Pages

27 October 2010

İnanma

(verse:PRoMete)
Qorxu nağıllarındakı qəhrəmanlardanam,
Ordan qaçıb bura düşmüşəm..
Köpək dişlərim var
Mənə bax! Səni yeyərəm..
Məndən qorx!
Hər gücə iki diri bala parçalamasam rahat yata bilmirəm,
Düzü özüm də bilmirəm niyə belə oldum..
Bir səhər yatdım, gecə durdum,
Gördüm gözümün içi qan..
Güzgüyə baxmaqdan qorxuram o gündən,
Günəşi də sevə bilmirəm artıq..
O da məni sevmir, çünki..
Düşündüm ki, bəlkə yuxudu, dişlədim qolumu..
Qoluma iz düşüb o gündən..
Özümdən qorxmağa başlayıram
Evi sür-sümük basıb,
Qonşular da şikayətlənir əlimdən
Qonşunun oğlunu da yedim dünən hirsimdən,
Sonra ordan qaçdım gizlin, mən..
İndi gündüzləri zirzəmidə keçirən nağıl qəhrəmanlarındanam..

(Nəqarət:PRoMete)
İnanmaaaaaaaaaaaaa.............
Nağıl danışırlar sənə.. Boşdu..
Hər şey göründüyü kimi deyil, içi boşdu,
Boşdu, boşdu, boşdu..
İnanmaaaaaaaaaaaaa.............
Yalan danışırlar sənə.. Boşdu..
Hər şey göründüyü kimi deyil, içi boşdu,
Boşdu, boşdu, boşdu.. (x2)


(verse:PRoMete)
Mən kölgəlikləri sevmirəm
Mənim yerim gün altıdı..
İstəyirəm gün altında qanadlarım parıldasın,
Hər kəs məni tanısın..
Hündürlükləri sevirəm
Tək qorxum qartallardı..
Uçmağı təzə öyrənmişəm
Göydən yer üstü nə gözəldi
Uçsan sən də görərdin..
Sən də mənim kimi, dəli kimi sevə bilərdin
Göyərçin olduğunu dərk etdiyin anda
Dərdləri tərk edərdin, tək gedərdin
Və bir gün cüt olardın
Yanına bir dişi qoşulardı
Daşı-divarı fərqli görməyə başlardın
Hər tərəf çiçəklə dolardı
Sevdiyin rəngi alardı ətraf..
Günəşim – deyərdin ona sən,
Sevgini hər gün yüz dəfə sübut eləyib
Xoşbətliyin nə olduğunu birdəfəlik anlayıb ömür sürərdin..

(Nəqarət:PRoMete)
İnanmaaaaaaaaaaaaa.............
Nağıl danışırlar sənə.. Boşdu..
Hər şey göründüyü kimi deyil, içi boşdu,
Boşdu, boşdu, boşdu..
İnanmaaaaaaaaaaaaa.............
Yalan danışırlar sənə.. Boşdu..
Hər şey göründüyü kimi deyil, içi boşdu,
Boşdu, boşdu, boşdu.. (2)