedir.
Axırdın qum saatında zamanla,
Zəhərlənirdim xain əqrəbin zamanıyla,
Qəhərlənirdi baxışlar göz bəbəylərində,
Yumulu göz qapaqlarım beyinin tələbilə.
Dolanırdı bədənimə zamanın zəhəri,
Bulanırdı mənzərə görürdüm bir təhəri,
Mənim romanımda sən baş qəhrəman kimi,
Səninlə saatlar uçurdu sanki an kimi.

(skit: feck)
Unutdum yenə səni bağışla,
Bu mahnı sənə son çağırışlar,
Payızda bir isti qucaq,
Yaz dumanında qoy yox olax.
Son qoyax bu fəsil çarxına həmişə qış olsun,
Ya da olmasın, bilmirəm, mən yenə qərarsız,

(verse: feck)
Yanvar qarında ayaq izləri,
Paxılsan günəş əritdi kaprizlərin,
Qorxaq insanlar nəyə gərəy çətir?
İslanma qorxusu? Axı çox çətin.
Gecə vaxtı mahnım köhnə bir dost kimi,
Qulağında pıçıltılarımla.
Gecə vaxtı xatirələrin səhərə çevirər,
Otağımı sənin işıltılarınla.

(skit: feck)
Yenə mövzudan çıxdım.
Külək şam işığıyla, divar qələmin kölgəsilə rəqs edir.
Hər şey yenə bir-birinə girib həyatımda.
Sən mənə biraz da səbr et.

(verse: feck)
Unudulmuş adaya gözlənilməz yağış,
Sən sahildə dəniz.
Dəniz sənin gözlərinə baxır,
ömrümdə sən tək, əvəzsiz.
Külək xəzan yarpaqlarını yolumuza düzərdi,
Süzərdi buludlar.
Yağışları çətirsiz gəzərdiy,
Sürüşərdi ulduzlar.
Bizə baxaraq buzun üstündə sevişərdik.
Təqvim yarpaqları uçuşur sanki payız,
Hər anın dadını çıxararaq səninlə.
Gölün üstündə yarışan kağız qayıqlar kimi.

(skit: feck)
Göydən düşən 3 almaya danışardıq nağılımızı.
Utanıb qızararkən yanaqların, bir öpüş ətri gələrdi havadan, 
Bu ilk öpüşün ətri. 
Əllərim saçlarında yuxuya gedərkən mahnı da bitir.

14 January 2012

Epiloq

(verse: Qaraqan)
Söndür iPodu, yandır dünyanı
Bizim oyun bitdi, game over, bağlandıq
Doğurdan da 3 ildi sevqinin ömrü
Bizim sevgimiz öldü, bu işə yas saxladıq 
Sənə lazım deyil daha bu mahnılar
Sən böyüdün bizlə, biz qocaldıq
Sənə lazım deyil müqədəs zirvələr
Bakı indi daha hündür binalar ucaldır
Bitdi mi konsert, say biletləri
Bölüşdür nə qədər hansımıza qalır
Axı bu deyildi bizim istədiyimiz
Sözümüz sevilsin istədik, sevildi səsimiz
Bakı günahlarını tökür Xəzərə
Tanımayacaq birazdan məni gəzənlər
Doğma əzanlar, dinlə, birdə qəlmir
Köhnə küçələrdə traktor, buldozerlər
Mənim şəhərim qırır körpə qanadları
Sən indi galstukda, pencəkdə, əsl maço
İşə düzəldin, cib pul qazanır
Dünən H.O.S.Tu dinləyən bugün H.O.S.Tdan utanır
Köhnə kitabtək üstümüzə toz dolur
Amma ən çətin günündə sənə dost olduq
Çıxart posteri divardan əbədi
Böyüdün braço, əlvida dost, C'est la vie

