(verse: PRoMete)
Açıb gözünu şəhərə çıxıb baxsan
Görərsən bu gedişat aparmır bizi yaxşıya
Dünən səninlə çox yaxın olan adamlar
Səni satıblar bir aylıq işin maaşına
Çünki ayın axırına az qalıb
Pul vermək lazımdır kreditçün maşına
Bu oxşayır uzaqdan at yarışına
Hamı göstərir özünü dost-tanışına
Bax mən burda dincəlirdim yayda
Arxadakı kateri görürsən (ayda)
O bilirsən kimindir?
Filankəsin oğlu filankəsindir.
Ya da nə bilim dabanı uzun xanımlar
Özünü elə apara bilər yanında ki,
Ağlın çıxa bilər başından
Fikirlərin dəyişər qlamur haqqında
(Nəqarət: Sabina Babayeva)
Bonjour qlamur hər yerdə,
Keçə bilmir Biləcəridən
Bonjour qlamur dönübdür dəbə,
Rəngarəng həyat dönüb bir dərdə
(verse: PRoMete)
Bakının havası küləklidi tez tez dəyişir məcralar
Bəlkə ona görə doludur macəralar
Bir vaxt bu şəhərin çayxana idi sağı solu
Indi çayxanaların əvəzi lounge olub
Əgər cib pul doludusa yolu bura sala bilir hər kəs
Hər kəs bir birinin sözünü
Brendlərlə kəsir, IQ-yə etmir təsir
(verse: Sabina Babayeva)
Gucci, Armani, Galliano, Versace
Rolex, Swarovski, Majorica, Richi
Montblanc, Cavalli, Рублевкa, Chanel
Hermès, Valentino, Balmain, Куршавель
Louboutin, Hilton, Palma, Marina
Maldiv, Jumeira, Dolce Gabbana
Lamborghini, Tiffany, İbiza, Vertu
Ladies and gentlemen, Welcome to Baku
(Nəqarət: Sabina Babayeva)
Bonjour qlamur hər yerdə,
Keçə bilmir Biləcəridən
Bonjour qlamur dönübdür dəbə,
Rəngarəng həyat dönüb bir dərdə
(verse: Sabina Babayeva)
İstəsən bahalı geyin,
Lap istəsən Ferrarini min.
Əgər boşdursa için
Bunların sənə heç dəyməz xeyri
Dostlarınla hər dəfə
Kreditlərçün yeni səhifə
Bu qlamur ilə də sən
Biləcəridən o biri tərəfə ıh
(Nəqarət: Sabina Babayeva)
Bonjour qlamur hər yerdə,
Keçə bilmir Biləcəridən
Bonjour qlamur dönübdür dəbə,
Rəngarəng həyat dönüb bir dərdə (x2)