(Skit: AiD)
Böyük arzulara gedən yolda,
Xırda addımlarla sən və mən.
İndi bir ürəyin içində ayılsaq da qanadlarla.
Mənim ilk not dəftərim başlamışdı təbəssümlə.
İtdi gülüş, vaxt ötdükcə kobud oldum hər sözümdə!
(verse: AiD)
Qurularkən gələcək mən hələ o vaxt körpə idim!
Arzular evciyində gözəgörünməz nəğmə idim!
Bir dünya, çirkli məkan və təmiz uşaq qəlbi.
Yoxluğun qorxusunda yaşayırdım istək idim!
Kələk idim, sənin dilinə qonurdum mən hər görüşdə!
İşıq idim, öz gözümdə görünürdüm hər dönüşdə!
Gülüş - döyüş səhnəsində təsadüfdü bunu bilirdim!
Amma yenə də gülüşlərin görünür həyat döyüşündə.
Bircə məktubum - oda ki, çatmamışdı uzaqlara!
İsti öpüşüm, son anda qonmamışdı yanaqlara.
Tənha idim, amma ki, yoxluğun ayrı bir həyat idi!
Və bilki o həyatda...
(Nəqarət: Ayka)
Sən ümidsən! Həyatımdan gedirsən!
Ağacıma tək budaqsan!
Dərində bir bulaqsan! Səni tapacam mən!
Sən yağışsan! Yanağımdan yağırsan!
Bəzən arzulara qanadsan!
Sən ayrı bir həyatsan!
Bir həyatsan...
(verse: AiD)
Mənə bir nağıl danış!
Mənə bir nağıl danış, həyatımız tək ağır olsun!
Mənə bir gülüş ver ki, bütün dünya paxıl olsun!
Sən ol mələk, mən əlçatmazlığınla barışım!
Sən ol arzu, mən təkcə varlığından danışım!
Sən ol xəyanət, mən sənin səbəb olduğun ayrılıq.
Sən ol günəş, mən səndən yaralı qalan qaranlıq.
Əlimdə var qələm, amma ki, mən deyiləm rəssam!
Odur ki, ol bircə hərf divarda rahat çəkə bilim səni mən!
İstəmə heçnə, yaşa, ol mənim ilham pərim!
Dəniz dalğaları ilə qoy rəqs etsin əllərin!
Qısqanmıram, bu axı surreal dünya!
Bəlkə də nağıldı hər yan və biz yeganə dünya!
Sevginin bu qədər mümkün olduğu bir gündə,
Bircə gülüşün kifayətdir ki, gün tamamlansın!
Mənim səndən uzaqda qalacağım günlərdə!
Gözlərim uzağı görsün və daim səni axtarsın!
(Nəqarət: Ayka)
Sən ümidsən! Həyatımdan gedirsən!
Ağacıma tək budaqsan!
Dərində bir bulaqsan! Səni tapacam mən!
Sən yağışsan! Yanağımdan yağırsan!
Bəzən arzulara qanadsan!
Sən ayrı bir həyatsan!
Bir həyatsan...
Sən ümidsən! Həyatımdan gedirsən!
Ağacıma tək budaqsan!
Dərində bir bulaqsan! Səni tapacam mən!
Sən yağışsan! Yanağımdan yağırsan!
Bəzən arzulara qanadsan!
Sən ayrı bir həyatsan!
Bir həyatsan...