(Nəqarət)
Harda itdi bizim arzularımız
Nə vaxt bitdi nağıllarımız
Sağalacaq mi qanadlarımız
Daha isitmir mahnılarımız

(verse: Qaraqan)
Sən artıq böyümüsən, indi Glamour Lady
Dünənki H.O.S.Tçu isə bugün olub Mrs. Sexy
Dünənki Qaraqan da bugün olub BlackBlood
Həyat bizi məhv elədi, son gediş Şah-Mat
Zaman dəyişdi, necə çatladir qayaları
Qurudur dənizləri, dəyişdi elə bizləri
Arxamca gəlmiyin, arxamca qəlmiyin
Sizi ancaq azdıracaq mənim izlərim
Mənim sərt hisslərim, içimdə davalar
Payiz gəldi amma qayıtmadı Bakıya qarğalar
Bu şəhər bizim deyil, buralar doğma qəlmir
Saxla konduktor, mənim dayanacağim arxada
Burada doğulmadım mən, burda ölmək istəmirəm
Mən yaşamaq istəyirəm, dözmək istəmirəm
Gözləmirəm ki, anlayasan məni
Səni sevindirir mənim hər yeni səhvlərim
Qırdıq səddləri hamı susan zaman
Bizdən başqa kim varıydı ki, boş idi meydan
Və səni hamı tərk edən zaman, təkliyən zaman
Mahnılarımızdan güc alırdın, utan
Siz evdən qovulanda biz açdıq qapımızı
Biz dedik bütün şəhərə sizin dərdinizi
Əlinizi tutub qaldırdıq ayağa
Qorxma, yanındayıq deyib, itələdik qabağa
Biz isə yıxılan kimi siz başladız gülməyə
Tənqid dalınca tənqid, qəhramanı məhv etməyə
Ayağa qaldırmaqdan bizdən üz çevirdiz
Amma ki, bu döyüşlərə biz sizə görə qetmişdik
Yaralı canavarı qovmazlar dəstədən
Necə ki, qovulmur ailələrdən xəstələr
Amma nankör millət başladı daşlamağa
H.O.S.T dəyişdi, yıxıldılar, gəlin onlara daş ataq
Qoşuldu adımıza min cürə böhtan
Aman Allah, Tanrı, yox bunlarda vicdan
İnsan necə də bu qədər insana nifrət eliyər
Xoş gəldin, qorxma, sənə düşmən deyil Qaraqan
Mən heç vaxt olmamışam hisslərimin əsiri
Və bütün yaralarımı özüm sarıdım
Və sizə qalsın miras hər sətirim
Əlvida, Bakı, mən bir də çətin qayıdım

(Nəqarət)
Harda itdi bizim arzularımız
Nə vaxt bitdi nağıllarımız
Sağalacaq mi qanadlarımız
Daha isitmir mahnılarımız

Saxta track

(verse: Qaraqan)
Məni sıxır artıq 4 divar arası
Çıxmalıyam ruhum dəyişsin havasın
Dostlarımla görüşə, amma nə fayda
Dostlarım saxta, zarafatım saxta
Məni məhv edəcək belə düşüncə
Yığ ağlını başına, geyin, get işə
Axı hara gedəcəm mən bu gedişlə?
Qalstukum saxta, pencəyim saxta
Məni dəli eliyəcək bu şəhər
Yalançı sifətlər, süni gülüşlər
Dişlər, sanki reklam çarxı çəkilişdə
Gülüşlər saxta, sözləri saxta
Mənə əsil həyat ver, vermə saxtasın
Ağzımda acısı, ucuz ətin şorbası
Amma sevir süni şeyləri xalqım
Kim halal qazanır gəlin tikək torbasın

(Nəqarət: PRoMete)
Düşünürdüm dəyişim dünyanı
Amma saxtalıq çox dərində
Düşünürdüm qoruyuram dünyamı
Dəstək verirmişəm gəlirimdən (x2)

