(verse:Qaraqan)
Həyatım əllərimdə əriyən şam kimi
Qaranlıq aləmimdə son ümidin yasında
Göz yaşımda qəmli xatirə
Əzablarımla qəlbimin pıçıltısı kəsildi
Səbrimin sonu uzaq, bu daş-kəsəkli yolda qatiləm..
Ölən qərar, uzaq səfər, belimdə illərin yükü
Səbəbsiz ağlamaqların da yastığımda nəmli izləri
Qaranlığımda şər, qıfıl, qapı, tikan, çəpər
Köməksiz əllərimlə sarımaq istədim bu qanlı dizləri
Ürək ölüb və bilmək istəmir
Bu yolumun önünü tuta bilənlərin də sözünü dinləməz
Bu gün külək bitər, günəş itər
Buludlu göydə yelkənim küləksiz
Ürəksiz tikilsin heykəlim və gözlərim bəbəksiz
Qapını bağlayın, heç kəs gəlməsin
Bu gün özüm-özümlə qalmaq istərəm
Ölmək istərəm, ölümü gözlərəm
Ağ çiçəklə, əllərimdə qara qəzəllərimlə sətiri izlərəm
Dünya çox gözəl və çox yalançı
Nəğmələr oxundu, şerlər yazıldı
Hər birində körpə qəlbimin əlində can verən göyərçin
Hələ də uçmaq arzusuyla çırpınan qanadların səsində
Anladım sevgilər nağıl, nağıllar yalan
Arzular tamam
Bu şəhər yad mənə tamam
Gecə sonsuz, durub zaman
Yaram sağalmır, axır qan
Geri zülmət, irəli duman
Yenə nifrət, kədər, güman
Halım yaman, köməy aman,
Damarlarımda qara qan..
(Nəqarət:Qaraqan)
Qırıldı qəlbim, kədərli dərdim
Üfüqdə şəfəqlər qaranlığa qarışmasında
Tükəndi səbrim, soyuqdu qəbrim
Ümidlərim “Kim tez ölə bilər?” yarışmasında
Qırıldı qəlbim, kədərli dərdim
Üfüqdə şəfəqlər qaranlığa qarışmasında
Tükəndi səbrim, soyuqdu qəbrim
Gözlərimdən yaş gəldi
Qaranlığıma xoş gəldin
(verse:Qaraqan)
Uşaqlığımla görüşsəydim, ağlayıb qaçardı
Qorxub üzünə baxmadan bu qəribə adamın
Anasına çatardı
Ürək atardı, gecə yatardı qollarında zülmətin
Sadəlöv arzular, bahalı zamanı heçə satardı
Şaxtalar dəyişdi, üzümün yarası, kədəri, qırışı artdı
Söyüşü artdı dilimin
İllər ötdü, ürəyim indi sərtdi
Mələyi tutmaq istədim əlimlə, parıltıdan göz qamaşdı
Qürurum və vicdanım, hisslərimlə çox dalaşdı
Çox dirəşdi tələdə, səhərə kimi bu dərədə
Arada sırada qələbə, çataram hədəfə
Yarama səpələ duzunu, düzünü
Yuxumu, gözümün irağı edərəm üzünü
Taparam izini gedərəm
Səsinə çataram, əlini tutaram
Harda olsa, qalada, dərədə, təpədə
Xoşbəxtlik göy qurşağı kimi gözəl və əlçatmazdı
Dəli şair gözü yaşlı, tənha gecələr yatmazdı
Səhra yolumun əvvəlində
Cəllad, silah əllərində
Qarabasma, yenə tərlədim mən
Dəftər dolu qəzəllərimlə
Səssiz ol, yenə də həyat tamaşası bitdi, qəmli sonu
Sevgi donu geyinən hər kədəri də ilk baxışda tanımışdım onu
Bu tikanlı yolu qara dərviş bəzədi saray kimi
Nəfəsinə şaxta qonub
Qara qarğa qonub evimin bacasına
Cavanını, qocasını söy mikrafona
(Bü nə iydi?)
İllər köçər, kitab rəfimdə oxunmamış neçə nağıl
Uşaqlığımın üzünə tüpürüb
Dəqiqələr də çox paxıl
İnanmıram ki, bir dəqiqə versin altmışbir saniyə
O əlavə bir saniyədə bir söz qışqırım Tövbəəəəəəə.......
Tövbəəəəəəə......
(Nəqarət:Qaraqan)
Qırıldı qəlbim, kədərli dərdim
Üfüqdə şəfəqlər qaranlığa qarışmasında
Tükəndi səbrim, soyuqdu qəbrim
Ümidlərim “Kim tez ölə bilər?” yarışmasında
Qırıldı qəlbim, kədərli dərdim
Üfüqdə şəfəqlər qaranlığa qarışmasında
Tükəndi səbrim, soyuqdu qəbrim
Gözlərimdən yaş gəldi
Qaranlığıma xoş gəldin
(Verse:Qaraqan)
Və artıq görmürəm yuxularımda Cənnəti
Bu qəlbimin sonuncu harayı hansı Cəhənnəmdə, bilmirəm
Yanır, əzab çəkir, ruhum ağlayır, bədən qəfəsdi
Yoruldu, tab gətirmir, acı, kədərli illərə
Artıq görmürəm yuxularımda Cənnəti
Bu qəlbimin sonuncu harayı hansı Cəhənnəmdə, bilmirəm
Yanır, əzab çəkir, ruhum ağlayır, bədən qəfəsdi
Dözmək olmur, artıq bəsdir
Buraxın uçum göylərəəə...
(Nəqarət:Qaraqan)
Qırıldı qəlbim, kədərli dərdim
Üfüqdə şəfəqlər qaranlığa qarışmasında
Tükəndi səbrim, soyuqdu qəbrim
Ümidlərim “Kim tez ölə bilər?” yarışmasında
Qırıldı qəlbim, kədərli dərdim
Üfüqdə şəfəqlər qaranlığa qarışmasında
Tükəndi səbrim, soyuqdu qəbrim
Gözlərimdən yaş gəldi
Qaranlığıma xoş gəldin