Pages

21 October 2010

Bir

(skit: Qaraqan)
Hərdən məndən soruşurlar ki, dünyanı xilas etmək üçün sənə neçə nəfər lazımdır?
Mən onda cavab verirəm: Bir..

(Nəqarət:Qaraqan)
Gör necə gözəldi dünya,
Amma biz onu etmişik eybəcər..
Göy üzü, ulduzlar, günəş batsada yerinə ay çıxar gecələr,
Əl-ələ verin, dostlar, axı güc var hələ hər kəsi dəyişməyə..
Hərəyə bir sevgi, bir ürək, bir dünya bəs edər..

(verse:Qaraqan)
Bəzən bir gülüş bəsdi ki, ağbirçək anan sevincdən ağlasın,
Bəzən bir öpüş bəsdi ki, sürücü sevgiyə görə qatarı saxlasın,
Bir cibdəki quru qəpik, bir dilənçinin xoşbəxtliyi ola bilər,
Bir qara tütək, iki kor göz, kasıb bir ailəni tam saxlaya bilər,
Bir baxışla ömürlük sevərsən,
Bir məktuba sevgini qazanarsan,
Bir yalanla hər şeyi itirərsən,
Bir çiçəklə yenə geri qayıdarsan,
Bir küləklə yaşayar min gəmi,
Bir günəşlə yetişər min meyvə,
Min qeybət birləşsə, belə, qalib gələ bilməz bir sevgiyə..

(Nəqarət: Qaraqan)
Gör necə gözəldi dünya,
Amma biz onu etmişik eybəcər..
Göy üzü, ulduzlar, günəş batsada yerinə ay çıxar gecələr,
Əl-ələ verin, dostlar, axı güc var hələ hər kəsi dəyişməyə..
Hərəyə bir sevgi, bir ürək, bir dünya bəs edər..

(verse: Qaraqan)
Bir dərmana möhtac xəstə, amma bu gün onu almağa yox pulu,
Bir kitabla alimə çevirmək olar, adi bir fəhlənin oğlunu,
Bir böhtan bir təmiz qızı bir günün içində çevirər pozğuna,
Bir damla gözyaşı ilə bir qız bir oğlanı çevirəcək Məcnuna,
Bir sığalla yetimlər daha özlərini hiss etməz tək-tənha,
Bir zarafat, iki soyumuş dost, yenidən olacaq qardaş, doğma,
Bir budaqdan düşən almayla, bir dünya tam dəyişirsə,
Onda gör bir sən, bircə sən, bu dünyanı necə dəyişirsən..

(Nəqarət: Qaraqan)
Gör necə gözəldi dünya,
Amma biz onu etmişik eybəcər..
Göy üzü, ulduzlar, günəş batsada yerinə ay çıxar gecələr,
Əl-ələ verin, dostlar, axı güc var hələ hər kəsi dəyişməyə..
Hərəyə bir sevgi, bir ürək, bir dünya bəs edər..

(verse: Qaraqan)
Mənə bəs edəcək bir qələm ki, tənhalığımda sevgilim olsun,
Mənə bəs edəcək şahzadə baxışları ki, bu tilsimi qırsın,
Mənə bəs edəcək bir kərpic, dağılmış sarayı yenidən qurmağa,
Mənə bəs edəcək bir kömək əli, dar günümdə ayaq üstünə durmağa,
Mənə bəs edəcək bir dinləyicim, bilsəm ki, ona kömək olmuşam,
Mənə bəs edəcək bir qələm və bir qələmlə neçə düşmən vurmuşam,
Səni ruhdan salmasın dərdlər, onlar sadəcə bir ömürlük,
Bir xoşbəxt an sürəcək əbədi, yüz illik də bir günlük..

(skit: Qaraqan)
Bəzən dünyanı dəyişməkçün bir gülüş də kifayətdir..