Pages

16 October 2010

Mən Dəyişəcəm

(verse:PRoMete)
Səsimə səs gəlmir, mən tək qalmışam

Bəlkə qorxulu yuxu mən yatmışam

Bəlkədə ölmüşəm sona çatmışam

Amma yox, hələ hazır deyiləm axı

Mənə baxın, məni görün, məni dəli bilin, amma dindirin

Hələ yaşamağa eşq bol, daşımağa yük bol

Tək bir yol, tək bir gün mənə bəs edər

(Nəqarət:PRoMete)
Mən dəyişəcəm ! ! !

Mən dəyişərək hamı kimi ola biləcəm

Hamı kimi ölə biləcəm, ən azından

Ruhumu buraxıb bədən ola biləcəm

Hamı kimi ölə biləcəm, ən azından (x2)


(verse:PRoMete)
Hər səhər diş fırçası dostum

Qara kostyum, ağ köynək, qalstukum

Hər şeydən üstün işim olacaq

Heç nə haqqında düşünmədən

Durmadan işləyib bir gün ayılacam ki

40 yaşım olacaq, xoşbəxt olacam onda

Yanımda oğul, uşaqlarım, həyat yoldaşım olacaq

İti yaddaşım olacaq, kommunal borcların hamısını

Yadda saxlaya biləcəm mən

(Nəqarət:PRoMete)
Mən dəyişəcəm ! ! !

Mən dəyişərək hamı kimi ola biləcəm

Hamı kimi ölə biləcəm ən azından

Ruhumu buraxıb bədən ola biləcəm

Hamı kimi ölə biləcəm ən azından (x3)