(verse:PRoMete)
Ağ not, qara not çalır bəstəkar,
Dörd oktava ona gəlir dar,
Çalınacaq hələ çox zil, çox bəm var,
Ahəng pozulub, özü hiss edib,
Otaq səliqəsiz, həm də tüstü qoxur,
Rəfdə olmalı kitabların yerdə çoxu,
Saatda şarj bitib, işləmir oxu,
Əqrəblər göstərir 12:30,
Həyat çox quduz,
Oynamağa həvəs yox,
Oysa hamı maskalarını taxıb,
Öz pərdəsini gözlər,
Niyə insanları işıq yox, kölgələr izlər?
Budur sual !
İşə düşür alışqan,yenə tüstü,
Sanki bəstəkar tüstüylə örtmək istəyir yaddaşının üstün,
Gözlər eynək arxasında dolu və küsgün,
Düzgün atılmamış addımlar, sonda uçuruma gətirir deyənlərə
Həyat sınağdır cavab verən bəstəkar intihara hazırdı,
Pərdələr açılır, o əlində drijor çubuğu əvəzinə ülgüc,
Son bəstəsinin son notunu venada qoyur,
Və alçaq təzim…
(skit)
"Я играю ради игры. А вы судья по всему, играете что бы выиграть.
Мы с вами слишком разные люди..."
(verse:AiD)
19-cu əsr, Paris, təmtəraqlı Luvr,
Burda hətta sənətkar əsərlərini unudur,
Yəqin ki o da unudur sevmədiyi peşəsin,
Burda dünya onundur amma o neyləsin,
Burda divarlar tozlu onun tozlu karyerası kimi,
Buraya gələnlər çirkli onun çirkli aurası kimi,
Ötən hər gecə daha da zülmət onda adi gün kimi,
Taleyin sürprizləri qəddar olur ömür kimi,
50 il əvvəl çəkilən ilk şəkildə,
Amansız öpüş səhnəsi idi oldu dəsti xətti,
Hər şəkildə, hər rəfində olmalı Markizin əsərləri,
Kətana dikili nəzərləri yeni düşüncə beynində,
Rəssam geyimi əynində,
Artır daim tələbələri qocalmış yığılmışdı artıq qolda əzələləri,
Bilir rəssam metodikasını ustalaşıb korlaşmaq,
Rəssam iynəsi işıqlı dünyayla sağollaşmaq,
Sağollaşmaq istəmir ilham verən gözəlçələri,
Gözəlçələrin fonundakı qışa dözümlü sərçələri,
Ən incə bircə addım atıb ustad ola bilərdi,
Ağ göyərçin qapı önündə bağlı qalmış pəncərəsi,
Yox imiş uğur səhifəsi onun ağır həyat kitabının,
Əsl döyüş qəlpəsi, partlamışdı qəlbində,
Amma ki, indi bu müzeydə ən baxımlı əsərlər,
Onun tələbələrinin yaratdığı nümunələr,
O isə bədbəxt, gözünə iynə batıra bilməmişdi,
Gözəlçəsin görmüş onu yüzüncü dəfə sevmişdi,
İtirmişdi daha sonra rəssamlığın bu da nəticə,
Şizofren növbətçi Luvrda hər gecə…