Pages

27 October 2010

Tango

(Verse: PRoMete)
1, 2, 3... 1, 2, 3, Mənə ver güc! Sən ülgücdən də iti,
Həqiqəti doğram-doğram edən baxışlarım,
Pərdələr açılır bu buludlar da, pərdələr.
Dərbədərdi bu dünya mənə, nə qədər yaşadıb ayrılığını.
İndi sənli günləri mənə ərmağan edib sanki tanrı.
Boş yatağımın içində amma nə qədər sola və nə qədər sağa,
Dönəcəyimi bilmirəm ki, sənli günlərimdə sənsiz saatlarla,
Tanqodur bu mahnının adı.


(Verse: PRoMete)
Hər səhər oyanan kimi, düşündüyüm tək kəssən,
Üzümə təbəssüm qonaq gəlir, gizlədirəm hər kəsdən.
Mən qəsdən hərdən səni qorxuduram yazılarımla,
Bəlkə də buna görə biraz gözlədəcəylər qapılarında.
Cənnətim mənim, cənnətin mənim sənli anlarımdı,
Kim deyirki məni olduğum kimi anlar indi,
Pansufi eşq dəlisi olaraq qələmə verin məni!
Amma dəyişə bilməyəcəm heçnəyə onun ətrini.


(Verse: PRoMete)
Qızardı günəş hirsindən, dam və qurub adının sənə,
Qoyulduğu, görüb, durub, damın üstündən, baxıb, gülüb.
Zövq alıram, gedişatından həyatın,
Həyatın bir anını belə buraxmadan, tut əlimi bərk-bərk sən,
Qonaq gedək uzaqlara, uzaqlara...
Həyatın bir anını belə buraxmadan, tut əlimi bərk-bərk sən,
Qonaq gedək uzaqlara, uzaqlara...
Qələm aciz, əlim hakim, yazıb tökür sətirləri,
Beyin aciz uca varlıq verir, verir fikirləri.
Gücüm aciz, sözüm sənin, yazdıqca hey yazır əlim,
Bu nə işdir, zərif ilim, cazibən hey çəkir məni.
Çəkil bulud, çəkil mənim gözümə düşən o günəşi görüm,
Yoxsa gəzilmir, bu şəhərin hər bacası, küçəsi zülüm.
İst avqust yenə gəlsin, verim ona zambaq gülün,
Son dəfə də bu notları eşidib, razıyam sonra ölüm...

(Skit)
Biz nağıllarla böyümüşük, həyatımızda hər şeyi nağıl kimi etməyə çalışmışıq.
Hər addımımızda cənnət, hər qorxumuzda cəhənnəm görəcəyimizdən əmin olmuşuq. Və sevgi.
Sevgi həyatımızdan ayrılmaz bir hiss olub.
Biz ona inanmışıq. Onun bütün suallarımıza cavab olacağı ümüdü ilə yaşamışıq.
İnanaraq yaşamışıq.