Pages

16 October 2010

Gəl Gedək

(verse: Feck)
Gəl gedək, ulduzlar rəqs edər bizimçün orda,
Gəl gedək, ayaqyalın dəniz sahilində,
Gəl gedək, orda insanlar yoxdu, deməli yoxdu dərd,
Gəl gedək, əlimdən bərk yapış, gəl gedək..
Gəl gedək, orda çiçəklər və göyərçinlər,
Gəl gedək, sərin sulu bulaq, yaşıl çəmənliklər,
Gəl gedək, at bu qaranlıq şəhəri birdəfəlik,
Gəl gedək, canım, gəl gedək, gözüm, gəl gedək..
Gəl gedək, əbədi yaz küləklərilə bizə qonaq gələr,
Günəş saçar saçaqlarıyla saçlarını darar, hörər..
Bəyaz atlar isti qumlarda gəzdirər bizi,
Sonsuz meşə, öz içində azdırar bizi..
Gözləyər bizi sərin kölgəsilə uca çinar,
Gəl gedək, meyvə bağlarında ağaclarda bar..
Gəl gedək, orda qayalarda ceyranlar qaçır,
Hava təmiz, hər tərəf işıq, səma açıq..
Gəl gedək, orda yoxdu yorulmaq və ağrımaq,
İstəsən də bacarmazsan orda ağlamaq..
Gəl gedək, buludlar töksün hərdən şirin yağış,
Sanki rəssam əlilə çəkilib orda hər qarış,
Saatlarla dinləyək dalğaların səsini,
Sahildə bizdən başqa ayaq izi yox heç kəsin..
Yuxu kimi hər bağça doldu əlvan ətirlərlə,
Gəl gedək, gəzdirim səni sehirli nağıllarda..

(Nəqarət: Ayka)
Apar məni...
Sıxır bu qara şəhər məni..
Sahilə çırpınır dalğalar
Bezmişəm canım, apar buralardan məni uzaqlara..
Qar məni yandırır, titrədir ocaqlar,
Qapısı bağlı boş otaqda,
Qalmışam, canım, apar buralardan məni uzaqlara..

(verse: AiD)
Qaranlığıma xoş gəldin,
Şəhərə qışgəldi,
Vəhşilər yarımadası büründü əbədi zülmətə..
Hər küçənin öz ağrısı var,
Gözünə yaş gəldi,
Daş binalar heç oxşamır rəngarəng Cənnətə..
Burda sevgi imkansız,
Azadlıq zindansız mümkün olmur burda,
Çünki insanlar çox vicdansız..
Hər baxış da sərt baxışdı,
Hamının içini qurd yeyir..
Çürümüş ürəklər şəhəri düzələ bilməz üsyansız..
Gəl gedək, yaxşılar ölkəsinə, orda yoxdu dərd,
Gəl gedək, varlı, kasıb eyni, heç kəs olmur pərt..
Gəl gedək, buludların içində tapaq o ölkəni,
Gəl gedək, canım, gəl gedək, gözüm, gəl gedək..
Gəl gedək, orda insanlar yalan danışmır,
Hər kəs öz işində, heç kəs öz işində,
Heç kəs heç kəsin işinə qarışmır..
Yoxdu padşahlar, yoxdu nökərlər, yoxdu cinayət,
Gəl gedək, orda yox rüşvət və xəyanət..
Danışır eyni dildə hamı, yoxdu millətlər,
Hər kəs eyni, yoxdu fərqli dinlər,
Heç kəs orda tutmaz səndə eybi..
Yoxdu paxıllıq və oğurluq, yoxdu içkilər,
Yox qumar, yox söyüş, zəhərli bitkilər,
Gəl gedək, qaranlıq şəhərin tüstülərində boğulmaqdansa,
Yataq Cənnət istilərində..
Körpə uşaqlar kimi, zərif, incə sətirlərdə,
Gəl gedək, gəzdirim səni sehirli nağıllarda..

(Nəqarət: Ayka)
Apar məni...
Sıxır bu qara şəhər məni..
Sahilə çırpınır dalğalar
Bezmişəm canım, apar buralardan məni uzaqlara..
Qar məni yandırır, titrədir ocaqlar,
Qapısı bağlı boş otaqda,
Qalmışam, canım, apar buralardan məni uzaqlara..