Pages

21 October 2010

Yol

(verse:Qaraqan)
Biz göydələnlərin damından dərərik ulduzları yarpaq kimi
Biz qaçarıq,uçarıq aya ,biz sancarıq köynəkləri bayraq kimi
Bizi silsinlər tarixdən bizə boz səyfədən daha xoşdu bəyaz səma
Bizi gözlüyür dənizlər,adalar,gəmilər,ləpələr, uzaq limanlar
Unudarıq adımızı, soyadımız, ünvanımızı, dərslərimizi,
Unudarıq nömrələri,küçələri,ölkələri unudarıq hamısını

(Nəqarət:Qaraqan)
Üz! Qaç! Uç! Keç sərhədləri!
Düz get düz ! Dərə təpələri!
Kaş bilsək nələr gözləyir!
Kimlər gözləyir!?
Bizi harda gözləyir!?(x2)


(verse:Qaraqan)
Yol uzun,gücüm az, ev uzaq,hava buz,ama tək deyiləm yanımda dostlar
Əgər bu nöqtədə olacaq sonumuz,onu çox asand vergül eləmək olar
Qorxma artıq hər şey geridə,Bakı öz dərdləriylə çürüsün
Bizi gözlüyür yeni yeni ümidlər,Yaşasın dirilər! Ölülər ölsün!
Aç qanad! Çırp qanadlarını buralardan tənha adalara
Sal məskən yığ dostlarını da oralara tənha adalara, dost!

(Nəqarət:Qaraqan)
Üz! Qaç! Uç! Keç sərhədləri!
Düz get düz ! Dərə təpələri!
Kaş bilsək nələr gözləyir!
Kimlər gözləyir!?
Bizi harda gözləyir!?(x2)

(Nəqarət:Ayka)
Üz! Qaç! Uç! Keç sərhədləri!
Düz get düz ! Dərə təpələri!
Kaş bilsək nələr gözləyir!
Kimlər gözləyir!?
Bizi harda gözləyir!?



(verse:Qaraqan)
Sən bacararsan hər şeyi!
Əgər istəsən! Sən istəsən!(x2)

(Nəqarət:Ayka)
Üz! Qaç! Uç! Keç sərhədləri!
Düz get düz ! Dərə təpələri!
Kaş bilsək nələr gözləyir!
Kimlər gözləyir!?
Bizi harda gözləyir!?