(verse: Qaraqan)
Səni çəkdim göz yaşımla ağ vərəqlərdə, günəşimi qaytar sevgilim.
Dalgalar dalaşır yenə küləklərlə yol uzun, gücüm az, ev uzaq, hava buz.
Üfüqüm bəzənir qara şəfəqlərlə, ovucumda yaralı keçmişim.
Bir gecə uçacam qara qanadlarla, gedəcəm qalacaq nə izim, nə tozum.
Məni qızdır titrəyən əllərində, anasından küsmuş uşaq kimi.
Ağlayım biraz, ağlayım, başımı qoyum dizlərinə olsun döşəy kimi.
Zəhərəm şirin etməz bal məni, sevgilim gedirəm yola sal məni,
Bir gecə xatirə rəflərində unudub özünü yada sal məni..
(Nəqarət: Qaraqan)
Süzülür ruhuma yenə sərin payız, gölməçə beşiyim, bələyim xəzan,
Həyatım ocağa atılan kağız, sən mənim günahım, mən sənin cəzan,
Gəmilər ösgürürdü tüstülərlə, bu gecə yenə tək qalıb QaraQan!!!
Məni sevdir, sənə sevdir, həyat onsuzda bizsizdə bilki çox kədəərlidir,
Sevirəm de mənə yalandan, bir gün xoşbəxt olaq yalandan..... (2)
(verse: ErranT)
Ruhum isinərdi görəndə üzüvü, əriyərdim dözümsüz şam kimi,
Yağışlar yağanda damlalar ilə, elə bil yaxın dost olmuşam kimi,
Sevgin minmədi qara qatarlara qaldım qatarda tənha sərnişin
Əl isinmədi sənin soyuq əllərində amma, istəmirdim başqa əldə isinsin
Yağ quru həyatıma leysan kimi, quru gəlibsə qup-quru getməsin,
Yağ qara sevgimə bəyaz qar kimi, qara gəlibsə qap-qara getməsin,
Mənsiz həyat olar sənə biraz dar kimi, istəyirəm sevgi göz yaşıyla bitməsin,
Ağla mənim üçun o biri qızlar kimi, sevgim çoxalsın göz yaşıyla bitməsin,
Tökülür üzümə yenə sərin yağış, buludlar günahsız, küləklər coşar
Ümidlər həyata edilən qarğış, sən mənim ilhamım, mən şeir qoşan
Hisslərim qışqırırdı kağızlarda, onları bağıran Errant susar………
(Nəqarət: Qaraqan)
Məni sevdir, sənə sevdir, həyat onsuzda bizsizdə bilki çox kədəərlidir,
Sevirəm de mənə yalandan, bir gün xoşbəxt olaq yalandan..... (2)
(skit: ErranT)
Yağ quru həyatıma leysan kimi
Yag qara sevgimə bəyaz qar kimi
(Nəqarət:Qaraqan)
Süzülür ruhuma yenə sərin payız, gölməçə beşiyim, bələyim xəzan
Həyatim ocağa atılan kağız, sən mənim günahim, mən sənin cəzan
Gəmilər ösgürürdü tüsdülərlə,bu gecə yenə tək qalib H.O.S.T...
Məni sevdir, sənə sevdir, həyat onsuzda bizsizdə bilki çox kədəərlidir,
Sevirəm de mənə yalandan, bir gün xoşbəxt olaq yalandan..... (2)