(verse: AiD)
Bir otaq, pərdə arxası, səhnə ortasına hazırlıq hissləri.
Düz demək, yoxsa səhv demək? Gülmək xətrinə o deyər pisləri!
Bəzən dizləri əlinə sürtər.
Gül dəstəsi səhnəni tam örtər!
Dil topuq vuranda pərt edər.
Kimə fərq edər, gözləri dolur gülüşdən. Yoxsa ki, səbəb kədər?
Ona bəs edər, bir alqış təbəssüm anında dodağı tərpədər!
Onu qərib edər, səhnədən kənar həyatı, vaxtı yenə sərf edər.
Kimə gülmək, kimə əylənmək, sevmək, sevilmək ona nələr verər!
Bəlkə 25 illik həyatı səbəb, hər bir layihə ağıl edir tələb!
Bu gün Azər yenə də səhnədə!
“Made in Baku” - tamaşaçı edir tələb!
(verse: PRoMete)
O tapıb hər şeyin həllin düşünərək.
Hər kəs hər şeyə problem kimi yanaşır, o isə gülərək.
28 il yaşayaraq kəşf etdiyi tək bənd -
Onsuzda bir gün öləcək!
Bəs bunu bilərək nə gərək ki, kədərə verə kürək?
Axı bura Bakıdı! Və bu külək yeni külək!
Made in Bakı`dı!
Əsəcəy və əsdirəcəy neçə yeddilini, yetmişlini!
Və ya həmyaşıdını!
Hər dəfə səhnəyə çıxmazdan əvvəl yoxlayacaq,
Tural yanında Azər qardaşıdını!
Qaşıyıb başını, edərək zarafat,
Ataraq həyəcan.
Açılır pərdələr!
Alqışlar içində səhnədə, və efir..
Pages
22 October 2010
Made in Baku
Labels:
H.O.S.T EP v.01