Pages

21 October 2010

Sən Yoxsan

(verse:Qaraqan)
Sən yoxsan
Qaranlıqda axtardım səni mən tapmadım.
Açıq pəncərədən şəhər necədə gözəldi
Ağladım yadıma saldım olanları
Və düşündükcə içimə getdim qapını bağla sus
Sən yoxsan.
Çatlaq ömrün divarlarını bürüdük ağ kağızla,
Gizlətdik palçıqlı kərpicləri.
Əhatə dairəsindən xaricdə mənim ürəyim,
Söndürülüb , bəsdi zəng elədiz bezdirdiz !
Sən yoxsan.
Vərəqlərim qalıb boş,
Mənim həyatım qalıb boş,
Hədəflərim artıq yox,
Mən indi daş heykələm.
İnsanların içində mənə baxıb gülürlər
Onlar bilmirlər ki tənhayam mən sənsizəm mən.
Sən yoxsan.
Kimə danışım fikirlərimi?
Axı biz seçilmişdik hər kəsdən
Ayrıydıq , gizlənirdik.
Biz yaratmışdıq yeni bir dünya çiçəklənirdi.
Yaz gəlirdi sevinirdik,inanırdıq,gözlüyürdük.

(Nəqarət:Qaraqan)
Sən yoxsan

Ən çox lazım olan anda sən yoxsan
Sənsiz azadlıqda zindan sən yoxsan
Sən yoxsan.
Mənim təkliyim,yaralarım,dərdlərim,gecələrim yoxsan(x2)


(verse:Qaraqan)
Ən çox lazım olan anda sən yoxsan
Yaddaşım səni basdırmır hələ ki sağsan
Bacarmıram,Gizlətmirəm,Utanmıram
Peşman deyiləm ettiylərimə ama sən peşmansan.
Amma yoxsan.
Sənsiz keçən hər gecəm mənim
Bakı dəyişib ,dəyişib insanlar,mənim hislərim
Dəyişib dəmiryolundakı qatarlar ama ki yollar eyni
Dəyişib əvvəllər və ortalar ama ki sonlar eyni!
Dəyişib geyimlər və bəzəylər,dəyişib mahnılar
Dəyişib insanlar və hədəflər,dəyişib arzular.
Dəyişib hər şey həyatımda özümdən başqa,
Yoxdu köməy yoxdu əlac bircə dözümdən başqa
Sən yoxsan.
Bu gün sənin yoxluğunla bir az barışmışdım.
Bir az öyrəşmişdim,sənsizliyimə alışmışdım.
Qarışmışdı gündüzlər gecələrlə,
yorğun ayağlarım ayağyalın boz küçələrlə.

(Nəqarət:Qaraqan)
Yoxsan.
Ən çox lazım olan anda sən yoxsan
Sənsiz azadlıqda zindan sən yoxsan
Sən yoxsan.
Mənim təkliyim,yaralarım,dərdlərim,gecələrim(x2)


(verse:Qaraqan)
Bir neçə saat səni mən axtardım,bütün siyirtmələrə baxdım,
Bütün otaqları gəzdim,tükəndi səbrim.
Və dəftərimi bağladım diyəsən yazmıyacam bu gün heçnə
Axı səni tapa bilmədim mən.
Səhifələr necə də boşdu.
Ürəy doldu,daşdı,
Düşdü pəncərədən ay ışığı otağa nur bulaşdı.
Razılaşdı tərsliyim. yoxlunla yoruldum
İtmisən sən hər yeri axtardım
Sonra gördüm qələmim əlimdəsən.