Pages

16 October 2010

Buza Dönəcəm


(verse:Qaraqan)
Bir gün buza dönəcəm, bir gün qaçacam ataraq keçmişə günəşi

Bir gün səsə dönəcəm, hər qulağa qonaq gedəcəm qalacam qonaq əbədi
Mən oda dönəcəm ,düşməni yandırıb dostu şaxtada isidəcəm
Mən bir gün pula dönəcəm, sevəcək hamı məni olacaq hörmətim
Mən bir gün körpüyə dönəcəm, birləşdirəcəm topa-topa ayrı düşən milləti
Mən sona dönəcəm, əvvəlimi sonumda tapdım yenə da sonum əvvəlim
Şeytana dönəcəm, çıxacam üzə məni görən inanacaq ki Allah da var
Qışa dönəcəm, yaza dönəcəm, yaya dönəcəm, payız olacam
Mən bir gün rüşvətə dönəcəm, biləcəm kimin cibindən, kimin cibinə gedirəm
Cənnətə dönəcəm, çoxlarının bu dünyada olacam tək ümidi
Bayrağa dönəcəm, mən yerə düşməmiş təslim olmaz hələ irəli
Caynağa dönəcəm, qoy dəsta-dəsta canavarlar üstümə gəlsin


(Nəqarət:PRoMete)
Mən hava olacam, oda dönəcəm, suya dönəcəm, sonda da qara torpaq
Gün əriyəcək, gecə keçəcək, oda bitəcək, amma qalacam unudulmaz

Mən hava olacam, oda dönəcəm, suya dönəcəm, sonda da qara torpaq

Gün əriyəcək, gecə keçəcək, oda bitəcək, amma qalacam unudulmaz

(verse:Qaraqan)
Mən tarixə dönəcəm, bircə səhifəm dəyişdirəcək bütün kitabın nəticəsin

Orduya dönəcəm, bax mənə bax bizə gör nə qədər gənc yanımıza gəlir

Qalxana dönəcəm, hər döyüşdə düşmənlərimizi çıxarıb aradan

Elxana dönəcəm, ancaq vəsiqədə qalan hər yerdə mən olacam Qaraqan

Sevgiyə dönəcəm, yayı çəkib oxu atacam bir sevgi min ürəyə batacaq

Ağrıya dönəcəm, neçə piyli qarın öz qızılının içində batacaq

Qatilə dönəcəm, birinci öldürəcəm nəfsimi sonra şeytanı

Sahilə dönəcəm, uca dalğalarla mən sığallayacam ünvanımı

İnsana dönəcəm, insana dönməyim ən çətin iş olacaq deyəsən

Üsyana dönəcəm, öz içimizi dəyişdirəcək bir üsyana dönəcəm

Səyyaha dönəcəm, mən axtaracam dünyada ən təmiz ölkəni

Çox yeri gəzəcəm, gəzib görəcəm, son yenə Azərbaycana dönəcəm


(Nəqarət:PRoMete)
Mən hava olacam, oda dönəcəm, suya dönəcəm, sonda da qara torpaq

Gün əriyəcək, gecə keçəcək, oda bitəcək amma qalacam unudulmaz

Mən hava olacam, oda dönəcəm, suya dönəcəm, sonda da qara torpaq

Gün əriyəcək, gecə keçəcək, oda bitəcək amma qalacam unudulmaz