Pages

16 October 2010

Ağlama

(verse:AiD)
Ölülərim sevinsin, gəldi Tanrınız!
Əsrlərlə, qəddarcasına alovlarda yandınız
Yox olmuşam sandınız,amma artıq burdayam
Çox amansız, çox qəddar cəzalar arzusundayam
Gəlmələrin ruhuyam, səmalardan gəlmişəm
Qaranlığıma bağlıyam, mən Maranı sevmişəm
Dirilərdən bezmişəm, onlar üçün kor yuxuyam
Cansızlıqdı dərdiniz, sizlər üçün oxuyuram

Ağlama, yaşla dolar qanı içilmiş qəlbiniz
Söz demə duyan olar var özünüzdən sirriniz

Çətindimi yaşamaq - günahsız, sevgisiz?!

Küləklidir həyat yolunuz, gəmilərsə yelkənsiz

Ölülərimin cərgəsinə, namizədsiz hər biriniz

Diliniz yedizdirir yalan yeyən qarğaları

Kəşf etdim daş ürəklərdə boş məzarları

Hiss etdim cənnətdən uzaqlaşan tayfaları

Qayaları parça-parça etməyə qadir insan!

Nə acizsən duyğularda qorxu görüb ağlayanda,

Tənhalıqdan qışqıranda əl uzatdım istəmədin

Sən HƏYATSAN, mən ÖLÜMƏM, ağlayacan qovuşanda

İnanmadın, yox ol dedin, xoşbəxtsənmi bu həyatda?!

Milyonlar üçün əsir oldun, qeyb olmusan sarmaşıqda

Dua etdin, göz istədin - ALLAH verdi bəyənmədin

Can istədin - onuda verdi, fitnələrdən bezmədin!

Gündüzlərə göz yumuldu, gecələrdə həsrət qaldı

İşiqa, inama nifrət vardı, qulaqlarda qeybət vardı

Ümid vardı sandı - yandı, qanda xeyli igid vardı

Cənnət əhli darıxırdı, orda tənha şəhid vardı

Bəs nə oldu? Gözün doldu, bu tək yoldu, yolda koldu

Qaradonlu QARĞA qondu, taxta qondu, qanını sordu

Güclü ordu gözünə durdu, mən deyildim üzünə durdu

Qəddar tələ izinə qurdu, tab gətirmir artıq sondu!..


(verse:Dərviş)

Barmaqları çürümüş bəstəkarın nəğməsi, yara basmış dilimdə,
Hər gecə onun səsiylə, ağrılarla oyanır qara DƏRVİŞ içimdə.

Ağlıyır heç vaxt ağlamayan susuz çöllərim,

Keçmiş, itmiş izlərim,

Bağırdım, bağırtım ağrımla bağrımı yandırdı, yandı hisslərim.

Tərkidünyalıq. Əzablarla dolu boxça qırışmış əlimdə,

İllərlə yaşadığım, yaşatdığım basdırılmış hisslər bükülmüş belimdə.

İzdiham içində getsəm də, getməsəm də, itsəm də, itməsəm də,

Onsuz da yorğun baxışlar çevirdi həyat düşüncələrimi başqa səmtə.

Ağlama dedim, amma ağladı, qulaq asmadı göz yaşlarım gələcəyimi görən kimi,

Bilən kimi ki, həsrət sonu ünvan olub kədər bunu gülə-gülə deyən kimi.

İtən kimi sevinc möhürləri həyatımdan ayaq açıb, qaçıb gedən kimi,

Kimi sınağa çəkər görən fələk aldığım çətin nəfəs bitən kimi?!

Paltarım - əməllərim. O da qara, çirkli, cırıq, sökük!

Sus DƏRVİŞ! Sakit ol! QARĞA, METE, AİD bu gün nə isə sönük

Ümidsiz xəyallarım itkin düşmüş ümidlər yoluma səd çəkər

Ağrı, nəfəs, kömək, ömürlük tənhalıq və qaranlıq gələr
.


(verse:Qaraqan)

Qanadlarıma sığal çək, qucaqla belimi, başını sinəmə qoy
Gözünü yum, say ona kimi, qollarımda gizlən, özünü axtar özünü tap içimdə,
İpək saçların tökülsün üzümə gözlərin gətirdi gecəni,

Sinəmi tut, dərimi cır, ətimi did, qabırğalarımı sındırıb, tap ürəyimi.

Əgər varsa mənədə göstər, əgər yoxsa gizlə yalandan de
– “var! Dərində doyünür hələdə
Dırnağınla cız üstündə adını əbədi qalsın orda.

Güllər ək! Sevgimiz qədər gözəl, zəhərli tikanlarını qır dişinlə tüpür ocağa,

Yansın orda, biz susaq, dodaqlar danışsın, nağıldan nağıla

Gəzək əl-ələ tozlu səhifələrdə, ən dərin zirvələrdə, nalə çək

Qışqır adımı əbədi karlar ölkəsində

Çılpaq qayaların yasında dalğalar gələndə,

Məni də çağır! Darıxsan utanma, mən də darıxacam!

Göz yaşım islatdı, amma qığılcımla alışacam

Ağlama! Gəl qarışaq südlə bal kimi! Odla köz kimi!

Bir az döz mənə! Bir az sev məni!

Bir az inan! Qısqan bir az içimdə QARĞAlarıma!

Tulla qaydalarını! Gəl sökək tərbiyə pərdələrini!

Parçalan, yol əllərinlə saçımı dibindən!

Dişlə dodağı, qanını tök yanağıma iyrənim bir az!

Günəşi ört adınla, qaranlıqda tüstü dumana qarışaq!

Zamanı saxla son nəfəsdə cəhənnəm oduyla alışaq!


(verse:PRoMete)

Diyirlənir yenə qələm ucunda diyircək,
Nəfəsdə ağır-ağır gedir-gəlir, quruyub boğaz yoxdu tüpürcək.

Sonuncu tüstümdür - dostum götür çək! Yanımda DƏRVIŞ, ÖLÜM TANRISI

QARĞA - qara lələklə yoluma davamdayam, sənsə qulaqlarına hakim kəsilmiş

Bu kəsin səsin bir azacıqda aç, yerini rahatla

Fikirlərimə
“Azad əmri verib qanadlan, xoşuna gələn mövzulardan geriyə qayıtma
Qon, qal oralarda! Don demişəm! Bütün çərçivələrə və sərhədlərə son demişəm!

Saatlar gücsüz olub, işləmir əqrəblər! Bədən yorulmuş ayaqlar üstündə

Amma bitmir tələblər, əllər isə yorulmur, yazır - bitmir səbəblər!

Ölmüş sinirlərlə özünü ayırıb beyindən əsəblər!

Başıma qonmuş dövlət quşudu QARĞA,

Mən isə DƏRVİŞ, ÖLÜM TANRISIyla müqaviləm var

Öldürə bilməz
track” bitməmiş! Replay” bas - uzat ömrümü!
Ya dakı ölsəm ağlama, vəsiyyətimdir yas saxlama!

Dumanım bitdi vidalaşdım, dedim gözləmə

Bundan sonra tək dostam ÖZÜM-ÖZÜMƏ MƏN!