(verse:Dərviş)
Dəniz sahili,tənhalıq,həyatın acı-şirin günləriylə baş-başa..
Düşüncələr də dalğalar kimi səssiz, durğun,gah da çarəsizcə çırpınır qayalara..
Baxıram tamaşaya sanki ləpələr dənizin dərdini anlatmağa çalışır,
Dili olmasa da çalışır,vuruşur,sanki nəsə başa salmaqçün aşır,daşır..
Yorğun Dərviş, dənizin bulanıq suyuna getdiyin yollardan danışır,
Barış illərlə küsülü qaldığın qoca xatirələrinlə,vidalaşdığın faciələrinlə..
Dənizim mənim neçə intihar görmüsən,neçə günahsızı gizlətmisən,
Əlacsızca səndə təsəlli axtaranları dərinliyivə qərq etmisən..
De hansı ananı gözü yaşlı,hansı atanı gözü yolda,həsrət içində qoymusan,
De neçə övladı yetim,neçə qocanın kimsəsiz yaşamasına səbəb olmusan..
Hər kədərimi,sevincimi,sirrimi,düzümü,səhvimi gizlətdim..
Uşaqlığım qucağında keçdi,ucsuz-bucaqsız möcüzəli sahillərində əyildi qəddim..
Yadımdadı ilk gəlişim,ilk gülüşüm,ilk etirafım,ilk yalanım,ilk günahım,ilk ümidim,
İlk inamım, ilk göz yaşım,ilk dəfə ölüm axtarışlarım..
Apar məni də sonsuz dərinliyinə ki,bir də görmüyüm ikiüzlülük,yaltaqlıq
Dəvət elə məni də dalğaların rəqsinə ki, bir də yaşamayım qəm, kədər,haqsızlıq..
Həsrət qoy məni də sahillərinin gözəlliyinə ki,bir də əlimdən alınmasın azadlıq,
Götür məni də sehirli sualtı aləminə ki,bir də dadmıyım yalançı sevgi,sonsuz ayrılıq..
Coş rüzgar,qop fırtına,çax ildırım işıq saç ətrafa,qara buludların qəlbi dolu,qoy boşalsın
Qoy yağış yağsın,ləpələr də yarına qovuşsun..
İslaq barmaqlar,titrək ayaqlar,belimi qucaqlayan dalğalar,əks sədalı qayalar
Yorulmuşam,bezmişəm bu son gəlişim olsun gedirəm..
(Nəqarət:Dərviş)
Gəlsin,nə gəlir gəlsin,gəlsin çətin həyat,ilk ağrı,son əzabı titrətsin..
Gəlsin,qul sevinc gəlsin,azad kədər gəlsin,gözləyəcəm gəlsin,dözəcəm..(x2)