Pages

21 October 2010

Qısa Qapanma

(verse:Qaraqan)
Bizim neçə ilimiz qalıb dost?
Görəsən payız hansı yarpaqları tez tökür?
Görəsən nə qədər təsirli olacaq epiloq?
Zaman qəbir qazdıqca insanlar da ev tikir
Zaman qırılmış ümidlərin son qərarı mənzili
İnsanlar torpaqdan düzəlmiş çirkli oyuncaqlar
Şəhər çoxdan bürünüb boz əlcəyli magistrallar
Otağın bir küncündə çirki oyuncaqlar
Yenə də sən gülürsən.Nəyə gərək eroniya?
Ovucun qırışlarına hopur taley xətlərimiz
Uzaqda piano, qonşu otaqda son melodiya
Danış danışım məndə qucaqlaşsın dərdlərimiz
Cənnəti tapmadıq biz. Nöqtələr oldu vergül
Qısa bir qapanmadan sonra suallar çoxaldı.
Arzular yerinə yetdi amma ucuz xislətimin
İçimdə şükürlər yox yenə də dualar çoxaldı

(vokal:Ayka)


(verse:Qaraqan)
Onun qızıl saçları ağlımdadı.
O mənim acı günlərimin ən xoş xatirəsi
Palçıqlar iz qoyurdu ayaqlarım közərdikcə
O mənim cəhənnəmlə cənnətimin rabitəsi
Sonuncu həyat dərsi , ilk öpüş fəlsəfəsi
Sonuncu ümid rəqsi , son görüş mənzərəsi
Sonuncu dayanacaqda vaqonlarda son sərnişin
Sonuncu sərnişinin köhnə tozlu pəncərəsi
Cırılmış pencəyinin cibində qadın şəkli
Həyat mürəkkəbliklə yazılmış mürəkkəb həyat
O çoxdan ölmüş bir sevginin canlı abidəsi
Qırılar ilk toxunuşdan bil ki düzəlməz həyat
Sənin taleyin mənim taleyimlə ekiz qardaş
Gəl oturaq, bir az danışaq, bir az Allahdan
Sən odun tök ocağa, Mən yazım bir iki misra
Yapışaq balıqlar tək ölümə çəkən qarmaqdan biz..

(vokal:Ayka)


(verse:Qaraqan)
Səni basdırdığım torpaqda qızıl güllər əkdim
Bir gün gələr ki o güllərdən gələr sənin ətrin
Keçmişin rəflərində itib batmış bioqrafiyam
Onun sonuncu səhifəsində qaldı sən in sətrin
Məni bir kölgə sandın.dəhlizin divarlarından,
Asılmış rəsimlərdə əbədi qaldı sənin şəklin
Sən ümid notlarından yazılmış ideal sinfoniya
Mənim əllərim əsdi mən drijor mənim səhvim
Qurumuş boş cümlələr, Mavi gözlər yalançı
Bu dört divarın içində sığmır içimə mənim dərdim
Sən mənim parçalanmış gözlərimdə ilham pərim
Mən sənin sevgi sərhədində son tikanlə məftil
Qəfil küləylər əsdi bir anlıq durdu nəbzim
Zərif işartılarda gözümə gəldi sənin əksin
Bu qəribə incə fobiya.bəyaz bayraq və təslim
Sonuncu dərs son baharda bitdi mənim fəslim