(verse:Qaraqan)
Görəsən necə dadar qanla qum ?
Həyatın pərdə arxasında kimlər unudulub?
Yum,don,ört gözlərini,nəfəs alma
Sən sadəcə bir oyuncaqsan,sən sadəcə bir fiqur
Qəribə quruluşlar,bu düyümlənmiş hislər
Mən hər il böyüdükcə qul olduğumu başa düşürəm
Sən hər il həyat qanunlarına daha çox öyrəşirsən
Deyəsən dişliyiblər səni,sən vampirləşirsən
Günəşin çadrası qaranlığımı qətiləşdir!
Şeytanın bicliyində arzularım gerçəkləşdi.
Şeytanın rahibələrə danışdığı nağıllardan,
Ehtiras qələmimdə tənhalığım itiləşdi!
Mən sanki yazıçısı ölmüş yarımçıq poema,
Mən sanki daşlanmağa məhkum ölümcül arena,
Mənim ovcumda qan izlərini yalıyır baxışlarım
Ən müqəddəs günahım oo Mariyya Magdalena
(Nəqarət:Qaraqan)
Məni çarmıxa çəkin!
Dar ağacından asın!
Bağlıyın dəmir yoluna,boğun, damarlarımı kəsin!
Dərimi soyun mənim! Göndərin sürgünlərə!
Siz ancaq öldürəndən sonra qiymət verirsiz hə?!
Həqiqət axtarışlarında günahlara batdım!
Sevgisi uğrunda uçur alova pərvanələr!
Məni çarmıxa çəkin!
Dar ağacından asın!
Ancaq bu cür yaranır qəhrəmanlar,əfsanələr!
(verse:Qaraqan)
Görəsən necə dadar qan və qum ?
Həyatın pərdə arxasında kimlər unudulub?
Uşağ arzusu qədər təmiz gözlərinə baxdım
Onların dərinliklərində mən özümü tapdım
Dört divar fəlsəfəsi köhnə qramafonda retro
Keçmişin traektoriyasında nə qədər əyri vektor
Piyada addımların sonsuzluğuna qarışdıqca
Həyat düzəlmir sadəcə düz görünür alışdıqca
Elə bil səhv gama obyektivdə nifokus
Taleyin dostlarında gəldi dar günümdə korpus
Bu nə Garsiya Markez,nə yüzillik tənhalıq
Sadəcə baş verənlər tanış süjeti xatırladır
Saatın qrəbləri sancır zaman zəhəriynən
Nəyi çatdırmaq istiyir Allah öz əsəriynən
Mən kiməm lənətlənmiş?Ya müqəddəs insan?
Şeytan baxışlı mələk? Mələk qanadlı şeytan?
(Nəqarət:Qaraqan)
Məni çarmıxa çəkin!
Dar ağacından asın!
Bağlıyın dəmir yoluna,boğun damarlarımı kəsin!
Dərimi soyun mənim! Göndərin sürgünlərə!
Siz ancaq öldürəndən sonra qiymət verirsiz hə?!
Həqiqət axtarışlarında günahlara batdım!
Sevgisi uğrunda uçur alova pərvanələr!
Məni çarmıxa çəkin!
Dar ağacından asın!
Ancaq bu cür yaranır qəhrəmanlar,əfsanələr!
Görəsən necə dadar qanla qum ? ...