(Nəqarət:Qaraqan)
Bizə isti baxışlarla baxır səhnə
Sağaldıqca yara, unuduldu səhvlər
Hər nağılın bir sonu, Sevincli səhifə
Ama mən yenə yenə tənha! (x2)
(verse:AiD)
Neçə günəş gərəkdi, ürəyimi isitmək üçün
Neçə dəniz yuya bilər , yaddaşımı ve günahlarımı
Neçə külək gərəkdi , göz yaşlarımı qurutmaq üçün
Neçə mələk gərəkdi, sənin gözəlliyini unutmaq üçün
Neçə sınıq saat gərəkdi , bu zamanı saxlamaq üçün
Neçə bəyaz yastıq , hönkürüb ürəkdən ağlamaq üçün
Neçə qanad gərəkdi, çırpınım uçum ulduzlara
Neçə qıfıl gərəkdi, ürəyi birdəfəlik bağlamaq üçün
Neçə yagış gərəkdi, qurumuş hər ağac çiçəklə dolsun,
Neçə bulud gərəkdi, qar dizə kimi gecəylə dolsun,
Neçə məzar gərəkdi, dolsun içinə bütün ümidlər,
Meyidlər rahat yatsın, deyin neçə döşək gərəkdi
Neçə vərəq gərəkdi, neçə qələm gərəkdi,
Kağıza mürəkkəb , həyat çox murəkkəb, çətindi düzəltmək
Yaranı sağaltmaq , kədəri azaltmaq , əzabı qısaltmaq
Dünyanı əksinə firlatmaq üçün neçə külək gərəkdi?
(Nəqarət:Qaraqan)
Bizə isti baxışlarla baxır səhnə
Sağaldıqca yara, unuduldu səhvlər
Hər nağılın bir sonu, Sevincli səhifə
Ama mən yenə yenə tənha!
(Verse:Jamal Ali)
Neçə əsgər lazımdı , səngərlərimiz boş qalmasın deyə
Neçə xəritə lazımdı bizə , millət yolunu azmasın deyə
Neçə kapsulada dərman ki, yaralarımızı keyitsin bir neçə müddətlik
Neçə fərman ki, təbəssüm çöksün üzünə xalqımın bəlkə bir həftəlik
Neçə demokratik uçuş gətirən təyyarələr, neft dalınca
Neçə zolaqlı bayraq xilas edəcək bizi görəsən ən dar anda
Neçə kilsədə məsciddən qorx, qaç deyəcək dünya hələ bizlərə
Neçə propoganda basdılar beyinlərə
Hollywood dönəcək siyasətə ,
Neçə irqdən insanlar qıracaq bir-birini ancaq dəri rənginə görə
Neçə cüt göz basdıracaq umidlərini, oğlu-qızıyla birgə
Neçə vəhşiliyin şahidi insanlar, dönəcəklər manyaklara
Neçə nüvə silahı nüvələrin sayı qədər ac insan batacaq səhrasında
Neçə fitnə, neçə soyqırım
Neçə tonqal, neçə min edam
Neçə isğal, De susum ya qışqırım?
İSTEHZA qoxan alqışlara
Neçə zindan namus qoruyanına
Ömürlük həbs, eliktik stulları.
Neçə sərhəd ayıracaq məni məndən
HOST..
Nəqarəti qaytarın
(Nəqarət:Qaraqan)
Bizə isti baxışlarla baxır səhnə
Sağaldıqca yara, unuduldu səhvlər
Hər nağılın bir sonu, Sevincli səhifə
Ama mən yenə yenə tənha!
(Verse:Qaraqan)
Neçə xəyanət gərəkdi, əsl sevginin qədrini bilmək üçün
Neçə xəstəlik gərəkdi, sağlamlığımı düsünmək üçün
Neçə kədər gərəkdi, bir usaq gülüşündən xoşbəxt olum
Neçə düşmən gərəkdi, dostlarımın qədrini bilmək üçün
Neçə yad eldə olmalıyam ki, vətənimə qayıdanda sevinim
Neçə kasıb, fəqir, yoxsul görməliyəm ki, sadə geyinim
Neçə gözü yaşlı yetim danışmalıdı mənə çətin həyatdan ki,
Qaçıb evə anamın əllərindən öpüb sevdiyimi deyim.
Neçə günah eləməliyəm ki, tövbəm ürəkdən olsun
İstiyirəm oğlum olsun, qasırğa həm də kuləkdən olsun
Neçə il qocalmalıyam ki, cavanlığıma həsrətlə baxım
Neçə yuxusuz gecə gərək daş, yumşaq döşəkdən olsun
Neçə dəfə ölümlə qarşılaşmalıyam ki, qayıdım həyata !
Son nəfəs can verəndə , qızıldan qiymətli saatlar
Neçə il tənha qalmalıyam ki, yenidən sevə bilim
Neçə şeytan öldürməliyəm ki, ALLAHı görə bilim - MƏN
(Nəqarət:Qaraqan)
Bizə isti baxışlarla baxır səhnə
Sağaldıqca yara, unuduldu səhvlər
Hər nağılın bir sonu, Sevincli səhifə
Ama mən yenə yenə tənha! (x2)