(verse: AiD)
Mənim xalqım sevir süni şeyləri
Sünidi işləri, yasları, toyları
Mənim millətim azaraq yolları
İlişir əlləri tikanlara, kollara
Saxta brend markası, saxta maşında
Saxtakar fikirlər saxta başında
Süni gülüşləri ailəvi albomun
10 manat ucuza alır saxta telefonu
Saxta qiymətlərlə bitir məktəbi
Kimə dəyəcək ziyan ay yazığ, tək sənə
Saxta SMS`lərlə qazan sevgini
Kimə danışırsan yalan, tək özünə
Tök haram qəndi kəm-şirin çayına
Aldat hamını, heç kimi sayma
Və əgər saxtakar kömək istəsə
Bilsin ki, gəlməz heç kəs harayına

(Nəqarət: PRoMete)
Düşünürdüm dəyişim dünyanı
Amma saxtalıq çox dərində
Düşünürdüm qoruyuram dünyamı
Dəstək verirmişəm gəlirimdən (x2)

Əllər

(verse: Qaraqan)
Payıza qarşı kapüşon
Yağışlı küçədə kölgəsi, bir də O
Həyatdan bezmiş baxışlar, bir də yol
Piyadalar, maşınlar, dayanacaqlar, metro
Baxışlarında ölmüş insanlar, tələsən addımlar
Çəkdiyi əzablar çıxmır yadından
Üzdə qırışlar, o qocalmış uşaq
Evdə ac körpələr, lazımdı pul tapmaq
Yadına düşür yaxşı vaxtlar, maaş, ailə, nahar
Həyat yoldaşının xöşbəxt gözləri və uşaqlar
O bacarar, o qayıdar evə çörək və duzla
Gülüş doğar qəmlə, parçalanmış ümüdsüz üzlər
O bilir bu seçimlə tapmayacaq xoşbəxtliyi
O bilir nədi qorxaqlıq və nədi zəiflik
O bilir yıxılanı əzir ayağı altda şəhər
Amma lazımdı oğlana kitap, qələm, dəftər

(verse: Qaraqan)
Tələsən piyadalar itələdikcə bir-birini
Bahalı maşınlardan sıçradıqca səkiyə palçıq
Bakının yoxdur vicdanı, bu şəhər boz və kinli
Və yüksəldikcə binaları, Bakı olur alçaq
Lazımdı çörək tapmaq, daşdanda pul çıxartmaq
O bilir yoxdu nə ata, nə qohum, nə dayaq
Yanında dörtcə kömək, iki əl və iki ayaq
Evdə qurtarıb ət, yoxdu çörək, lazımdı yağ
Necə söysün talehi, taleh hər kəs üçün fərqli
Yenə şükür Allaha canı sağlam, yox xəstəlik
Bu dördüncü həftədir əlində köhnə diplomla
Gəzir bir-bir binaları, pulsuz işləyim nə olar
Məni bir ay yoxlayın, tələsməyin qərarla
Məni evdə gözləyir xəstə arvad, iki balamla
Olmayıb varlı dostum, fəxr etməmişəm atamla
Nə olsun ki, vermirəm rüşvət, amma məndə savad var
Qayıtdı kor-peşman, əsəbləri son həddə
Havalar soyuyur, məktəb üçün lazım paltar
Bir qutu siqaretə xərclənmiş son qəpiklər
Sonuncu ümüd öldü tüstü ilə, açıldı əllər

