Pages

27 October 2010

Sənsiz

(Nəqarət)
Gündüzüm qaranlıq, gecəm uzundu, sənsiz
Yuxularım hamısı sənli, amma yozuldu, sənsiz
Dayaz qazdığım qəbrim dərin qazıldı, sənsiz
İstəməzdim belə olsun, amma alnım yazıldı, sənsiz


(verse:Dərviş)
Pianinomın ağ dillərində qara həyatım çalınır,
Hər gün, hər saat, hər an neçə - neçə mahnılar yazılır
Ürəkdə hər döyüntü, hər söküntü, üzdə ayrıca üzüntü
Hər baxışda məni öldürən, dəli edən görüntü
Çarə yoxdu, düşmüşəm qara dərdli sözlərin içinə
Girmişəm sənə görə 1001 gözəgörünməz biçimə,
Sevginin bütün lazımlı bütün həriflərini öyrənə bildim (bildim),
Onları bir-birinə qoşdum nə baş verdi bilmədiiim.
Sevgi qatarım bu gecə yola düşəcək- .... ölürəm,
Biletimin sifarişi gecikir mənsə - ...gülürəm (hahaha),
Sıxıldım həyatın mənə verdiyi qəribə sınaqlardan,
Yıxıldım sevginin mənə verdiyi sonsuz əzablardan,
Sevgi yaşamağa bir maraq üçün deyilmiş...
Sevgi ölümlə yaşamı ayıran sərhəd imiş....
Qurduğum sevgi tələrində özüm boğuluram (boğuluramm),
Qazdığım sevgi qəbirlərində özüm doğuluram (doğuluramm),
Qadağaları bazarında istəmədən satışa qoyulur
Nəsiminin hisslərini keçirdim oyuldum, soyuldum
Sözlərim keçicidir, hisslər isə əbədi payım
Bilmirəm varmı elə söz ki, keçirdiyim hissləri anladım?!.........
Gözlərimin qarasısan, mənə o qədər yaxınsan...
Ürəyimin arzususan, mənə o qədər lazımsan...
Vaxtında qədrini bilmədim indi əziyət çəkirəm...
Vaxtımızı boş yerə itirdik indi o günləri istəyirəm...
Mənim qara qanım sənin həsrətinlə tündləşir (qara qanım, qara qanım)
Bədənimdə yeganə ürək artıq kədərə öyrəşir
Etdiyim bütün əməllərim indi mənə qarşı birləşir,
Sui qəsd hazırlanır həyatım sənsizləşir.
Ağlım öz yerindən uçur, beynim qalıb boş qab kimi
Sevinməyə olan həsrətim artıq tükədir səbrimi
Heçkim başa düşmür məni(yox),
Heçkim anlamır dərdimi(yox),
Heçkim görmür kim bu qədər parçalayıb qəlbimi.
Sənli günlərim, indi sənsizliyimlə vuruşur
Sənsiz günlərimdə isə, ağ bayraqlar uçuşur...
Sakin hisslərim olan dövlətimdə səfərbərlikdi indi,
Sahildən uzaqlaşmışam buralar çox dərindi.
Qayıtmağa can atıram,yol,3il, 5 il d
ə olsa,
Yerin
ə yetişdirərəm ölsə bir güllərim solsa.
H
ələlik mən acizəm sən hakimsən qərarlara,
H
ələlik azalıb ümidim qalanında isə yara.

(Nəqarət)
Gündüzüm qaranlıq, gec
əm uzundu, sənsiz
Yuxularım hamısı s
ənli, amma yozuldu, sənsiz
Dayaz qazdığım q
əbrim dərin qazıldı, sənsiz
İst
əməzdim belə olsun, amma alnım yazıldı, sənsiz


