Pages

21 October 2010

Dost

(verse:Qaraqan)
Uşaqlıq dostları indi sanki yad planetlər
Günahkar tale idi biz əlində marianetlər
Sənin sükutun bütün suallarıma cavab idi
Uşaqlıq arzuları yalançı bir qanadı idi
İndi kariera diplom praktikalar sessiya
Həyatımız gülüşlərlə dolu zərif aqresiya
Mənim içimdə nifrət və yəqin özümə qarşı
Üzümə ağırlıq verirdi baxışların daşı
Güya taley qardaşı , Yəqin ki çıxdıq ögey
Həyat belədi fikir verməyək, öyrəşəy, dözəy
Və hər salamda əlimə əsir şimal küləylərin
Gör həyat kimlərə çevirdi bizi biz neylədiy?
Buraxdığımız səhvlər,çoxu bilərək qəsdən
Nə qaldı sevgidən,sevincdən,gülüş,həvəsdən?

Sənin gülüşün üçün gərəkdi tüstü dolu qədəhlər
Mənim gülüşüm üçün gərəydi yəqin ölü mələklər

Yada dünyanın axrı bir az gülümsəməy üçün
Çağırmamışam səni pisləmək üçün,deyinmək üçün
Sadəcə yeni maska almışam və geyinməy üçün
Baxıram sənə düzgün axı sən mənim güzgüm
Dost.

(Nəqarət:Qaraqan)
Dön bir anlıq bax özünə güzgüdə
Gör necə dəyişdin son illərdə
Heç nə qalmadı o təmiz gözlərdən
Qaraldıqca qaraldı...
Say! Neçə ili keçmişə bağışladın?
Yarpaqlar ağaclardan töküldükcə
Gücün artıb çoxalsada saçların ağardıqca ağardı..


(verse:Qaraqan)
Günlər keçir yeni tanışlar və hadisələr
Hər dəfə kimsə gəlir sonra birdən gedirlər
Və bir gün anlıyanda tək olduğunu bu həyatda
Qəfəs açıq olsada uçmaq olmur tək qanadla
Biz sanki həyat inqubatorunda şəxsiyətlər
Səkkiz saatlıq işlər bir aylıq məzuniyyətlər
Və dövlət qarşısında borclarımız məsuliyyətlər
Biz axı belə deyildik? Çəkdiyimizi əziyyətlər
Oxuduğumuz kitablar deməli hamısı boşdu
Neyləməy olar həyat sevgi,sevgi pul,pul işdi
Və beləcə sürünürdük dolanmaq üçün bir təhər
Şəhzadə axtarırdıq tapdığımız fahişələr
Zaman sürətli qatar,ünvansız dayanacaqsız
Ürək mühərrikləri siz də bir gün dayanacaqsız
İki dostun sükut söhbətində mimikalar
Harımçıq jestlər sanki qəmli lirikadan
Mən sənə bağışladım uşağlığıvın intiharın
Cəmiyyətin çəkiciylə qırdığın xoş arzuların
Bu sənin cizgilərin ,izlər altında qarın
Və inan özümkü tək hiss edirəm ağrıların
Dost.

(Nəqarət:Qaraqan)
Dön bir anlıq bax özünə güzgüdə
Gör necə dəyişdin son illərdə
Heç nə qalmadı o təmiz gözlərdən
Qaraldıqca qaraldı...
Say! Neçə ili keçmişə bağışladın?
Yarpaqlar ağaclardan töküldükcə
Gücün artıb çoxalsada saçların ağardıqca ağardı..