(verse: Qaraqan)
Əllər açılır sevincdən, göz yaşı silir əllər
Əllər var daş daşıyır, pul sayır bəzi əllər
Əllər var çörəyi bölür, çoxusun verir ac qonşuya
Əllər var dolu qızılla, dolu üzüylə deyil xoşbəxt
Əllər var tutur qələm, bəzi əllər toxunmaqçün
Əllər var tutur əlləri əllərdən qorunmaqçün
Əllər var daim hazır yeni şeylər öyrənməkçün
Əllər var hər şeyi bilir, açılır dilənməkçün
Əllər var alın tərini silir, əllər var köməksiz
Əllər var yetim əlacsızları qoyur çörəksiz,
Əllər var tutur silah, bəzi əllər bağlı zəncir
Əllər var palçığın içindən çıxıb, olub zəngin
Əllər var yapışır başqa əllərdən yaşamaqçün
Əllər var hazır ancaq vurmaqçün, daşlamaqçün
Əllər var seçir paltar, seçir qızıl bəzənməkçün
Əllər var oğlu, qızı ac, açılır dilənməkçün

Karusel

(verse: AiD)
Mənim sevgilim, sən hamıdan gözəlsən
Cənnəti təsvir etsəm, çəkərdim sənin rəsmini
Səhifələr tükəndikcə sanki bitir hər şey
Mən kitab olsaydım, adım olardı sənin səhvin
Çox vaxt musiqi nəsə demək istəyir, anlamırsan
Mən mahnı olsaydım, susub səni dinləyərdim
Əzab ver, qorxma, sevgidən ölmür heç kim
Mən ürək olsaydım, səni çöldən bağlayardım
Mənim sevgilim, sən hamıdan gözəlsən
Sənə mən gül verdim, sən
sə sevdin tikanların

Uçmaq istəsən, göyə çıxmaq lazım deyil
Qəlbim sənin səman, sevgimsə qanadların
Dünyaya baxıram hərdən, o bəzən bizə oxşayır
Mən dünya olsaydım, fırlanardım başqa səmtə
Sənin əksini sevdim, ürəyini tapa bilmədim
Ürəyin olsaydım, yəqin, gizlənərdim mən də
Dairəni sevmirəm, çünki, küncə qısılmaq olmur
Küsəndə külək kimisən, sənə toxunmaq olmur
Sən hər dəfə əsdikcə yanaqdan axır sel
Dünya fırlandıqca fırlanır bizim karusel

(Nəqarət: Miri Yusif)
Üzündəki xal - ürəyimdədi xal
Gündüzlər getmə, get
Gecələr qalma, qal
Yadına bir də sal

Marsel, fırlanır karusel

(verse: AiD)
Mənim sevgilim, sən hamıdan gözəlsən
Sən mənim hər şeyimsən, qalsaydın, doymazdım
Cənnətdə görüşməkçün gərək əbədi sevəsən
Mən cənnət olsaydım, bu qədər şərt qoymazdım
Dünyanı gözəl göstərməkçün hərdən uydurursan
Mən yalan olmuşdum, səni onda mələk etmişdim
Sənə tərəf hər addım atdıqca təzyiq azalır
İtmiş şəhər olsaydın, ora çoxdan getmişdim
Sevməkçün hər şey var, bu dünya əliaçıqdır
Qaça bilmədiyin dərddən zövq al, ya da barış
Xəstəlik olsaydım, olardım yaddaşsızlıq

Ki, unudaq olanları, yenidən olaq tanış
Mənim sevgilim, sən bu gün çox gözəlsən
Mən həyat olsaydım, bu qədər şirin olmazdım
Sənin eşitməyinçün demirəm mən bu sözləri
Mən sevgi olsaydım, sözlərdən yığılmazdım
Yuxuna gəlsəm də, tez oyadacam ki, tez gedim
Qoy mən damcı gözündən axandan daha tez gedim
Sən ağladıqca həyat yollarımdan axır sel
Dünya fırlandıqca fırlaır bizim karusel

(Nəqarət: Miri Yusif)
Üzündəki xal - ürəyimdədi xal
Gündüzlər getmə, get
Gecələr qalma, qal
Yadına bir də sal

