(skit: Qaraqan)
Məni bağışla, padre, qaranlıq altar
Pərdə arxasından etiraflarımı dinlə
Müqəddəs ata, bu kilsədə danışacam sirlərimi ilk dəfə (ilk dəfə)
(verse: Qaraqan)
23 ili geridə qoydum
Neçə səhifə sətirlərimlə doldu
Vərəqlər də oldu şeirlər və etiraf
Etiraz deyil musiqi, artıq ehtiras
Oldu sevənlər də, oldu tərk edənlər də
Oldu çətin sabahlar da, çətin dünənlər də
Neçə sərkərdəni itirdik bu yolda
Neçə tanımadığım adam oldu doğma
Çiyin-çiyinə biz qalxdıq bu səhnəyə
Bu pərdələr bildi, nədi düz söz və qarğalar
Bu qanadlar, çiyinlər, sətirlər, beyinlər
H.O.S.T-çular, gənclər, həyat tərzi və geyimlər
Biz dəyişdik, nə qədər çatdı gücümüz
Biz bunu bacardıq, bəs nəyi bacardız siz?
Biz çatdırdıq nə qədər çatdı sözümüz
Yaralandıq, ama çökmədi dizimiz!
(Nəqarət: Qaraqan, Aysel)
Güc var - olsa da yol uzun
Güc var - bərkiyir ruhumuz
Yol tap - azad və sərhədsiz
Dostlar, qaranlığıma xoş gəldiz (x2)
(verse: Qaraqan)
23 ili geridə qoydum
Neçə günahım, neçə səhvlərim oldu
Padre, həyat oyundu, həyat gülməlidi
Padre, hamı bilir ki, Romeo ölməlidi
Padre, mən dəyişmişəm, artıb qolumda güc
Qələm var əlimdə, mənə lazım deyil ülgüc
Mənə lazım deyil düz nədi, səhv hanı
Mən özüm öz həyatımın rəssamı
Dərs alır hər uduzanda döyüşçü
Yıxılır, durur, yenə yıxılır, sürünür
Zərbələr, hər dəfə ağrılar azalır
Güc alır, hər dəfə yıxıldıqca güc alır
İtir qorxu gözündən, inanır özünə
O artıq dözə bilir, nə gəlirsə dözülməz
Və mənə dərs olur çəkdiyim dərdlərim
Mənim həyatım mənim qaralama dəftərim
(Nəqarət: Qaraqan, Aysel)
Güc var - olsa da yol uzun
Güc var - bərkiyir ruhumuz
Yol tap - azad və sərhədsiz
Dostlar, qaranlığıma xoş gəldiz (x2)