Biz – Rap.. Rap – Söz..
Söz – Düz.. Düz – Yol..
Yol əks, tez, keç..
Yüz ölç, bir biç..
[Bura haradı? – Bakı..]
(verse:Felon de Jure)
Qaranlıq şəhər, boş şəhər
Dörd fəsli də qış şəhər
Gündə iş şəhər
Çıxır düz şəhər
Xoş şəhər, hərdən
Amma çox zaman kədərli
Gündə bir geyimdə
Amma içi zibildi, içi zəhərli
Hər tərəfdən gəlir ingilislər içinə, Bakı
Onlar bizə baxır, sanki baxır itinə, Bakı
Düzülüb tinə, Bakı.. Avaraların, Bakı..
Günləri küçədə, yoxdu xarabaları, Bakı
Bakı, hər küçəndə gəzmişəm mən
Hər küçəndə olmuşam mən
Hər küçənə tüpürmüşəm mən
Üzünə sanki, hər keçəndə
Süzülür indi hər küçəndə
Hər bir qız keçəndə
Ağzının suyu tökülür biqeyrətlərin, Bakı
İllərim, Bakı.. Keçdi səndə günlərim, Bakı..
Çox heyif ki, səndə yaxşı heç nə görmədim, Bakı
Gördüyüm kədər,
Küləkli, yersiz səhər
Təzə bazar, Göy Xəzər
Yox, Qara Xəzər – Bakı..