Pages

16 October 2010

Mənim Mübarizəm

(skit)

(verse:Qaraqan)
Mənim mübarizəm çirk pullara qarşı,
Saxta məmurlara, qullara qarşı!
Mübarizəm ot, kollara qarşı -
İynələrə məskən qollara qarşı!
Mənim mübarizəm müəllimlərə qarşı -
Dərs keçən zır dilənçilərə qarşı!
Mübarizəm hakimlərə qarşı
Pula satılan yalançılara qarşı!
Mübarizəm porno saytlara qarşı
Gözlərini bərəldən aclara qarşı!
Mübarizəm çılpaq müğənnilərin
başına qoyduğumuz taclara qarşı!
Mübarizəm iki üz etika,
yeni biletimiz!
USA - qara politika!
Biz radikal,
Siz olun ofsayd!
Bu match bizim meydanda,
H.O.S.T sayd!

Mənim mübarizəm sərhədlərə qarşı,
İ
rqlərə, ya da millətlərə qarşı!
Mübarizəm - saqqalın uzunluğuyla
ö
lçülən cənnətlərə qarşı!
Mübarizəm cinsi azlıqlara!
Bəsdir! Nə qədər verdik üz bunlara?!
Mübarizəm gizli sektalara,
Təşkilatlara, saxta dinlərə qarşı!
Mübarizəm - sizə qarşı,
Fahişələrinizin “İstanbul tətilinə!
Mübarizə bizə qarşı?
Güldürmə fanatlarımı buraxaram üstüvə!
Şə
hər inkişafda - disko, bari!
Dünən Jiquli sürəndə, bu gün Ferrari!
Amma qaçıb əsgərlikdən - fərari!
Döyüş olsa hamı Mickey Mouse, Jerry!

Qaç gizlən!
Deşik axtar girməyə!
Gizlən!
Qaç sığorta şirkətinə!
Bizdən,
zəhləniz gedir bilirəm!
Çü
nki bu dediyimiz sözlər
sizdən!

(Nəqarət:Qaraqan)
Gəlin birləşək!
Mənləri biz, birləri yüz
eləməyin indi vaxtıdır!
Birləşək!
Nə qədər ayrı, topa, topa?
Hamı bizi qova-qova?!
Gəlin birləşək!
Bütün fərqlilər!
Beş fərqli barmaq,
Ama yumruq bir!
Gəlin birləşək!
Yumruqları qaldırın,
Gəlin birləşək!

(verse:Qaraqan)
Mənim mübarizəm siyasətçilərlədir -
Sarayda qalan nə bilir daxma nədi?!
Mübarizəm haram içkilərlədir -
Həqiqətdən qorxan sərxoş, kefli.
Mənim mübarizəm gic məcnunlarla,
Ki, bütün həyatlarına həsr edə sevgiyə!
Mübarizəm başıboş qızlarla,
Ki, razıdır ilk gələn elçiyə ərə gedə!
Mübarizəm “papa uşaqları”yla!
Bir gecədə hamısını gülləliyərdim!
Arvadı evində tapılmayan ərin,
Uzun buynuzunu rəndəliyərdim!
Mübarizəm tarix dərslərinə,
Ki, düşmən unudulur, rəqəm əzbərlənir!
Mübarizəm bayrağımıza qarşı,
Ki, sərhəddə yox, küçə bacada yellənir!
Mübarizəm dilənən kişilərlə!
Mübarizəm ailə dağıdan qızlarla!
Mübarizəm geri çəkən qocalarla!
Mübarizəm ömür çürüdən gənclərlə!
H.O.S.T hücuma!
Dağıdaq mentaliteti!
H.O.S.T hücuma!
Sındıraq beyinləri!
H.O.S.T hücuma!
Dinsizləri yandıraq!
H.O.S.T hücuma!
Allah bizimlədir!

(Nəqarət:Qaraqan)
Gəlin birləşək!
Mənləri biz, birləri yüz
eləməyin indi vaxtıdır!
Birləşək!
Nə qədər ayrı, topa, topa?
Hamı bizi qova-qova?!
Gəlin birləşək!
Bütün fərqlilər!
Beş fərqli barmaq,
Ama yumruq bir!
Gəlin birləşək!
Yumruqları qaldırın,
Gəlin birləşək!(x2)