Marsel, fırlanır karusel

Mənim istiqamətim

(verse: Qaraqan)
Mən heç vaxt olmamışam nömrə bir
Məni fırlatmayıb aylarla radiolar, efir
Mən özümü göstərməmişəm Jeep'də, hitlər
İstədiyim olub ancaq lirika və beatlər
Mən heç vaxt qalxmamışam layiq olduğumdan artıq
Və heç vaxt götürməmişəm lazım olandan artıq
Ola bilsin ki, mənə qulaq assın bütün ölkə
Amma geyinmirəm mən 10 manatdan baha köynək
Mənim üçün fərqi yoxdu, məhşuram ya adi oğlan
Bəlkə də məhşurluqdan çox istəyərdim adi olmaq
Kimlər ki, indi mənim dediklərimə inanmır
Soruşun yaxınlarımdan, Qaraqan necə adamdır
Məni çəkməyib heç vaxt ulduzların əhatəsi
Və sırtıq qızların da saxlamışam məsafəsin
İradəsi olanlar orduma gəlsin
Mən yazmıram bu rapi ki, xoşuna gəlsin

(Nəqarət: Qaraqan)
Bu mənim istiqamətim
Mənim əqidəm düz, yox xəyanətim
Mənim məqsədim bəlli, hədəflərim bəlli
Çıxmasın qarşıma kimin var şikayəti
Bu mənim istiqamətim
Mənim əlimdə silah cəsarətim
Mənim düşmənim bəlli, hədəflərim bəlli
Çıxmasın qarşıma kimin var şikayəti

(verse: Qaraqan)
Bakını başa düşmürəm, o Küləklər şəhəri
Yoxsa glamour party'lər, cana'lar, clubber'lər
Bakını başa düşmürəm, o tamam dəyişib
Kasıbların çiynində tikilmiş megapolis
Burda hər kəs çalışır özünə görə
Səndən nəsə istəyir, kim ki, üzünə gülür
İzinə gəlir, iyinə gəlir pulun hamı
Pula gələnlər bir də çətin özünə gələ
Mən heç vaxt olmamışam borclu kiməsə nəsə
Nə də olmayacam sənin alqışlarına əsir
Və hər 100 ildə gəlirsə xalqa 1 şair
Bu statusu tullayıram, götürsün kim istəsə
Mən heç vax qorxmamışam, həyat böyük kino
Bir gün notlar olar major, bir gün minor
Və artıq sayımız 20.000 kapuşon
Məni oyundan silsəz də, davam edəcəy show

(Nəqarət: Qaraqan)
Bu mənim istiqamətim
Mənim əqidəm düz, yox xəyanətim
Mənim məqsədim bəlli, hədəflərim bəlli
Çıxmasın qarşıma kimin var şikayəti
Bu mənim istiqamətim
Mənim əlimdə silah cəsarətim
Mənim düşmənim bəlli, hədəflərim bəlli
Çıxmasın qarşıma kimin var şikayəti

Unjudgeable

(verse: PRoMete)
Qələmi əlimə alanda, hamı susdu
Görmürəm nəsə heç kimdən əməlli dostluq
Tülkü tələsinə dönüb hər yer pusqu
Fikir vermə PRoMete, you're master, just go
Mən bunu bilirdim, bunu hiss edirdim
Durub izləyirdim, vərəq sətirləyirdim
Kim isə evində oturub hazırlaşanda
Mikrafonun arxasındaydım uje deyirdim
Görəsən olmasaydım tənqidçilər nə yazardı?
"H.O.S.T qrup deyil, üzvü çoxdur, elə bil bazardır"
Əlimə qələm yerinə gərək bel alardım
Qazıb yeri, belələrin diri basdırardım

(Nəqarət: PRoMete)
I am like a millioner from dirty slumdog
Musics are my fastfood eating them like hot-dog
God is not judgeable for this game and the best flows
It is not the dirty south it is just the Beat Pro

