(verse:Qaraqan)
Həyatım maraqsız nağıldı sanki,
Yuxuya gedirəm istəmədən
Yaşam donub sanki, saatlarda zamanın ölümünə
Hörmətlə süküt dəqiqəsində əbədi qaldı,
Həyat verdi əzabı, kədəri qəfəsə saldı, həvəsi aldı..
Ağlamaq maraqsız, sevinmək maraqsız..
Həyata olan bütün marağım öldü, boş deyinmək maraqsız..
Həvəs öldü hər şeyə, baxmıram da təqvimə..
Yaşamağımın mənası, ölməməkdi sadəcə..
Qəzetlər maraqsız, dərgilər maraqsız..
Getdiyim və getmədiyim bütün sərgilər maraqsız..
Verlişlər maraqsız, çıxışlar maraqsız..
Gəlmişəm basqa dünyadan, yeni ulduzlar maraqsız, qəfəslər maraqsız..
Maraqsızdı mənə hansı ölkə bu gün öndə,
Maraqsızdı hansı mahnı hitdi, hansı repçi dəbdə..
Maraqsızdı hansı tanışlarım KQB-dəndi..
Maraqsızdı kimlər hansı ildəndi, hansı bürcdəndi..
Maraqsızdı Pentaqonda kimin qismətində bomba..
Maraqsızdı kimdi bu gün kəndçi, kimdi bu gün bomba..
Maraqsızdı hansı sayt H.O.S.Tun adına yalan yaxır..
Maraqsızdı qonşularım daha çox hansı seriala baxır..
Maraqsızdı döyüşlər,bütün sülh danışıqları da..
Maraqsızdı sevgilimin sevgililəri, pulları da..
Maraqsızdı “Sarı Gəlin” bizim yoxsa ermənilərin..
Dəcəl uşaqların cığal oyunu, həyata itdi güvənim..
(Nəqarət:Qaraqan)
Mən yenə sənsiz payız əsir həvəslə
Yənə küləyi səslə, geri gəl nazlı yağış
Sarılım sənə, qucaqla məni dönək gölməçəyə..(x2)
Bir gecə, boş küçə, bir qələm bir də mən..
Bir gecə, boş küçə, bir qələm bir də mən..
Ağaclar islanıb, körpə budaqlar, yağış getmə məni buraxma,
Qucaqla, qucaqla..
Ağaclar islanıb, körpə budaqlar,
Yağış getmə məni buraxma,
Qucaqla, qucaqla..
(verse:Qaraqan)
Kitablar maraqsız, hamsı eyni sanki..
Milli məclisdə yatan deputatlar yetərsayı maraqsız..
Şadlıq evlərində 100 şou proqram, 100 müğənni, çalçağır maraqsız..
Gələn qış maraqsız.. Keçən yay maraqsız..
Dostların da içində niyəsə darıxıram..
Sevgi bitdi yenisinə başlamaqdan çəkinirəm, darıxıram..
Ad günümdə üfürdüyüm şamla tək qalmışam..
Yenə də boş otaqda Qaraqanla tək..
Nə aile qurmaq istəyirəm nə də ki olsun usaqlarım..
Amma tək də bacarmaram, tab gətirməz qanadlarım..
Bəlkə səbəb qırılmış sevginin depressiyası,
Mən sanki ümidsizliyin canlı versiyası,
Qaraqanın aqressiyası, əsəblərin sessiyası,
Dünyanı dəyışmək indi təkcə H.O.S.Tun missiyasi..
Istisnası olmur, həvəs yoxdu, inam yoxdu, inam yoxdu, güvən yoxdu,
Güvən yoxdu deməli, yollar ayrı.. Səni tanımamış deyirdim ki, ilan yoxdu..
Amma indi deyirəm ilan da var, zəhər də var, ölüm də var, kədər də var..
Hər zülmət qaranlıqdan sonra çıxan səhər də var..
Səhər var ama günəş yoxdu, sevinc var ama gülüş yoxdu,
Qələbə var ama döyüş yoxdu.. Deməli yoxdu qəhrəman..
Səhvlərim öz ucbatımdan, kimdən alacam intiqam,
Kim qalacaq mənlə əgər birdən itsə bədahətim..
Kim sevərdi məni əgər olmasaydı cəsarətim..
Kimlər nifrət eliyir amma qorxub üzümə söyə bilmir..
Kimlər gizli-gizli sevir amma susur, deyə bilmir..
Kim görəsən dözər mənim çətin, qəribə xasiyətimə..
Hərdən baxıb nifrət eliyirəm özüm öz xasiyətimə..
Sakitləş bir az, bəsdi çıxma özündən,
Yağış yağdı şəhər doldu gölməçəylə dizimdən..
Səma pəncərə, buludlar pərdə kimi..
Hər bir mahnı başqa dünya, görünə bilər adi səhife kimi..(x2)
(Nəqarət: Qaraqan)
Mən yenə sənsiz, payız əsir həvəslə
Yenə küləyi səslə, geri gəl nazli yağış
Sarılım sənə, qucaqla məni dönək gölməçəyə..(x2)
İslanıb budaqlar..
Yağış getmə məni buraxma qucaqla, qucaqla..
Ağaclar, islanıb, budaqlar..
Yağış getmə məni buraxma qucaqla, qucaqla..
Bir gecə, boş küçə, bir qələm bir də mən..