(verse:Felon de Jure)
M
əhbus idi hisslərim,dünya başıma dolanan anda.
İçim
ə dolmuş izlərin,süpürgəsini əlimə alanda
Sanki m
ən doğulmamışdım 19 il əvvəl anadan
Ahım indi şamlı otaqda yaralı qanadam
Suirepresiyam du q
əlbin intihar nəfəsi,
H
ər addımımda çox daha gec yarmaq üçün eşq qəfəsin,
Q
ələmimlə gor eşərkən,baş daşım xəyallarımdı
Satın alınan bahalı q
əlbim indi şəxsi qandalımdı
Sussun artıq ist
əklər,mənim özümə özüm bəsdi
S
əssiz andım,sükutu yenidən bərpa etməkdi
N
ə nifrətdi içimdə nə sevgi,qaranlığım doğdu günahı
Tövb
ə uzun salnamə isə bu səyfəm də bir parçası
Qan pıtrası m
əni yaradılışıma qaytar,axtar içdə bəlkə gec də olsa qurtar
Saxlar bu ayaqlar m
əni,çəpərli tər eşqdən
Bir divar t
ək var adlar bağlı qapılı keçmişimdə
İçmiş
əmsə eşq şərbəti,məni boğan zəhər olub
Xeyri ş
ər sevinci dərd üzdə gülüşü soldurub
Yet
ər kədər,ömür kədər,gələr keçər neçə nəfər,
Bil
ə bilər,sevən sevər,hasar çəpər,düşər mənə bəşəəəəər!


(verse:ErranT)
Bu geniş dünyada h
əyatım eyni tonla davam edir (davam ediiir),
Kağız, q
ələm, sənə hissim və mikrafonla davam edir (davam ediiir),
Bil
əklərimdə qanla davam edir bu sənsizlik,
Q
əmlə yaşatdım indiyə qədər istəyirəm qəmsizlik.
N
əyə lazım bu qəlbsizlik? qalmadı səbir məndə
Qorxuramki, öl
ər ürək, ölər beyin qəfil məndə
Amma onu bilir
əmki, var yeganə olməz hissim.....
S
ənə sevgim olub mənə bu həyatda dar qəfəsim
G
əldimki, sənin olum sənsə mənə "get!" demisən (get get get)
M
ən tənha bir adayam, sən uzaq keçən gəmisən,
M
ənim qəlbim bu gəmini görüb sevinən insandı,
S
ənin Qəlbin Bu Gəmidə Kapitandı! (kapitaaan)
Q
əddarlığın canla dolub, mənsə heç vaxt ölməyəcəm
Göz yaşım, ya qanım axsın heç birini silm
əyəcəm (yoox),
Dönm
əyəcəm fikrimdən sən də ölsən, mən də ölsəm,
Al
əlimdən qələmimi əgər dönsən (əgər dönsən)!

(Nəqarət)
Gündüzüm qaranlıq, gec
əm uzundu sənsiz
Yuxularım hamısı s
ənli, amma yozuldu sənsiz
Dayaz qazdığım q
əbrim dərin qazıldı sənsiz
İst
əməzdim belə olsun, amma alnım yazıldı sənsiz


(verse:Qaraqan)
BoyFriend - GirlFriend sevgi olub - oyuncaq
H
əyatda qiymət hərşeyə itir ona əlin çatınca
Ür
ək soyuq, ürək ölü sevgiylə dolmur artıq (dolmur artıq),
Güll
ər də süni düzəldilir indi solmur artıq (solmur artıq).
Gün
əşə qar yağdı bax, buz oldu günəş söndü
H
ər dəfə xətt çəkildi damara daha bir ümid öldü
Saatlar t
ənbəlləşdi, Arzular uzaqlaşdı
Gec
ələr qollarım tənhalıqla qucaqlaşdı
Sevm
əyin eyibi varmı?... Ziyanı xeyiri varmı? (həə?)
Bilmir
əm onun mənə bircə qram meyili varmı?( həə?)
Şeytanla m
ələk kimi, sözlərim külək kimi
İnsana ağrı k
ədər verən yoxdu ürək kimi...
Gözl
ərim qulaq asmır .. deyir "baxmaq da olmaz?"
Qana damar türm
əsindən azadlığa axmaq da olmaz?
Yaşamağa qoymur m
əni ... mənə ölmək də olmaz?
Sevir
əm neyləyim bağışla ... sevmək də olmaz?
D
ənizlər odlanır, alovlu dalğalar
Q
əlbimin boş saraylarında uçur qarğalar
Biz f
ərqli insanlar....
Deyirs
ən sevmə ..necə?
Oxudum alın yazımı..
Orda yazılıb...
GEC
Ə!!!....

(Nəqarət)
Gündüzüm qaranlıq, gec
əm uzundu, sənsiz
Yuxularım hamısı s
ənli, amma yozuldu, sənsiz
Dayaz qazdığım q
əbrim dərin qazıldı, sənsiz
İst
əməzdim belə olsun, amma alnım yazıldı, sənsiz(x3)
Gündüzüm qaranlıq, gecəm uzundu, sənsiz