Pages

16 October 2010

Sevgi Yoxdur

(verse: Qaraqan)
Yeni vərəq, yeni qələm sevgi sanki cəhənnəm

Ürək sancır, nəfəs gəlmir sevgi xəstəlik vərəm
Sevgi cadu kimidi qanla çəkilmiş pentaqramma
Sağ olsaydı Şekspir mənim həyatımdan yazardı drama
Biraz stress koma pristup arada bir də paranoya
Bu nə zamandı insanlar sanki robot mamamiya
Yox romantika ürəklər artıq sevmir
İçidə boşdu hamının, kirayə verilən otaqlar kimi
Oyna uşaqlar kimi mənim ürəyim oyuncaqdı
Sındır əlini çıxart gözünü xeyri yoxdu yenədə sağdı
Qələm damar mürəkkəbimdə qan axır sətirlərə
Lirik fəlsəfəm çevirir orduları əsirlərə
Qaraqanam H.O.S.Tun oğlu
Yaraları buzla doldur kim deyir ki sevgi var?
Mən deyirəm sevgi yoxdur
İndi fərqli hisslərində hamı başqa arzularda
Leyli Məcnun sevgisidəki boş nağıl arzularda

(Nəqarət: Ayka)
Dar, insanlar onlar özləri özlərindən qorxdular

Unutdular yox olaraq arzular, ümidlər, sevgilər ürəylərdə itər

Çünki dar insanlar dəlicəsinə sevməkdən qorxdular

Çürüntülər ürəkləri bağladı, mələklər də içimizi görüb ağladı


(verse:Qaraqan)
Yeni gecə yeni səhər sevgi yoxdur var kədər

Sevgi yoxdur var yalan sevgi yoxdur var zəhər

Sevgi yoxdur uşaq nağıllarıdı gözəl əbədi sevgi

Ehtiras var yalannan deyirlər səbəbi sevgi

İndi seks və şou indi geroin və pul əsri

İndi MTV, Sweet Sixteen, Pimp My Ride əsri

İndi hi5 zamanı indi easy life zamanı

Mobil telefonlar kimi mobil insanlar zamanı

Sülh raketlərdən atılır yemək paketlərdə satılır

Sevgi yoxdur hər il yeni bir sevgi çıxır sonra atılır

Sevgi yoxdur gizli-gizli parkda sevişmək var

Sevgi yoxdur dalaşmaq qırışmaq didişmək var

Sevgi yoxdur var dörd təkər üstündə dəmir parçası

Leyli olub bu gün 90x60x90 markası

Sevgi olur qanadlarla əlvan sehrli hisslərlə

Sevgi olmur saytdan hazır götürülmüş smslərlə


(Nəqarət:Ayka)
Dar, insanlar onlar özləri özlərindən qorxdular

Unutdular yox olaraq arzular,ümidlər,sevgilər ürəylərdə itər

Çünki dar insanlar dəlicəsinə sevməkdən qorxdular

Çürüntülər ürəkləri bağladı mələklərdə içimizi görüb ağladı

(skit)
H.O.S.T , Qaraqan , sevgi yoxdur , bügün sevgi belədi ,

Görəsən 5 il sonra necə olacaq ? he he ))