(verse: PRoMete)
Biz mikrafon arxasına keçəndə always
Bağlanır bir anda hamı üçün all ways
Artıq neçə ildir ki, biz burda bir nömrə
"onların arxası böyükdür" - bunu they says
Ama hamı bilir ki, its just the bull shit
Burda istedad qədər görmür, pul işi
Bu yeni dəst-i xətdi, bunun öz adı
Bizə qədər heç kim etmirdi bu üsul işi
Sözü at, tutacaq yiyəsi deyib atalar
Bu günə qədər deyirdim ki, hər kəs tutacaq
Sətirin ətiri gətirəcək möcüzə
Hər bir track yazıb, soxmaz gözümüzə

(Nəqarət: PRoMete)
I am like a millioner from dirty slumdog
Musics are my fastfood eating them like hot-dog
God is not judgeable for this game and the best flows
It is not the dirty south it is just the Beat Pro (x2)

Məsafə

(Nəqarət: Səbinə Rəhimova)
Hər səhər mən yuxudan oyanıb
Səni düşünürəm, sənsə uzaqda
Hələ neçə illər gör dayanıb
Yolumuzu gözləyir bizim qabaqda



(verse: PRoMete)
Bu deyil kədər, 
sadəcə bir qədər məsafə var aramızda

Sən evdəsən, mən uzaqda, gülüm, darıxma
Hər səhər oyananda təqvimə bax, məni xatırla
Və unutma, buludların arxasında Günəş var
Uzun ayrılıqlar şirin olur, əgər sonluğunda görüş var
Sən demişdin bu sözləri, xatırlayıram, indi üzdə gülüş var
Döyüşlər, mübahisələr, darıxmışam yaman mən
Albomları səhifəliyirəm hər gün işdən sonra dəfələrlə
Dağüstü park, şəkillərimizin kənarları cırıq-cırıq səhifələrdə
Səndən uzaqlarda mənim üçün eyni küçələr də, döngələr də, dalanlar da

Çünki sənli xatirələrin iyi gəlmir buralardan
Oralarda sənin üçün də çox çətindir, bilirəm

Gülüm, sevirəm səni
Qoy, bu sətirlər sənə güc verə biləcəyi qədər güc versinlər
Bahar gəlsin və qaranquşlar gələn kimi bil ki, gəlirəm mən də



(Nəqarət: Səbinə Rəhimova)
Hər səhər mən yuxudan oyanıb
Səni düşünürəm, sənsə uzaqda
Hələ neçə illər gör dayanıb
Yolumuzu gözləyir bizim qabaqda (x2)



(verse: Səbinə Rəhimova)
Səndən ayrı mənə sevinc də qəmdir
Gecələri səhərə gözlər nəmdir
Sən hər yuxumun qonağı
Gəl buraxıb uzağı

Çox darıxıb dodağım sənsiz
Hər küçə yaşadır bizdən nəsə
Elə hey axır gözdən nəsə
Mənim üçün bu dünyanın tək mənası

Mən və sən, mən və sən


(Nəqarət: Səbinə Rəhimova)
Hər səhər mən yuxudan oyanıb
Səni düşünürəm, sənsə uzaqda
Hələ neçə illər gör dayanıb

Yolumuzu gözləyir bizim qabaqda (x2)


(verse: PRoMete)
Günü-gündən daha da çətindir səndən uzaq
Uzağın adı uzaqdır, məsafəsi çox uzaq
Burada yaşadığım mənzildə doludur hər tərəf vərəqlərlə

Yazılı yerə səpələnmiş qalaq-qalaq
Artıq həyat tərzimə çevrilib sənin üçün yaşamaq
Sənin üçün yazmaq və sənin üçün yaratmaq
Hərdən taqət də azalır, qürbət məni çox sıxır
Yarı yolda buraxıb hər şeyi, istəmirəm uzatmaq
Səninlə buraların olardı tamam başqa dadı
Haraları gəzdirəcəm sənə yadımdadır
Dünyanın ən böyük şəhərlərini əl-ələ gəzsək
Çönüb sevgi şəhəri olacaq bu şəhərlərin adı
Gündüzlər iş də qata bilmir mənim başımı
Yazmışdın, ağlayırsan gecələr, sil göz yaşını
Mən də çox darıxıram, amma ki, çox az qalıb
Sıxılma, yaxındadır görüş, gəzərik Bakını



