Pages

21 October 2010

Öz Dünyam

(verse: Qaraqan)
Mənim içimdəki dünyadan da məni qovanda qəlbim
Anladım ki bu dünyanı eləməliyəm öz dünyam
Xəyallarda yaratdığım şəhzadənin çıxdım axtarışlarında boz binaların altında

Döyüşlər,ölümlərlə üz-üzə dəyqələrin rəqsi
Cəllad oldu əqrəblər saatrlarımın başını kəsdi
Keçdi günlər tapdım ümidi mahnılarda
Gecələrim,neçə soyuqda neçə payızda gecəni küçədə gecələdim
Qaraladım,səpələdim sətiri doldu səyfələr
Mən ümidi bağladım zəncirlə qaçmasın bu həftələr
Bu pərdələr cırılacaq,bu divarlar da söküləcək
Düşmənlərim bağışlanmaq arzusunda düzüləcək
Mən inana bilmirəm ki tab gətirər başqa kimsə bu qədər dərdə
Beynimin hücrələrini dağıdır şeytan şüphələrlə
Qapısı bağlı Yaradanın,daş atanda pəncərəsinə
Tutdu qəzəbi,qırdı qanadı,tulladı insan dərəsinə


(Nəqarət:)
Beləcə keçirdi günlərim…


(verse:Qaraqan)
Mən gəlməmişdən əvvəl mələylər verdilər silah
Bu istedaddı sanki çiyinlərdə görünməz qanad
Bu istedaddı köməyim olur amma qoymur yatmağa
Mən gəlməmişəm şair olmağa yada ad ucaltmağa
Mənnən zəhlən getsin,nifrət elə,istəsən söy məni!
Necə danışmasın dilim əgər görürsə gözlərim?
Necə gülüm əgər ağlıyırsa yetim körpələr?
Necə xoşbəxt olum qəribəmsə doğma bölgədə?
Bir qış,bir albom yanlız içimdəki hislər
Mənə sual vermə cavabını artıq verib gözlər
Mənə köməyi olmaz onda minnət edəcəksənsə
Nəyə gərəkdi qürur axır əvvəl sevəcəksənsə
Boş sualların cavabları da boş!
Boş inamların savabları da boş! Allahları da daş!
Gözlərində qış.Necə təbəssüm intaharlarında taqətsiz
Yolçu qəlbim yollar ortasında istiqamətsiz.


(Nəqarət:)
Beləcə keçirdi günlərim…

Beləcə keçirdi günlərim...