(Nəqarət: Səbinə Rəhimova)
Hər səhər mən yuxudan oyanıb
Səni düşünürəm, sənsə uzaqda
Hələ neçə illər gör dayanıb
Yolumuzu gözləyir bizim qabaqda (x2)

HOSTlandiya

(skit: AiD)
AiD, HOST Production, Beat Pro


(Nəqarət: AiD)
Rap ciddi təhlükə, sənə düşmən kəsilib
Rap sanki məhkəmə, hakimsə H.O.S.T seçilib
Rap qanlı qərənfil, şəhidsə sətirlərimiz
Hər səhv addım atdıqca, çəkilir tətiklərimiz (x2)

(verse: AiD)
Yox olur güc, yox olur pul, yox olur varın-dövlətin
Yox olur əldə olunanlar, yox olur biz, qandalla
Yox olur düz, yox olur səhv, yox olur sevgi, nifrətin
Yox olur danışmaq haqqın əlindəki qandalla
Yox olur ictimai rahatlığın bir saqqalla
Yox olur göz yaşın da, hansı ki, axır fantanla
Yox olur şöhrətin də, hansı ki, satılır pulla
Çoxunun gözündə kral olmaq olar bir neçə qulla
Qoy cibinə paçka dollar, vidalaş suallarla
Doğrunu boş ver, sən qabağa get yalanlarla
Düşüncələr ballada, qəhrəmanlar gizli
Bizim həyatımız muzeydi, sizinki isə estrada
Hamının əməlləri asılıdır rentabeldən
Kimsə namaz qılır çiyin-çiyinə Ben Ladenlə
Sən bəlkə də məşhursan, hardasa Qrenlandiyada
Burda isə bizik kral, bura bizim H.O.S.Tlandiyadı

(Nəqarət: AiD)
Rap ciddi təhlükə, sənə düşmən kəsilib
Rap sanki məhkəmə, hakimsə H.O.S.T seçilib
Rap qanlı qərənfil, şəhidsə sətirlərimiz
Hər səhv addım atdıqca, çəkilir tətiklərimiz (x2)


(verse: AiD)
Hər gün yeni tərzdə, hər gün yeni ampluada
Bizdən çıxan qan da muzeyə gedir kapsulada
Dəyirli masa sistemi, mərkəzdə pentaqramma
Bu masa arxasında söz keçirməz Drakula da
Dilimdə stiqmata, sözlər axır öz başına
Vurulun sözlərimə, vurulmayın göz-qaşıma
Kim deyir, 1 nəfər olmasa H.O.S.Tun gücü azalır
Niyəsə boş zalda konsert gəlmir yaddaşıma
Sistem kor gözsə, biz onun görmədiyi düz yol
Baş verdi laxtalanma, amma itirilmədi control
Özümüzə planet qurduq, fırlanırıq oksigenlə
Siz sanki volframda, udduğunuz təkcə karbon
H.O.S.Ted şəbəkəsində tracklərimiz antenadır
Bizim sözlərimiz qan, sizinkilər qanqrenadır
Dalımıza düşsəz də, qabağımıza çıxsaz da
Toqquşa bilmərik, çünki H.O.S.T ayrı bir sferadı
(Nəqarət: AiD)

Rap ciddi təhlükə, sənə düşmən kəsilib
Rap sanki məhkəmə, hakimsə H.O.S.T seçilib
Rap qanlı qərənfil, şəhidsə sətirlərimiz
Hər səhv addım atdıqca, çəkilir tətiklərimiz (x2)